Arıqlamaq məqsədilə tətbiq edilən və müsbət nəticə ilə yekunlaşan bütün proqramlarda 2 əsas qanunauyğunluq mövcuddur: əlavə əziyyətlər olmadan həyat tərzinin və qidalanma xarakterinin dəyişilməsi. Lakin dəyişilmək üçün müəyyən vaxt tələb olunur ki, bu dövr ərzində tədricən köhnə vərdişlərdən yaxa qurtarmaq lazımdır. Bu zaman səbirli olmaq və tez bir zamanda inanılmaz dəyişikliklər gözləmək mənasızdır.Arıqlamaq üçün dieta və idman hərəkətləri əsas üsullardır.
- Dietoloqlar «piyləri əridən» adlandırılan məhsullar qrupuna soğan və sarımsağı aid edirlər. Onlar qan dövranını sürətləndirir, damarları təmizləyir, hüceyrələrin qidalanmasını yaxşılaşdırır. Soğan və sarımsağı yedikdən bir saat sonra hüceyrələrdəki maddələr mübadiləsi intensivləşir və piylər əriməyə başlayır.
- Tərkibində çoxlu miqdarda yod olan dəniz balıqları, kalmar, treska, kambala balıqları qalxanabənzər vəzinin fəaliyyətini stimulə edir və piyləri əridir.
- Bişmiş kartof orqanizmdəki piyləri parçalayır, qızardılmış kartof isə çəkinin artmasına gətirib çıxarır.
- Alma sirkəsi nəinki piyləri parçalayır, eləcə də artıq kalorili yeməklər – xüsusilə şirniyyat yeməkdən çəkindirir.
- Kivinin tərkibində çoxlu C vitamini və flavonoidlər olduğundan piylərin parçalanmasına kömək edir. Təxminən bütün sitrus meyvələrinin tərkibi də bu cürdür. Lakin onların şirəli ləti deyil, daxili ağ qişası zəngindir. Ona görə də portağalı və limonu qabığı ilə birgə yemək xeyirlidir.
- Razyananın tərkibində elə maddələr vardır ki, bağırsaqlara düşən yağlarla birləşir və onların sorulmasına kömək edir. Bundan əlavə, onun tərkibində kamfora və mixək yağı vardır ki, bu da maddələr mübadiləsini stimulə edir və yağların həll olmasına kömək edir.
- Piylənmə zamanı portağalın, qreypfrutun, limonun, rozmarinin, küknarın, muskatın, kiparisin, ardıcın efir yağlarından istifadə edilir.
Əgər aclıq hissi insanı narahat etmirsə, qida qəbul etmək məsləhət görülmür. Artıq çəkili insanlarda qida qəbul etməyin əsas səbəbi yemək üçün darıxmaqdadır. Eləcə də yemək zamanı televizora baxdıqda da çəki artımı baş verir. Çünki bu zaman diqqət həzmə deyil, televizorun ekranına doğru yönəlmiş olur.
Bizim əsas düşmənimiz kolbasalarda, sosiskalarda, sardelkada, yağlı pendirlərdə, mayonezdə, yağlı xəmirdə, şokoladda və bütün qızardılmış xörəklərdə olan gizli yağlardır.
Yadda saxlayın:
1 qram yağ 9 kilokalori (kkal), 1 q alkoqol – 7 kkal, 1 q zülal və karbohidrat – 4 kkal verir. Ona görə də zehni fəaliyyətlə məşğul olanlar üçün qida rasionu 2000 kilokaloridən yüksək olmamalıdır.
Arıqlamağın 12 sirri
"Ac qalmadan, yeyərək arıqlamaq və sağlıqlı qalmaq mümkündürmü?" - deyə düşünürsünüzsə, 12 qızıl məsləhəti gözdən keçirin.
- Hər zaman eyni qidalara müraciət etməyin. Gün içində fərqli qidalara da müraciət etmək lazımdır.
- Yağı azaldın. Əgər yeməyin, salatın üzərinə yağ tökməkdən xoşlanırsınızsa, o zaman o yağı limon, quru meyvə, ketçap, mayonezlə əvəzləyin.
- Alış-verişdə kiçik səbətə müraciət edin. O səbətin içinə az kalorili qidalar qoyun.
- Yemək boşqablarının kiçik olması vacibdir. Boşqabın içərisindəki yemək isə mütləq geniş şəkildə qoyulmalıdır.
- Ara yeməklərdən vaz keçməyin. Əsasən tərəvəzlərdən istifadə edin.
- Əsasən gecələr adət halını almış menyunuzu yarı-yarıya edin. Əvəzinə bol-bol meyvə-tərəvəz yeyin.
- Mütəmadi olaraq idman edin.
- Fast-fooddan qaçın. Və ya souslar yerinə pomidor, göyərti yeyin.
- Harada olursunuzsa-olun, bu məsləhətlərdən mütləq istifadə edin.
- Mütəmadi olaraq yeməklərlə bağlı plan qurulmaması da normal kiloda qalmağın ən önəmli nöqtələrindən biridir.
- Gün boyunca bolluca su için. Xüsusilə yeməkdən sonra 1-2 stəkan su için.
- Mətbəxdə uzun saat keçirməyin.
Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Həmçinin bax:
Arıqlamağın yolları
Artıq çəkidən qurtulmaq