Su pəhrizi

Su pəhrizi

Təqdim edəcəyimiz bu pəhriz meyvə, tərəvəz və suyun çoxluq təşkil etdiyi bir detoks proqramıdır. Buna görə tez arıqlamağı vəd edən digər şok pəhrizlər kimi sağlığa ziyanı yoxdur. 

Su pəhrizi ilə 5 gün ərzində istədiyiniz formaya girə bilərsiniz. Ancaq bu pəhriz şəkər və ürək xəstələrinə, hamilə və süd verən qadınlara tövsiyə edilmir.

Səhər: 1 stəkan ilıq limonlu su, 1 stəkan portağal və qreyfrut suyu qarışımı, 2 dilim təz ananas, 6 ədəd çiyələk, 2 qaşıq yulaf əzməsi.

Ara: 1 stəkan cökə çayı, çobanyastığı çayı, 1 stəkan ilıq su, 1 çay qaşığı zəncəfil tozu ilə hazırlanmış çay.

Günorta: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, bol yaşıl salat ( avakado, turp, təzə soğan, tərə, cəfəri, pomidor,, yağ və limon)

Ara: 3 bütöv qoz ( Aralar arasında 1 saat fasilə olmalıdır)

Ara: 2 dilim ananas, 1 alma, 1 stəkan zəncəfil çayı

Ara: 1 dilim tam buğda çörəyi, 1 dilim pendir, pomidor, xiyar, cəfəri, 1 stəkan çobanyastığı çayı

Axşam: 2 stəkan su, 2 kasa tərəvəz şorbası, 1 porsiya tərəvəz qaynatması ( seçimə görə az zeytun yağı, bol limon suyu  və kətan toxumu üzərinə əlavə edilir), 1 qutu probiotik qatıq

Ara : 2 dilim ananas, 15-20 ədəd qara çəyirdəkli üzüm, 4 təzə ərik, 2 stəkan ilıq limonlu su

Top