Məlumdur ki, B12 vitamininin çatışmazlığı qanazlığına və mərkəzi sinir sisteminin pozğunluğuna gətirib çıxarır. Bu vitaminin ən çox zəngin olduğu qida isə ət, balıq, qaraciyər, süd, yumurtadır. Aydındır ki, vegetarianlar bu qidalardan özlərini məhrum edirlər. Onların qəbul etdiyi hətta vitaminləşdirilmiş qidaların tərkibində isə B12 vitamini kifayət qədər olmur. Oksford alimləri bir neçə il 16-87 yaşlı vegetarianları və ət yeyənləri müayinə etmişlər. Alimlərin fikrincə, daha çox 61-87 yaşlılar arasında dəyişiklik nəzərə çarpırdı. 5 il ərzində meyvə və tərəvəz yeyənlər arasında beyin aktivliyi azalmış, yaddaş zəifləmişdir. Beynin kompüter tomoqram görüntülərində isə digər qrupla müqayisədə beynin kütləsinin və həcminin kiçilməsi qeydə alınmışdır.
Bununla belə, hətta 50 il öncə Britaniya antropoloqları Afrikada hazırkı insanların əcdadlarını – avstralopitekləri aşkar etmişlər. Tədqiqatlar zamanı aydın olmuşdur ki, onları iki qrupa bölürdülər – şişman və arıq. Birincilər yalnız vegetarian pəhrizi ilə kifayətlənir və nəticədə kökəlirdilər, onların beyni isə kiçilirdi. Nəticədə onlar tələf oldular. İkincilər isə nəinki yaşadılar, həmçinin bizim əcdadlarımız sayılırlar. Beləliklə, antropoloqlar bu nəticəyə gəldilər ki, bitki mənşəli qida beynin inkişafına kömək etmir, əksinə onun fəaliyyətinə mənfi təsir edir. Ət və ət məhsullarını az qəbul edənlərin şiş xəstəliklərin tutulma ehtimalı azdır. Britaniya və Yeni Zelandiya universitetlərinin mütəxəssisləri aşkar etmişlər ki, vegetarianlar arasında qan, sidik kisəsi və mədə xərçəngi xəstəliyinə tutulması nadir hallarda baş verir. British Journal of Cancer jurnalında nəşr olunan tədqiqatın nəticələri göstərir ki, vegetarianlığın qoruyucu təsiri bağırsaq xərçənginə sirayət etmir. Lakin vegetarianlar arasında uşaqlıq xərçənginə tutulanların sayı 2 dəfə çoxdur. Alimlər hələ bu nəticələrin tam dəqiq olmasını təsdiq etmirlər. Hazırladı: S. AytənVegetarianların xərçəngə tutulma riski azdırmı?
Mənbə: İqtisadiyyat qəzeti