Ən azkalorili məhsullar

Ən azkalorili məhsullar

Bütün dünya diyetoloqları arıqlamaq üçün ac qalmağı qəti şəkildə tövsiyə etmirlər. Bu həm lazım olan effekt verməyəcək — stress vəziyyətinə düşmüş orqanizm daha sonra bundan da artıq piy ehtiyatı yığmağa başlayacaq.

Həm də aclıq orqanizmin bütün orqan və sistemlərinə çox mənfi təsir edir- immun sistemi zəifləyir, mədə-bağırsaq sistemində pozulmalar əmələ gəlir, ürək-damar, sinir və s. sistemlər əziyyət çəkir.

Düzgün və effektli arıqlamaq istəyirsinizsə bu 3 qaydaya əməl edin:
— daha az kalori qəbul edin — kifayət qədər su için (gün ərzində 2-2,5 l təmiz qazsız su)
— fiziki aktiv olun. Təbii ki, söhbət sağlam insanlardan gedir. Bəzi xəstəliklər zamanı hətta bütün bu qaydalara əməl etməklə insan arıqlaya bilmir. Daha az kalori qəbul etmək üçün düzgün məhsullar seçin.

Sizə ən azkalorili məhsulların siyahısını təqdim edirik:
1. Tərəvəzlər və göyərtilər arasında: kələmin bütün növləri, xiyar, badımcan, kabaçki, bolqar bibəri, kök, pomidor, lobya, turp, soğan, kahı, kərəviz, ispanaq, turşəng.
2. Meyvələr və giləmeyvələr arasında: alma, armud, sitrus meyvələri, moruq, qarağat.
3. Süd məhsulları arasında: kefir.
4. Ən azkalorili ət növü yağsız dana əti və toyuğun sinə ətidir.

Bundan əlavə gün ərzində suxari və ya 1-2 tikə tamdənli çörək yeyə bilərsiniz. Bu məhsullardan istifadə edin, gündə 5 dəfə qidalanın, hər dəfə 1 stəkan həcmində qida qəbul edin.
Top