Hər səhər paltar geyinəndə qarnınıza baxıb «Bunu necə düzləşdirə bilərəm?» sualı ilə qarşılaşırsınızsa, elə indidən pəhrizə başlayın. Narahat olmayın, bu pəhriz sizi acından öldürməyəcək. Əksinə, menyuda doyumlu və dadlı yeməklər var. Bu pəhrizlə qarnınızı daha tez düzləşdirəcəksiniz.
Səhər yeməyi — Qoz və dağ meyvələri ilə yulaf 
5 yemək qaşığı yulafı (1 stəkan yağsız süddə bişirdikdən sonra) 2 yemək qaşığı doğranmış Pekan qozu yarım stəkan qarağat yarım stəkan moruqla qarışdır. Yulafın tərkibindəki liflər həll olunur və sizi uzun müddət tox saxlayır, günorta yeməyinin vaxtı çatana qədər aclıqdan əsər-əlamət hiss etməyəcəksiniz. 
Ümumi 351 kalori 
 
Saat 12
1 ədəd banan 2 çay qaşığı əzilmiş fıstıq
Təbii fıstıq tozu zəngin yağlarla bol olduğu üçün doyurucudur. Həm də protein baxımdan olduqca faydalıdır. Bundan savayı yeməkdən əvvəl qəbul edilən çərəzlər gün ərzində daha az kalori almağa kömək edir. Toxluq hiss verdiyi üçün gec acırıq. Amma çərəzlərin də həddini aşmaq olmaz. 
Ümumi 167 kalori
Hindli pita 
hinduşka, yaxud 4 toyuq filesi 
1 çay qaşığı xardal 
60 qram ispanaq 
4 kiçik pomidor dilimi 
1 kiçik dilim kəpəkli pəhriz çörəyi 
Qarnir 
250 qram doğranmış kahı 
150 qram xiyar 
125 qam doğranmış qırmızı bibər
125 qram doğranmış ağ kələm 
1 çay qaşığı zeytun yağı, 1 xörək qaşığı limon suyu 
Hər gün eyni salatı yemək istəmirsinizsə, tərkibindəki tərəzəvləri dəyişdirə bilərsiniz. 
Kahı, göbələk, reyhan və başqa bitkilərlə əvəz edə bilərsiniz. 
Ümumi 150 kalori
Şirniyyat 
125 qram çiyələk 
Üstünə darçın səpilmiş 185 yağsız südlə hazırlanmış latte və iki dilim tünd şokolad. Yağsız süd pəhriz saxlayanların ən yaxın dostudur. Bunun səbəbi isə kalorisinin az olması deyil. Araşdırmalar göstərir ki, gün ərzində 2 porsiya süd və süd məhsulları qəbul etməklə daha tez arıqlamaq olar. 
Ümumi 167 kalori
Axşam yeməyi — Toyuq çığırtması 
120 qram doğranmış toyuq 
120 qram hazır pomidor sousu 
240 qram ispanaq (1 çay qaşığı zeytun yağında az bişmiş)
120 qram kəpəkli pəhriz çörəyi 
1½ yemək qaşığı rəndələnmiş pendir 
İspanağın tərkibində lipoik turşusu var. Bu da enerji səviyyəsini artırır, eyni zamanda qan şəkərini normaya salır. 
Ümumi 437 kalori