Menopauza zamanı qidalanmaya diqqət edilməli və aşağıdakı yeddiliyə mütləq şəkildə əməl edilməlidir:1) Yağ qəbulunun məhdudlaşdırılması və yağlı qidalardan uzaq durmaq.
2) Kalsium ilə zəngin qidalara üstünlük vermək.Bu zaman sizə süd və
süd məhsulları daha çox kömək edə bilər.Lakin,yağlanma dozasını mütləq gözləmək lazımdır.
3) Maqnezium da əvəzsiz qidalardan biridir.Dəniz kələmi və qoz-fındıq da daxil olmaqla çərəzlərdən faydalana bilərsiniz.
4) Vitamin E sizə olduqca faydalı olacaq.Çərəzlər,subtropik bitkilər,bir çox tərəvəz salatları və paxlalılar mənbə rolunu oynayır.
5) Zülallardan faydalanmaq lazımdır.Bunun üçün isə norma daxilində ət və ət məhsullarından istifadə edin.
6) Lifli qidalar qəbulunu artırın.Bu həmin dönəmdə və sonrakı zamanda yarana qəbizliklərin qarşısını alır.
7) Şirniyyat məhsullarına birdəfəlik "Yox"-deyin.