Sürətlə arıqlamaq üçün 3 qayda

Sürətlə arıqlamaq üçün 3 qayda

İnsanda maddələr mübadiləsi və ya hormonal pozulmalar yoxdursa, müəyyən qaydalara əməl etməklə çox tez və asan arıqlamaq mümkündür. Sizə tez arıqlamaq üçün 3 çox sadə qayda təqdim edirik:

1. Qidalanmada karbohidratları məhdudlaşdırın
Məhz karbohidratlar kökəlmənin əsas səbəbidir. Arıqlamaq üçün 1 həftə ərzində tərkibində çoxlu miqdarda karbohidratlar olan məhsullardan tam imtina edin.

Bu məhsullar arasında:
— şəkər və tərkibində şəkər olan istənilən qidalar
— kartof
— ağ düyü
— çörək, un məmulatları
— şirin şirələr və şirin qazlı içkilər
— bal
— şirin meyvələr.

Hər səhər 1 stəkan suya 2 xörək qaşığı buğda kəpəyi əlavə edin, qarışdırın və bu suyu için. Buğda kəpəyi bağırsaqları yaxşı işlədir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir. Bundan əlavə gün ərzində daha çox adi su içməyə çalışın.

2. Daha çox yatın
Yuxu zamanı insan orqanizmində «somatotropin» hormonu ifraz olunur. Bu hormon piyləri «yandırmağa» kömək edir. Hormonun ifrazının pik nöqtəsi saat 23.00-24.00 radələrindədir. İnsan bu zaman yatırsa, onun arıqlamaq şansı artır. Arıqlamaq istəyən insan 8 saatdan az yatmamalıdır.

3. Açıq havada sürətlə yeriyin
Hər gün ən azı 40 dəqiqə ərzində açıq havada sürətlə yeriyin. Bu sadə və heç bir əlavə xərc tələb etməyən vasitə sizə arıqlamağa kömək edəcək.
Top