Metabolizmi sürətləndirərək yağları əridən 6 qida

Metabolizmi sürətləndirərək yağları əridən 6 qida

Qreyfurt Araşdırmalar müntəzəm olaraq yemək zamanı qəbul edilən yarım qreyfurt və ya 150 ml qreyfurt şirəsinin 2 həftədə 2 kq arıqlamağa səbəb olduğunu ortaya çıxarıb. Qreyfurtda olan aşağı səviyyəli qlukogen sayəsində insulin və xolesterolun səviyyəsi aşağı düşür. Qreyfurtda olan inositol təbii şəkildə yağları əridir və acı tamlı maddə metabolizm prosesini sürətləndirərək yağları asan şəkildə parçalaya bilir.

Yaşıl çay Yaşıl çayın xərçəng xəstəliyinə qarşı təsiredici xüsusiyyəti məlumdur. Bundan başqa, metaboliz prosesi sürətləndirərək bədəndəki yağların əriməsini də təmin edir. Yeməkdən sonra içilən 1 fincan yaşıl çayın faydasını qısa zaman kəsiyində görmək mümkündür. Hər gün qəbul edilən 5 fincan yaşıl çay 70-80 kalorinin azalmasına səbəb olur.

Az yağlı süd məhsulları Kalium mənbəyi olmaqla yanaşı, süd məhsulları yağ hüceyrələrinin də əriməsinə kömək olur. Gündə 3-4 dəfə az yağlı süd məhsulları qəbul edən qadınların yağ əritmələri bu məhsulları yeməyənlərlə müqayisədə 70 faiz daha çoxdur. Kalsium bədənin yağları daha sürətlə əritməsini təmin edir. Gündəlik olaraq 1.200 mg kalsium qəbul etmək lazımdır.

Su Kifayət qədər su qəbul etmirsinizsə, deməli arıqlamağınız da bir o qədər çətin olacaq. Maye çatışmazlığı yavaş metabolizmə və qandakı qlukoza maddəsinin səviyyəsinin düşməsinə səbəb olur. Bu səbəbdən yorğunluq və baş gicəllənməsi də ola bilər. Gündəlik olaraq 1.5 litr su içmək metabolizm prosesini 30% sürətləndirir.

Proteinlə zəngin məhsullar Protein əzələnin inkişafına müsbət təsir göstərən maddədir. Proteinlə zəngin olan maddələr metobolizm prosesini sürətləndirir. Həzm sistemimiz proteinləri həzm etmək üçün daha çox enerjiyə ehtiyac duyur. Proteinlerin sayəsində gün ərzində 150-200 kallori ata bilərsiniz.

Ədviyyatlı məhsulları Xüsusilə acı və qırmızı bibər metabolizm prosesini sürətləndirir. Çünki ədviyyatlar adrenalinin sekresiyasını sürətləndirir, metabolizmin sürətini artırır və kalori atmasına yardımçı olur.

Top