Son dövrdə arıqlıq dəbi geniş yayıldığından bir çox qadınlar nə bahasına olur olsun arıqlamağa çalışır. Bu yolda edilən yanlış və sürətli pəhrizlər geri dönüşü olmayan sağlamlıq problemlərinə yol açır.
Artıq çəkiniz varsa, bu problemdən qısa müddətdə, sürətlə xilas olmanıza kömək edən pəhrizləri doğru hesab edə bilərsiz. Ancaq sürətli, qısa zamanda çəki atmağı vəd edən bu pəhrizlər çox ciddi fəsadlarına yol açır. Bunların ilk əlamətləri əzələ itirilməsi, yağ depolanması, aclıq siqnallarının həyat keyfiyyətinə mənfi şəkildə təsir etməsi, enerji azalması və əsəbilik olur.
Xüsusən piylənmə problemi olan insanlarda bu pəhrizlərin saxlanması ölümcül nəticələrə yol aça bilər.
Yanlış pəhrizlərin yol aça biləcəyi ən mühüm zərərlər:
Ürək əzələlərinin əriməsi
Sümük yoğunluğunun azalması
Böyrək və qaraciyər funksiyalarında pozğunluq
Pis qidalanma ölümlə nəticələnməsə də, hər iki halda böyrək funksiyalarının pozulmasına və ömür boyu dializə bağlı şəkildə yaşamanıza səbəb ola bilər. Bundan başqa pəhriz saxlayarkən məqsədiniz sürətli çəki atmaq deyil, ömrünüzün sonuna kimi davam etdirə biləcəyiniz düzgün və nizamlı qidalanma sistemi olmalıdır. Düzgün qidalanma proqramı üçün isə gündə 3, ya 2 dəfə yeməklə bədənin gərəksiz aclıq çəkməsinə imkan verməmək lazımdır.
Nizamlı və düzgün qidalanmaq niyə əhəmiyyətlidir?
Nizamlı qidalanan insanlar özünü yorğun, bitkin hiss etməz. Günə daha yaxşı, enerjili başlayarlar. Nizamlı qidalanmaq - hər növ qidalardan və bu qidaların təmin etdiyi faydalardan yararlanmaq anlamına gəlir. Bu da həm fiziki, həm də zehni olaraq sağlam qalmanıza kömək olur. Həmişə aclıq siqnalları yaşamadan və ağlınızda yemək olmadan həyata davam edə bilərsiz.
Yanlış pəhrizlər həyatınıza necə təsir edər?
Yanlış pəhriz sonunda qazanacağınız ən mühüm pis vərdiş nizamsız qidalanmaq olacaq. Uzun müddət ac qalan, nəzarətsiz qidalananlar, yeməklərin çoxunu yeməyənlər qeyri-sağlam və qarışıq bir həyata sahib olurlar. Nə zaman nə yeyəcəklərini bilmirlər və buna görə uzun müddət aclıq çəkirlər, ya da ehtiyacından çox və yanlış qidalar yeyərlər. Nizamsız qidalanma ilə bağlı olaraq bu insanlarda tez yorulma, əsəbilik, diqqətsizlik, çox üşümə kimi problemlər ortaya çıxır.
Nizamlı qidalanma nədir?
Nizamlı və düzgün qidalanma proqramının ən mühüm kriteriyalarından biri gün ərzində qida rasionlarını düzgün müəyyən etmək və ehtiyacınız olan qidaları yetərincə yeməkdir.
Bir digər amil isə yemək zamanı başqa işlərlə maraqlanmamaq, məşğul olmamaqdır. Yemək zamanı televizor seyr etmək, kompüter oyunları oynamaq, ya başqa işlər görmək doyma siqnalını hiss etməmənizə səbəb olar. Belə halda isə nə vaxt ac, nə vaxt tox olduğunuzu müəyyən edə bilmərsiz.