Kivi pəhrizi

Kivi pəhrizi

· Pəhrizə iki həftə riayət etmək lazımdır.

· Pəhrizə iki ay ara verməklə yenidən saxlamaq olar.

· Təqdim olunan menyuya 2 həftə ərzində növbələşdirməklə davam etmək lazımdır.

· Gün ərzində sadəcə, 10 ədəd kivi yemək olar.

· Kivi pəhrizi təzyiqi yüksək olan insanlara xeyirli, aşağı olanlara isə ziyandır.

· Bu pəhriz zamanı spirtli içkilərdən, qazlı sulardan, fast-futdan və şirniyyatdan uzaq durmaq lazımdır.

· Pəhriz allergiyası olanlara qadağandır. 

. Onun vasitəsilə həftəyə 3 kiloqram arıqlamaq mümkündür.

Kivi pəhrizi üçün menyu:

I gün
Səhər: 3 ədəd kivi, pendirli buterbrod, soyutma yumurta, şəkərsiz çay və ya kofe
Nahar: 5 ədəd kivi, 250 qr. soyutma toyuğun döş əti, tərəvəz salatı
Şam: 2-3 ədəd kivi, 200 qr. kəsmik, çay, qazsız su və ya meyvə şirəsi

Yatmazdan əvvəl: Bir stəkan qatıq

II gün
Səhər: Bir neçə dilim kivi, qayğanaq, bir dilim çovdar çörəyi, şirə
Nahar: 4-5 ədəd kivi, 300 qr. soyutma balıq, 3 ədəd pomidor, tost və çay
Şam: Soyutma toyuğun döş əti, kivi dilimləri və başqa meyvələrdən hazırlanmış salat

Yatmazdan əvvəl: Kivi və 200 qr. kəsmik. 

Top