Pəhrizin effektlərindən

Pəhrizin effektlərindən

Kalorisi az olan pəhriz növləri sinir xəstəliklərinə yol aça bilər.
Qəbul edilən kalori (yağ və karbohidratlar) ilə stress səviyyəsi arasında əlaqəni öyrənmişlər. Siçanlar üzərində aparılan təcrübələrdən aydın olmuşdur ki, yağ və karbohidratlarla zəngin olan ənənəvi qida orqanizm tərəfindən mükafat kimi qəbul olunur. Lakin qidanın çatışmaması isə narahatlıq yaradır və onu əldə etmək üçün riskli addımlar atmağa sövq edir. Əslində qida rasionunda baş verən dəyişikliklə insanın xasiyyətində və davranışında olan dəyişiklik arasında əlaqə olması çoxdan məlumdur. Xüsusilə bu, vegetarianlarda daha çox hiss olunur.

Həkimlər izah edirlər ki, belə pəhriz insanı bir çox bioloji aktiv maddələrlə, məsələn, zülallarla, B1,B2, B12 vitaminləri, Sa və digər mikroelementlərlə təmin edə bilmir. Sinir hüceyrələrinin qurulması və normal fəaliyyət üçün hərtərəfli mənbə olmalıdır ki, bunun da bir hissəsini tam və balanslaşdırılmış qida vasitəsi ilə qəbul edirik. Məsələn, hər birimizin normal fəaliyyəti üçün ehtiyat halında 30 milliqram B1 (tiamin) vitamini olmalıdır. Onunla zəngin olan  qidadan imtina etməklə sinir sistemində dəyişikliklər baş verir. Tiamin həmçinin həzm, ürək-damar sisteminin normal fəaliyyətinə kömək edir, streslərə qarşı müqavimət göstərir.

B12 vitamini qanyaranmada iştirak edir, orqanizmdə anemiyanın yaranmasına mane olaraq ümumi enerjiyə müsbət təsir edir.
B2  (riboflavin) isə birbaşa stress hormonlarını neytrallaşdırır,  yağları və karbohidratları enerjiyə çevirir.
Deməli, çox vaxt pəhrizə riayət edilməsi insanı bu kimi vacib komponentlərin qəbulundan və onların faydasından məhrum edir.

Hazırladı: S.Aytən
Mənbə: İqtisadiyyat qəzeti
Top