Tərəvəzli qəhvə

Tərəvəzli qəhvə

Qəhvə bütün dünya xalqları tərəfindən çox qədimdən təbii qida kimi qəbul olunur. Qəhvəni lazımi miqdarda qəbul etdikdə orqanizmin gücü artır, fəaliyyəti yaxşılaşır, fiziki və zehni yoruğunluq aradan qalxır, yüngüllük, xoş əhval-ruhiyyə və gümrahlıq yaranır.

Qəhvə tozu qəhvə ağacının toxumlarıdır. Qəhvə hazırlayanda onu uzun müddət od üzərində saxlamaq olmaz, çünki onun tərkibində olan müalicə əhəmiyyətli maddələr parçalanaraq öz təsirini itirir. Qəhvədən qədərindən artıq istifadə etmək də onun faydasını azaldır. Artıq çəkidən əziyyət çəkən xanımlar piy qatından qurtulmaq üçün tərəvəzli qəhvə pəhrizindən istifadə edə bilərlər.

Tərəvəzli qəhvə üçün lazım olan ərzaqlar:
2 ədəd çuğundur
2 ədəd kök
2 ədəd yaşıl alma.

Hazırlanması:
Çuğundur və kök soyulur, alma qabıqlı halda rəndələnir. Ərzaqlar zəif ocaqda arabir taxta qaşıqla qarışdırılaraq quruyanadək bişirilir. Bişdikdən sonra tərəvəzli qəhvəni hazırlamaq olar. İstifadə qaydası: 1stəkan isti suya 1 çay qaşığı qəhvə əlavə edilərək 5 dəqiqə dəmlənir. Gündə 3 dəfə səhər, günorta və axşam yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur.

Tərəvəzli qəhvənin faydaları:
-Həftə ərzində 1,5-2 kq arıqladır;
-Sellülitin azalmasına kömək edir;
-Bel və qarın nahiyəsini arıqladır.
Top