Qadınların ən böyük problemi qarın piylənməsidir. Üstəlik qısa zamanda piylənsə də, bundan xilas olmaq üçün uzun zamana ehtiyac duyulur. Fit bir görünüşə sahib olmaq isə hər qadının haqqıdır.
— Günə səhər yeməyi ilə başlayın.
— Gün ərzində 7-8 stəkan su için.
— Tərkibində qatqı maddəsi olan yemək və içkilərdən uzaq durun. Hər zaman orqanik qidalar yeyin.
— Qızartma, bol yağlı qidalardan uzaq durun. Yeməkləri zeytun yağı ilə bişirin.
— Uzun müddət tv, ya kompüter qarşısında oturmaq yuxu normasını pozur. Keyfiyyətsiz yuxu isə çəki almanıza səbəb olar. Buna görə vaxtınızın çoxunu tv, kompüter qarşısında keçirməyin.
— Turşu, spirtli içki və kafeindən uzaq durun.