Kosmos pəhrizi

Kosmos pəhrizi

Rusiyada geniş yayılmış “kosmos pəhrizi”ndən daha çox siyasətçilər və sənətçilər istifadə edirlər. Kosmonavt və astronavtların menyusu əsasında hazırlanan pəhriz ciddi əməl olunarsa 8 gündə 5-6 kiloqram arıqlamaq mümkündür.

“Kosmos pəhrizi”ndə bütün qida maddələrinə ballar verilir. İncəlmək üçün bir gündə qəbul olunan qidaların balları 40-ı keçməməlidir. Proteinlə zəngin pəhrizin qəribə tərəfi isə odur ki, burada istədiyiniz qədər qaynadılmış ət yeyə bilərsiniz. Pəhriz zamanı kartof çox nadir hallarda yeyilə bilər. İstənilən qədər meyvə yemək olar, lakin 25 ballıq armuddan imtina edilməsi məsləhətdir. Menyunuza balıq, çay, qəhvə əlavə edib, spirtli içki və şirniyyatları çıxarmalısınız.

“Kosmos pəhrizi”ndən bəzi qidaların balları:
Ağ çörək (100 q) – 48 bal

Qara çörək (100 q) – 40 bal

Makaron (100 q) – 40 bal

Düyü (100 q) – 40 bal

Pendir (100 q) 0,5 % – 2 bal

Yumurta (1 əd) – 0,5 bal

Souslu balıq (100 q) – 5 bal

Pomidor (1 əd) – 6 bal

Şirin bibər (1 əd) – 9 bal

Kartof (1 əd) – 23 bal

Alma (1 əd) – 18 bal

Armud (1 əd) – 25 bal

Dondurma (100 q) – 70 bal

Kremli tort  (1 dilim) – 62 bal

Bal (50 q) – 12 bal

Soyutma ət – 1 bal

Soyutma kələm – 9 bal

formaggio.az 

Top