Qatıq pəhrizi

Qatıq pəhrizi

Bir həftəlik bu pəhrizin sonunda özünüzü quş kimi rahat hiss edəcəksiz.

Pəhriz saxlayarkən xüsusən çalışan qadınların şikayət etdikləri pəhrizin əlverişli olmaması, yeməklərin asan hazırlanan olmamasıdır. Qatıq pəhrizi isə bu şikayətəri geridə qoyacaq.

Birinci gün
Yataqdan qalxar qalxmaz 1 stəkan su

Səhər: 1 fincan şəkərsiz çay, 300 qr qatıq

Günorta: 1 kasa tərəvəz şorbası, 4 qaşıq ətli tərəvəz yeməyi, 300 qr qatıq, 1 ədəd meyvə

Qəlyanaltı: 300 qr qatıq, 1 fincan şəkərsiz çay, alma, çiyələk və banan

Axşam: 1 kasa tərəvəz şorbası, 60 qr qızardılmış ət ( toyuq da ola bilər), 300 qr qatıq

Yatmadan əvvəl: 1 stəkan çobanyastığı çayı, 3 ədəd ərik.

Digər günlər yataqdan qalxar qalxmaz 1 stəkan su

Səhər: 1 fincan şəkərsiz çay, taxıl, yulaf unu əlavə edilmiş 300 qr qatıq

Günorta: 1 kasa tərəvəz şobası, 300 qr qatıq, istədiyiniz qədər meyvə (qarpız, yemiş, kivi)

Axşam: Buğlama edilmiş, ya qızardılmış balıq, 1 çay qaşığı zeytun yağı ilə hazırlanmış yaşıl salat, 1 stəkan meyvə suyu və 1 dilim kəpəkli çörək

Top