Bir çox insan arıqlamağa çalışsa da, kökəlmək üçün can atanlar da az deyil. Bəziləri anadangəlmə arıqdır, bəziləri isə xəstəlik və stress səbəbindən kökələ bilmir. Oxucularımızın da xahişi ilə, kökəlmək üçün xüsusi pəhriz proqramı təqdim edirik.
Menyu:
Səhər yeməyi:
1 desert qaşığı bal və ya bəhməz
1 ədəd qaynadılmış yumurta
70 qram ağ pendir
5 qram kərə yağı
5 dilim qızardılmış çörək
10-15 ədəd qara zeytun
1 stəkan şirin süd
Ara yeməyi (10:30 – 11:00 arası)
1 stəkan meyvə suyu
Nahar:
120 qram qaynadılmış ət və ya toyuq və kartof
Bol yağlı salat
5-6 yemək qaşığı plov
1 boşqab tərəvəz yeməyi
3 ədəd paxlava və ya xəmir şirniyyatı
250 qram qatıq
4 dilim qızardılmış çörək
Nahardan sonra (15:30 – 16:00 arası )
50 qram pendir
2 ədəd meyvə
2 dilim çörək
Axşam yeməyi:
1 kasa şorba
100 qram qızardılmış balıq və ya ət
1 boşqab tərəvəz yeməyi
3 dilim qızardılmış çörək
1 kasa südlü desert
8-10 ədəd quru qaysı
Gecə(21:30 – 22:00)
30 qram pendir
1 dilim çörək
1 böyük stəkan ballı süd
Qeyd: Bu hər kəsin asanlıqla əməl edə biləcəyi pəhrizdir. Pəhrizdən sonra da kilo almasanız, mütəxəssis yanına getməyiniz məsləhətdir.