Siz gündəlik qidanızdan qızardılmış və yağlı yeməkləri çıxarmaqla arıqlayacağaınıza ümid bəsləyirsinizsə o zaman səhv edirsiniz. İnsanın kökəlməyi yanlız onun qəbul etdiyi qidalardan asılı olmur. Vərdiş elədiyiniz 10 adət vardır ki, onlar da orqanizmdə artıq piylərin yığılmasına və azalmamasına səbəb olur. Bu vərdişlər hansılardır?
1. Çox yatan zaman orqanizmdə kortizol hormonu çox ifraz olunur. Bu da yuxudan durduqda yeməyə olan iştahı artırır. Kökəlmək istəmnirsinizsə o zaman gün ərzində 7-9 saatdan artıq yatmayın.
2. Səhər yuxudan durarkən ilk işimiz pəncərəni açmaq və gün şüalarının otağa daxil olmasına şərait yaratmaq olur. Günəş doğarkən 20-30 dəqiqə gün şüası qəbul eləmək orqanizmin çəki indeksinin normallaşmasına səbəb olur. Belə ki, günəş doğarkən gün şüaları qəbul eləmək maddələr mübdiləsini sürtləndirir.
3. Mütəxəssislər uzun müddət çəkisini ölçməyən adamların kökəlməyə meyilli olduqlarını söyləyirlər. Onların fikrincə hər gün çəkini yoxlayan adamlar çəkilərinin azaldığını gördükdə müsbət motivasiya olunurlar və arıqlamağa meyilli olurlar.
4. Bəzi insanlar səhər yeməyi zamanı az qida qəbul edirlər və bunu çəkilərinin armasının qarşısını aldığını söyləyirlər. Lakin bu belə deyil. Səhər və günorta yeməyini yaxşı yemək və axşam yeməyini azaltmaq çəkinin azalmasına səbəb olur. Hətta bəzi mütəxəssislər səhər yeməyi zaman kalorili qida qəbul eləməyə üstünlük verməyin kökəlməmək üçün faydalı olduğunu qeyd edirlər.
5. Kökəlməmək üçün boşqabınıza qoyulan qidaların hamısını qəbul etməyin.
6. Uzun müddət divan və kresloda oturmaq insanın kökəlməsinə səbəb ola bilir. Bu vərdişinizdən əl çəksəniz yaxşı olar.
7. Qazlı su içmyə olan meyillilik insanı kökəldir. Onun tərklibində kalori və belə sulara asılılq yaradan maddələr olur. Bu maddələr də insanı kökəldir.
8. Yuxunun normallaşdırılması kökəlmənin qarşısını alan amillərdən biridir. Nə qədər yorğun olmağınızdan asılı olmayaraq çalığın saat 22.00-dan tez yatağa girməyin.
9. İşıq olan otaqda yatmayın. Gecə lampası, televizor və ya kompyuter işığı altında yatmaq nəinki sinir sisteminə, hətta piy toxumalarına pis təsir edir.
10. Gecə yatarkən səhərə qədər mətbəxə girməməyə söz verin və sözünüzə əməl edin. Bu vərdiş sizi kökəlməkdən qoruyacaq.