Dadlı pəhriz salatı

Dadlı pəhriz salatı

Göbələklər – tanınmış pəhriz məhsuludur. Kalori dəyəri aşağı olduğu üçün dieta zamanı rahatlıqla istifadə oluna biləcək ərzaqlar sırasındadır. 
Göbələkdən dadlı salat hazırlamaqla zövqlə arıqlaya bilərsiniz.

İnqrediyentlər:
  • təzə göbələklər (150 qram)
  • bitki yağı (10 qram)
  • limon şirəsi 
  • qara istiot
Hazırlanma üsulu:
Göbələkləri təmizləyib, duzlanmış suda yaxşıca qaynatmaq lazımdır. Süzgəcə boşaldırıq və xırda tikələrlə doğrayırıq. İstiotlayırıq, bitki yağıyla və limon şirəsiylə suyuyla qarışdırırıq. Salat qabına əlavə edib göyərtiylə (cəfəri, şüyüd) bəzəyirik.
Nuş olsun!
Top