“Pivə qarın” sahibləri normal bədən kütləsi indeksinə malik olsalar belə piylənmədən əziyyət çəkənlərə nisbətən daha çox,hətta 2 dəfədən artıq ölüm riski ilə üzbəüzdür.Bu tədqiqatdan əvvəl mütəxəssislər hesab edirdilər ki,sadəcə bədən kütləsi indeksi normal olan insanlar bu riskdən sığortalanmışlar.
Mərkəzi qaydada inkişaf edən piylənmə xəstəliyindən əziyyət çəkənlər isə ölümün bir addımlığındadırlar.Lakin aparılan təcrübələr əksini düşünməyə vadar edir.
Belə ki,paradoksal olsa da normal bədən kütləsi indeksinə və müəyyən lokallaşmış piylənməyə sahib insanlar ümumi piylənmə xəstəliyindən əziyyət çəkənlərə nisbətən daha çox ölüm riski ilə üz-üzədir.Bu ölümün xüsusiyyəti isə xəbərdarsız olmasındadır.
Təcrübə zamanı 18+ on iki mindən artıq insanın sosial durumları,total orqanik xəstəlikləri,bədən kütləsi indeksi,çanaq və belin ölçüləri hesablanaraq təhlil aparılmışdır.BKİ-nə görə 3 qrup ayırd edilmişdir:normal,artıq,yüksək.Müşahidələr 14 il ərzində aparılmışdır.Könüllülərin orta yaşı isə 44 olmuşdur.Bu zaman ərzində 1138-i ürək-damar xəstəliklərinin payına düşən 2562 ölüm faktı qeydə alınmışdır.Bu statistik göstəricilər digər ürək-damar xəstəlikləri səbəbindən ölənlərdən 2,75 dəfə,mərkəzi piylənmədən ölənlərdən isə 2,8 dəfə çoxdur.