ABŞ mütəxəssisləri hesab edir ki,qidalanma zamanı yaxşı əhval-ruhiyyə kalori sərfiyyatını azaldır.Musiqi,interyer və ümumi atmosfer həmişə qidalanma prosesinə təsirsiz ötüşmür.Mütəxəssislər fast -food və digər yeməklər təklif edən iaşə obyektlərində tədqiqat aparmışlar.
Sakit musiqi sədaları altında az işıqlandırılmış şəraitdə yemək yeyənlər daha az (ümumi qidanın 18 %) kalori almış olurlar.Lakin bu atmosfer menyu seçiminə heç bir şəkildə təsir etmir.Orta təklif 950 kkal üzərinə olsa da sakitləşdirilmiş atmosfer 175 kkal az,yəni 775 kkal qidalanmaq ilə nəticələnir.Alimlər bildirirlər ki,düşünülənin əksinə sakit atmosfer insanları daha çox kalori almaqdan çəkindirir.Bunun üçün də sağlam və kefiyyətli qidalanmaq istəyənlər məhz bu təkliflər olan yerlərdə qidalanmalıdırlar.