Yeməkdən sonra tez acırsınızsa bu qidaları yeməyiniz məsləhətdir

Yeməkdən sonra tez acırsınızsa bu qidaları yeməyiniz məsləhətdir

Yeməkdən sonra az bir müddətdə acırsınız? Nə qədər yemək yeyirsinizsə yeyin tam doymursunuzsa lifli qidalar yeməyiniz daha faydalı olardı. “Acdırmayan və toxluq hissi yaradan lifli qidalar həm də sağlamlıq üçün çox faydalıdır” deyən türkiyəli dietoloq Pınar Kural Enç aşağıdakı qidaları sadalayaraq faydaları barədə məlumat verib.

Paxlalılar

Paxlalılar

Faydalarını sadalamaqla bitməyən paxlalı bitkilər lif mənbəyidir. Sinir sisiteminin dostudur. Karbohidrat tərkibli olduqları üçün insanı tox saxlayır. Maqneziyum, potasyum, kalsiyum, dəmir, B vitamini və mineral tərkiblidirlər. Gec həzm olduğu üçün qandakı şəkəri nizamlayır. Bizim özümüzü tox hiss etməyimiz üçün bədəndə qan şəkərinin normada olmağı çox önəmlidir. Lif tərkibli olduqları üçün paxlalı bitkilər mədədə tez parçalanır, bu karbohidrat və proteinin sorulmasını asanlaşdırır, qəbzliyin qarşısını alır. Paxlalı bitkilər liflə zəngin qidalar olduğuna görə bağırsaqların işləməsini nizamlayır. Maqnezyum və kalsiyum sümükləri gücləndirir.

Badam

Badam

Arıqlamağa təsir edən badam; sink, dəmir, kalsiyum, potasiyum, E vitamini kimi minerallar və vitaminlərlə zəngindir. Badamda Omega3-ün səviyyəsi çox yüksəkdir. Badamın tərkibindəki sağlam yağlar və liflər aclığı gecikdirib sizdə toxluq hissi yaradır. Bağırsaqların hərəkətini artırır. Diyeta saxlayanların aralıq yeməyi olan badam gündə ən çox 10-15 ədəd yeyilə bilər.

Portağal

Portağal

Bildiyiniz kimi ilk öncə C vitamini ilə zəngin olan Portağalın tərkibində B və E vitaminləri, fosfor, maqneziyum və potasiyun mineralı da var. Portağalda eyni zamada mis, sink, dəmir manqan və protein də var. İmuniteti gücləndirir. Liflə zəngin olan portağal bütöv şəkildə yeyilməlidir. Əgər portağalın təkcə şirəsini içsəniz liflərindən kifayət qədər faydalana bilməzsiniz. Portağal bədənimizdəki zərərli maddələri təmizləyir. Dərinin sağlamğı üçün də çox faydalıdır. Dərinin təravətli və qüsursuz görünməsinə yardımçı olmaqla yanaşı, dəri qırışlarının qarşısını alır. Həzmi asanlaşdırır və qəbzliyi aradan qaldırır. Tərkibində C vitamininin həcmi çox olan portağal, bədəndəki yağların yanmağını da tezləşdirir.

Top