Vitaminlərin çatmamazlığı ilə gedən xəstəliklərə hipo və ya avitaminozlar deyilir, hipo və avitaminoz həmçinin hamiləlik və döşlə əmizdirmə zamanıda baş verir
Avitaminoz A Bu xəstəliyin əsas əlaməti görmənin pozulmasıdır.Bundan əzab çəkən şəxslərdə hava qaralan zaman görmə itiliyi kəskin aşağı düşür və bu "toyuq korluğu" adlanır.Vaxtında müalicə aparılmazsa tam korluq baş verə bilər.Konyuktivanın quruluğu, bəzi hallarda isə buynuz qişanın yarası baş verir.Avitaminoz A zamanı selikli qişalar, dəri örtükləri dəyişikliyə uğrayır : traxeya, bronx, mədə-bağırsaq sisteminin selikli qişasının zədələnməsi baş verir.Çox hgallarda dəri örtüklərinin quruluğu, qabıqlanması, dəri örtüklərinin qalınlaşması baş verir Müalicəsi: tərkibində vitamin A olan qida məhsulları (kərə yağı, yumurta, süd, kök, pomidor, qara qarağat və.s) ilə zəngin olunmalıdır Avitaminoz B B qrupu vitaminləri orqanizmin həyat fəaliyyətində böyük rol oynayır. Vitamin B1 çatmamazlığı beri-beri xəstəliyinin əmələ gəlməsinə səbəb olur (ətraflarda ağrı və zəiflik bəzi hallarda ifliclər, bağırsaq fəaliyyətinin pozulması dərialtı toxumanın ödemi) B1 avitaminozunun profilaktikası üçün qida qara çörək, portağal, üzümlə zəngin olunmalıdır Müalicə məqsədilə 3-5%-li vitamin B1 əzələ daxilinə 1ml-dən 2-3 həftə müddətində təyin edilir Avitaminoz C Vitamin C- askorbin turşusu itburnuda, qara qarağatda , limonda, göy soğanda, təzə kələmdə çoxlu miqdarda rast gəlinir Vitamin C-nin çatmamazlığı zamanı xəstələr zəiflikdən, baldır əzələlərində ağrıdan, diş dibi ətinin qanaxmadan, dəriyə qansızmalardan şikayətlənirlər Avitaminiz C-sinqa və ya skorbut xəstəliyidə adlanır Müalicəsində 1ml 5%-li askorbin turşusu 2 həftə müddətində təyin edilir Profilaktikası üçün tam dəyərli qidalar, vitamin C ilə zəngin olunmalıdır Müəllif: Əhmədova Zeynəb