Fevral ayının 8-də “Sağlam qidalanma və kliniki tədqiqat” mövzusunda keçirilən mətbuat konfransında “Danone” MMC və Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının təskilatçılığı ilə Bakı səhərindəki dövlət xəstəxanaları və poliklinikalarında keçirilmiş tədqiqatın nəticələri açıqlanmışdır.
Konfransda Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Agayeva, Mərkəzi Neftçilər Xəstəxanası terapiya söbəsinin müdiri Ədalət Abdullayev, “Danone” MMC-nin səhiyyə məsələləri üzrə meneceri Janetta Yeremeyeva istirak etmişdir.
Həzm sistemi və köpmə problemlərinin tədqiqi bir ay ərzində Bakı səhərinin 10 xəstəxana və poliklinikasında (Mərkəzi Neftçilər xəstəxanası, 1, 4, 5, 6, 8, 26 saylı səhər poliklinikaları, M.A.Topçubasov adına Elmi Cərrahiyyə Mərkəzi, Beynəlxalq Hava Limanının Aviasiya poliklinikası və Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası) 366 səxs arasında aparılmışdır.
Tədqiqatda 18-72 yas arası 10 nəfər Bakı sakinindən 7-nin pis qidalandığı, konkret olaraq isə düzgün qidalanma rejiminə riayət olunmaması, gün ərzində lazım olan miqdarda maye qəbul edilməməsi və həzm prosesinə mənfi təsir göstərən digər amillər aşkar olunmuşdur.
Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyasının sədri Gülnarə Ağayeva vaxtaşırı olaraq bu cür tədbirlərin keçirilməsinin və əhali arasında düzgün qidalanma ilə bağlı maarifləndirici islərin aparılmasının vacibliyini
vurgulamışdır. “Rəyi soruşulanların demək olar ki, 90%-də bağırsaq tranziti sürətlənmiş, köp və qaz əmələ gəlmə simptomları azalmış, bağırsaq narahatlığı simptomu əhəmiyyətli dərəcədə azalmış və tamamilə keçib getmişdir.
Beləliklə, əldə olunan nəticələrə əsasən, Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar Assosiasiyası bağırsaq narahatlığı simptomları olan pasiyentlərə “Aktivia” məhsullarından istifadəni tövsiyə edir.” – deyə Assosiasiyasının sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Agayeva fikrini yekunlaşdırıb.
Həzm sistemi problemlərinin tədqiq edilməsi terapiya söbəsinin müdiri Ədalət Abdullayevin rəhbərliyi ilə aparılmışdır. Tədqiqat barədə ətraflı məlumat verən Ədalət Abdullayev bildirmişdir ki, tədqiqatda istirak edənlərin 76%-nin düzgün qidalanmadığı askar olunmusdur. Həmin səxslərin gündə 1 qab “Aktivia” qəbul etməklə 14 gündən sonrakı nəticələri bu cür olmusdur: qəbizliyə meylli bağırsağın funksional pozulması problemi olan 89% səxs yeməkdən sonra vəziyyətin əhəmiyyətli dərəcədə yaxsılasdığını, müvafiq olaraq 97% və 95% səxs köpmə hissinin olmadığını və qaz əmələ gəlmədiyini, 95% səxs “Aktivia” qəbul etdikdən sonra həzm prosesinin ümumi olaraq yaxşılaşdığını, 98% səxs isə “Aktivia”nın digər yoğurtlara nisbətən daha effektiv oldugunu qeyd etmişdir.
“Danone” MMC-nin səhiyyə məsələləri üzrə meneceri Janetta Yeremeyeva həzm problemləri və onların həlli yollarından danısmısdır. Belə ki, “Aktivia”nın həzm prosesinə təsirini öyrənmək məqsədilə tədqiqatda istirak edən səxslərə 14 gün ərzində “Aktivia” məhsullarından istifadə etmələri təklif olunmusdur. Nəticədə “Aktivia”nı 8 gün istifadədən sonra köp problemlərinə, 14 gün istifadədən sonra mədə-bağırsaq sisteminin isləməsinə müsbət təsir göstərdiyi müəyyən edilmışdir.
Qeyd edək ki, əsası 1919-cu ildə qoyulan “Danone” hal-hazırda süd məhsulları, usaq qidaları, sular və tibbi qidalar istehsalı üzrə ixtisaslaşmışdır. Missiyası “mümkün qədər çox sayda insana qida məhsulları vasitəsi ilə sağlamlıq bəxş etmək” olan sirkətin dünyada 190 istehsal zavodu və 102 minə yaxın isçisi var. Azərbaycan bazarında ilk dəfə 2002-ci ildə “Danone” məhsullarına rast gəlinmişdir. 2006-cı ildən isə “Danone” nümayəndəliyi Bakıda fəaliyyətə başlamışdır.