İngilis elm adamlarının siçanlar üzərində apardığı araşdırma yeməyə şirniyyatla başlamanın iştahanı kəsdiyini, bir sözlə, arıqlamağa köməkçi ola biləcəyini göstərib.
Beyindəki qlükoqinaz fermentinin nə qədər qlükoza aldığını müəyyən edən alimlər siçanları 24 saat ac saxlayıb. Ac qalan siçanlarda qlükoqinaz fermentinin daha təsirli hala gəldiyi ortaya çıxıb.
Qlükoza nizamı azdırsa, beynin bədənə daha çox şəkərli maddə yeyilməsi siqnalını göndərdiyini açıqlayan araşdırmaçılar, ilk olaraq şirniyyat yeyilməsinin beyninin yetərli qlükoza aldığına inandırdığına diqqət çəkib.
Şirniyyat yeməyin sonunda yeyilərsə, qlükoza limitinin dolduğunu anlamaq çətin olur.