Bildiyimizə görə bir çox pəhrizlər ümumiyyətlə rasiondan ət məhsullarının qəbulunu minimuma çatdırmaqla həyata keçirilir.
Bu düzgün deyil, çünki bu artıq balanslaşdırılmış qida sayılmır.Həmçinin ətin tərkibində olan maddələr heç bir digər məhsulda yoxdur. Buna misal — zülalı qeyd etmək olar.
Toyuq ətini tərkibində bütün B qrup vitaminləri, amin turşuları və mineral maddələr(maqniy, fosfor, kalsiy, yod, mis, kaliy və s.) vardır. Həmçinin onun tərkibində olan turşular — insult, infarkt, ürəyin işemik xəstəliyi, hipertoniya və digər xəstəliklər haqda xəbər verir. Digər ət məhsullarından fərqli olaraq toyuq əti çox yağlı deyil, məhz bu səbəbdən onu az kalorili yeməklər sırasına aid edirlər.
Toyuq mono pəhrizinin mahiyyəti
Toyuq monopəhrizini 5-7 gün olmaqla 3 ayda bir dəfə saxlamaq məsləhət görülür. Gündəlik qida rasionu 1200-1300 kkal-dən yüksək olmamalıdır.
Mono pəhriz üçün ən münasib döş ətidir ki, onda yağın miqdarı ən aşağı dərəcədədir. Bu pəhriz zamanı şəkər duz,un məmularları, yağlı və qızardılmış yeməklərdən imtina etmək lazımdr. Yeməklər arası — yaşıl çay, müxtəli bitki çayları və ya adi su içmək lazımdır.
Beləliklə resept
Əgər 5 gün üçün nəzərdə tutulmuş bu pəhrizdən istifadə etsəniz, 2-5 kq çəki itirə bilərsiniz.
İlk 3 gün üçün menyu eynidir: 500 qr döş ətini 6 dəfəlik porsiyalara ayırın. Bu yeməklərin arasında mümkün qədər çox maye içməyi unutmayın.
4 — cü gün: 300 qr döş ətini 5 dəfəlik porsiyalara ayırn. Axşam üçün isə özünüzə 1 xiyar və pomidordan salat düzəldin.
5 — ci gün: çalışın yalnız maye için. Çox çətin olduqda 1 portağal və ya 2 dilim çovdar çörəyi yeyə bilərsiniz.
Bu mono pəhriz çox effektiv və demək olar ki hamı üçün uyğundur. Lakin mədə -bağırsaq sistemində xroniki xəstəlikləri olan insanlar üçün məsləhət görülümür. Bu mono pəhrizə başlamamışdan öncə həkiminizlə məsləhətləşmək yaxşı olar...
saglamolun.az