Dietoloqların fikrincə, müasir dövrdə çəkini azaltmağın ən optimal variantı qan qrupu üzrə pəhriz saxlamaqdır. Qan qrupu üzrə pəhrizin mahiyyəti odur ki, rasiondan orqanizm tərəfindən pis həzm edilən, ona toksiki təsir edən qida çıxardılır. Bunun sayəsində orqanizm toksinlərdən təmizlənir, piy toxumaları qidalanmır. Beləliklə, arıqlama prosesi başlayır.
Amerikalı həkim naturoloq Ceyms d'Adamonun nəzəriyyəsinə görə, bütün ərzaq məhsulları insan orqanizminə təsiri və qan qrupu baxımından 3 hissəyə bölünür: faydalı, zərərli və neytral qruplara.
IV qan qrupu üçün pəhriz:
Dünya əhalisinin 7-8% -i IV qan qrupunun daşıyıcılarıdır. Bu qan qrupu digər iki ziddiyyətli qan qruplarının ( II və III qan qrupları) birləşməsi nəticəsində yaranıb. Ona görə də onun daşıyıcıları zəif immun sisteminə, həssas həzm traktına malik olurlar. Bu qrupun nümayəndələri II və III qan qruplarının zəif və güclü xüsusiyyətlərini özlərində cəmləyiblər. IV qan qrupunun daşıyıcılarına qarışıq pəhriz saxlamaq tövsiyə olunur.
Güclü tərəfləri:
Ən gənc qan qrupudur;
çevik, çox həssas immun sistemi;
II və III qan qruplarının müsbət cəhətlərini birləşdirir.
Zəif tərəfləri:
Həssas (zərif) həzm traktı;
immun sistemi mikrob və infeksiyalara qarşı dayanıqsızdır;
II və III qan qruplarının mənfi cəhətləri birləşdirir.
Risk qrupu:
Ürək xəstəlikləri;
onkoloji xəstəliklər;
anemiya.
IV qan qrupu üçün dietik tövsiyələr:
Sadə-qarışıq pəhriz
Faydalı: Qoyun, dovşan, hinduşka, balıq əti, lakin digər dəniz məhsulları istisnadır, yağsız süd məhsulları, tofu (soyadan hazırlanmış kəsmik), zeytun yağı, treska balığının qaraciyərinin yağı, qoz, araxis, yarmalar (qarabaşaq və qarğıdalı istisnadır), tərəvəz (bibər, qara zeytun, qarğıdalı istisnadır), paxlalılar yemək olar, ancaq az-az və hər gün yeməmək şərtilə, meyvə (kəskin qoxulu və turş meyvələr istisnadır).
İçkilər:
Faydalı: Çobanyastığı, yemişan, itburnu, zəncəfil, jenşendən hazırlanan bitki çayları, yaşıl çay, qəhvə.
Neytral: Pivə, şərab, nanə çayı, valerian, moruqdan hazırlanan bitki çayları.
Zərərli: Aloe, senna, cökə və çayları.
Çəkiyə nəzarət proqramı:
Məsləhət deyil: Qırmızı ət, bekon, vetçina, qarabaşaq yarması, istiot, buğda və qarğıdalı və günəbaxan.
Məsləhətdir: Turş süd məhsulları, göyərti, ananas, dəniz yosunları, qanqal, yemişan, valerian, qida fermentləri.
Vitaminlər və qida əlavələri:
C vitamini, sink, selen, valerian, dəvətikanı, yemişan, ekinezya, qanqal.
IV qan qrupu üçün xüsusi tövsiyələr
Kökəlmə prosesi başlayan zaman bu qan qrupunun daşıyıcıları II və III qan qruplarının genlərinin təsiri altında qalırlar. Bəzən bu, xüsusi problemlər yaradır. Məsələn, sizdə mədə şirəsinin turşuluq dərəcəsi ( II qan qrupunun əlaməti) aşağıdırsa, mədədə ətin həzm edilməsi çətinləşir. Bu qan qrupunun daşıyışılarında qismən (III qan qrupunun əlaməti) əti həzm etmək üçün mədə turşusu istehsal olunsa da, ümumilikdə orqanizmdə bu yöndə proqramlaşdırmanın olması ət istehlakının miqdarı artıq olduqda yağların bədəndə toplanmasına yol açır.
Əgər arıqlamaq istəyirsinizsə, ətin istehlakını azaldın, rasionda tərəvəzlərə daha çox yer ayırın. Zülalın ən yaxşı mənbəyi tofudur ki, bu sizin genlərini daşıdığınız digər qan qrupları üçün də ideal qida hesab edilir.
Eyni problem qarabaşaq, qarğıdalı, taxıl, küncüt və paxla yeyəndə də yaranır. Çünki bu qidalar II qan qrupu üçün əla ərzaqlardır. III qan qrupunun daşıyıçılarında isə əksinə bu qidalar insulinin istehsalını zəiflədir ki, bununla da metabolizm zəifləyir. Kökəlmək istəmirsinizsə, xüsusilə tərkibində qlüten olan buğda və ondan hazırlanan məhsulları rasiona daxil etməyin.