Zəncəfil çayı

Zəncəfil çayı

zəncəfil cayıOnun qidada istifadəsi yeməklərə unikal dad verir. Amma zəncəfil ancaq yeməklərdə istifadə olunmur, bu gün bir çox insanlar onu arıqlamaq və gözəllik üçün istifadə edirlər. Buna görə də, səhəri gözəl içki — zəncəfil ilə başlayan, uzun illər gənc qalacaq. 

Zəncəfil çayı qan dövranının sürətini artırır və mədənin işləməsini qaydaya salır. Mütəmadi olaraq belə çayın içilməsi dərini möhkəmlədir və bədənin görünü şünü yaxşılaşdırır. Və nəhayət, zəncəfil çayının köməyi ilə qısa bir zamanda hərkəs arıqlaya bilər.

Zəncəfil çayının arıqlama effekti

Artıq həkimlər tam razılığa gəliblər ki, zəncəfil tibbi vasitədir. Zəncəfilin tərkibində olan yağlar çəkinin itkisi üçün güclü təsir göstərir. Buna görə də arıqlamaq istəyənlər zəncəfil çayından istifadə etməlidirlər.

Zəncəfil çayının hazırlanmasının 4 xüsusi və effektiv reseptləri

Zəncəfili nazik-nazik doğramaq və qaynar qaynadılmış suya atmaq. Gün ərzində içmək. Sağlamlıq məqsədi ilə yeməkdən əvvəl içmək, arıqlamaq istəyənlərə hər zaman içmək məsləhət olunur.

Zəncəfili xırda-xırda doğramaq və soyuq suya atmaq. Odun üstündə qaynatmaq və 25 dəqiqə zəif odda saxlamaq. Sonra, oddan çəkib 10-15 dəqiqə vaxt vermək. Bal və limonu əlavə edib içmək.

Bu resept tez bir zamanda böyük çəkidən azad olmaq istəyənlər üçündür. Effektiv arıqlama üçün çayın tərkibinə zəncəfillə birlikdə eyni miqdarda sarımsaq qatılmalıdır. Termusa töküb qaynar su ilə doldurun. 25 dəqiqə ərzində dəm aldıqdan sonra çay süzülməlidir və ondan sonra gün ərzində içilməlidir. Sarımsağın qatılması effekti yüksəldir.

Birinci bənddə göstərilən reseptə briar əlavə olunsa, siz yeni bir dad alacaqsınız. Daddan əlavə həmin çay bəzi qadın xəstəliklərinə qarşı kömək edə bilər.

Zəncəfil çayının hazırlanması üçün hər 2 litr suya bir ovuc zəncəfil götürün.
Əgər siz arıqlama prosedurlarına təzə başlamaq fikrindəsinizsə, 1 günə yalnız yarım stəkan zəncəfilli çay için. Sonra isə bu miqdarı gündə 2 litrəyə qədər çoxaltmaq olar. Zəncəfili hazırlama zamanı kartof təmizləyən sizə onu düz və nazik doğramasında kömək edəcək.
Top