İştahla mübarizə

İştahla mübarizə

Vücudunuzu payıza hazır edin və kökəlməyə qoymayın. Türkiyənin məşhur dietoloqu Burcu Aydın iştah böhranı zamanı nə etməli olduğumuzu söyləyib. Vücud olduqca ağıllı mexanikadır. Bunun üçün təkcə dayanmadan düyünən ürəyi, yaralanandan bir neçə gün sonra tamamilə sağalan dərini nümünə göstərmək olar.

Bu möhtəşəm mexanizmanın davamlı və mütəmadi olaraq işləməsi üçün sağlam yanacaq ehtiyatlarına ehtiyacı var. Bu zaman ürəyiniz dondurma, hamburger, ya da şokolad yemək istədiyəndə beyniniz vücudunuza təxribat hazırlayırmı? Yoxsa bu ani iştah siqnalları sizin iradəsizliyinizdən doğur?

İştahlı olmaq xəstəlik deyil. İştah vücudumuzun nəyə ehtiyacı olduğunu göstərən işarədir. Lakin həmin yeməyi niyə yemək istədiyiniz də bilməlisiniz. Ağır pəhrizlər nəticəsində bədənin efir əsaslı qidalara ehtiyacı ola bilər. Bəlkə də aşırı stresli, ya da çox sıxıcı həyatınız var. Bədən ehtiyacı olan maddələri qəbul etmək üçün bu siqnalları göndərir.

Ürəyinizin mütəmadi olaraq şirin bir şey yemək istəməsinin səbəbi protein əskikliyi ola bilər. Yetərli su qəbul etməməyiniz və sevgi azlığı da çoxlu şirniyyat qəbul etməyə vadar edən səbəblər arasındadır. Şəkər böhranının qarşısnı almanın yolu nə istədiyini anlamanızdır. Heç bir pəhriz kitabı, ya da teoremi sizə nə yeməyin lazım olduğunu söyləyə bilməz. Bədənini tanıyan insanlar onun göndərdiyi işarələrdən nə demək istədiyini bilir. Həyatınız boyu yaşadığınız ən yaxşı münasibət, sizin bədəninizə olan münasibətdir. Bu əlaqəni gücləndirmək üçün vaxta, əlaqəyə və onun göndərdiyi işarələrə qulaq asmaq lazımdır. İştah böhranı ilə qarşılaşdığınız zaman bunlardan birini sınaqdan keçirin.
  • 1-2 stəkan su için və 10 dəqiqə gözləyin.
  • Daha sağlam qidalar yeməyə çalışın.
  • Şəxsi həyatınızda baş verən hadisələri qaydasına salın və problemlərinizi həll edin.
  • Problemlərin qidalanma rejiminə təsir etməsinə imkan verməyin.
  • Ürəyiniz hər istəyən şeyi yeyirsinizsə, bunun sizə necə təsir göstərdiyinə fikir verin. Yedikdən sonra özünüzü enerjili hiss edirsinizsə, problem yoxdur. 
Top