Qışda necə qidalanmaq lazımdır?

Qışda necə qidalanmaq lazımdır?

Fəallığın azalması, mürgülü vəziyyət, əzginlik, daima nəsə şirin bir şey yemək və yaxud, isti vanna qəbul etmək istəyi ... Bütün bunlar bioloji yaşam dövründə payız-qış simptomlarıdır. Dietoloqlar sözügedəm vəziyyəti  təbii hesab edirlər.  Onların sözlərinə görə soyuqların düşməsi, günlərin qısalması, ultra bənövşəyi şüaların miqdarının azalması maddələr mübadiləsini zəiflədir. Nəticədə pozitiv ovqata müsbət təsir edən serotonin harmonunun ifrazını zəiflədir.  Məhz buna görədir ki, ümumi fəallığın və iş qabiliyyətinin səviyyəsinin azalması təcüblü syılmır.
Təbiətin əksinə getmək olmaz. Qışda bizi azı 4-5 ay soyuq havalar gözləyir. Ekspertlər əmindilər ki, əgər , savadlı şəkildə qidalanıb, orqanizmimizə “qış enerjisi” versək, 3-4 həftədən sonra buna uğurla adaptasiyaolacaq, özümüzü əla hiss edəcəyik. Odur ki, ilk növbədə gündəlik qida rasionumuzu qış dövrünə uyğun qurmalıyıq.
Qış dövründə sərfəli qidalanmanın isə qızıl qaydaları var:

Birinci qayda

Qidanın kalorililiyini və “enerji tutumu”nu artırmaq. Bunun üçün ilk növbədə vurğunu “ağır zülalların” üzərinə gətirməliyik, yəni ətin, balığın və quş ətinin.
Əgər biz yayda bunlarsız əla ötüşə biliriksə, qışda zülalsız qalsaq immunitetimiz ölər. Deyilən zülallar organizmimizə qəbul olunmursa, onda lazımi miqdarda immun hüceyrələr yarana bilmir. Həftədə 2-3 dəfə mütləq balıq yeyin. Həmçinin, qida rasionunda dana və quş ətinə yer ayırın.
Hər gün 1-2 stəkan süd, qatıq və digər ağartı məhsullarından da istifadə etmək də pis olmaz. Nəzərə alsaq ki, organizmə vitamin lazımdır, onda kələmi, brokolini, cır kökü, yer armuduni, balqabağı, turpu, çuğunduru, kökü, baş soğanı və kartofu yaddan çıxartmayın. Onlar indi tərkibnindəki vitamibnlərə görə pikdədirlər. Fevral ayından sonra isə həmin vitaminlər tədricən itiriləcək.
Qış süfrəsinin daha bir baza ünsürü dənli bitkilərdən bişirilən sıyıq və çörəkdir. Organizmə “tədrici karbohidratlar” lazımdır. Çünki onlar enerjilərini tədricən, həm də bərabər miqdarda verə bilirlər. Məsələn, səhər yeməyində dənli bitki sıyığı sizin əsl “batareyanızdır.” O, 2-3 saat ərzində işləməyinizi təmin edəcək.
“Amma”... Bəli, işin “amması” da var. Bu da ondan ibarətdir ki, qış süfrəsi hiss olunmadan çəkini artıra bilir. Narahat olmayın. Bunu sakit qəbul edin. İstilərin düşdüyü birinci ayda maddələr mübadiləsi sürətlənəndən sonra qışda “qazandığınız” artıq çəki öz-özünə itib, gedəcək.
Yeri gəlmişkən, qışda artıq çəkidən qaçmaq istəyirsinizsə, yaxşı olar ki, karbohidratları günün birinci yarısında qəbul edəsiniz. Şam yeməyinə isə yağsız ət və balıqla kifayətlənmək olar. Aşağı kalorili turş ağartı məhsullarını da yaddan çıxartmayın.
Çalışın ki, çox hərəkət edəsiniz. Nə qədər çox hərəkət etsəniz, maddələr mübadiləsi aktivləşəcək, bu da həyat enerjinizi artıracaq.

Qışda yeməyin ikinci qaydası

İkinci qaydaya əməl etmək üçün ilk növbədə özünüzün qış-qida rasionumuzun tərkibinə fikir verməlisiniz. Bu sizlərə lazım olan vitaminlərin düzgün seçimidir. “porollon” ekzotik meyvələrin, “parafinlənmiş” almaların yeyilməsindən əl çəkin. Çünki tərkibində  faydalı heç nə yoxdur.  Dietilooqlar məsləhət görürlər ki, qışda daha çox sitrus meyvələrdən istifadə olunmalıdır. Çünki, onların tərkibindəki C vitamini soyuq vaxtlarda virus infeksiyasına  qarşı dayanır. Təzə sıxılmış sitrus meyvə şirələrinin həvəskarları bir şeyi yaddan çıxarmamalıdırlar. Çalışmaq lazımdır ki, həmin şirə 1:1 nisbətində su ilə qarışdırılsın. Yoxsa uzun müddət belə şirələrin qəbulu mədənin selikli gişəsini “yandıra” bilər.
Və daha bir məsləhət: Sıxılmış şirəni dərhal içmək lazımdır. Çünki, onun tərkibindəki C vitamini  sürətlə parçalanır və əgər, şirə stəkanda bir neçə dəqiqə açıq havada qalırsa, onun cana faydası yoxdur.

Qışda qidalanmağın üçüncü qaydası

Qış süfrəsinin üçüncü qaydası savadlı qidalanma rejimidir. İndi geniş yayılmış belə fikir var ki, soyuq havalarda maye qəbulunun miqdarını azaltmaq gərəkdir. Bunda  müəyyən qədər həqiqət var. Həkim dietoloqların fikrincə, yayda insana qışdakından çox maye tələb olunur. Lakin bu o demək deyil ki, qısda az maye qəbul etmək lazımdır. Gün ərzində ümumiyyətlə 1,5 litrdən az olmayaraq maye qəbul olunmalıdır ki, bunun da 1 litri içməli suyun payına düşür. Qalmış hissə isə isti çay, mors və kompotlarındır.

Qışda yeməyin dördüncü qaydası

Qış “qida proqramının” dördüncü qaydası temperatur rejimidir. Həkimlər deyir: “Qışda quru və soyuq yeməklərlə qidalanmaq, soyuq  su içmək  olmaz. Onlar ilıq və isti olmalıdır. Əgər, “soyuq qəlyanaltı ilə ötüşə bilirsinizsə, onda müxtəlif baton müslilər alın və evdən termosda isti çay götürün. Bu adamın əlindən vaxtında tutur.  Xüsusən də termosda quru meyvələrin –it burnu, yemişan və qara quşarmudunun dəmləməsi faydalıdır. Yeməkləri hazırlayarkən “istilik gətirən” ədavalardan : bibərdən, cirə, hil, zəncəfil, koreandrdan istifadə etmək lazımdır.

Qışda yemək yeməyin beşinci qaydası

Qış süfrəsinin beşinci və sonuncu qaydası qida müxtəlifliyidir. Əslində qidalanmağın əsas prinsipi müxtəliflikdir.  Müxtəlif qidaların qəbulu qışda da öz aktuallığını itirmir. Hər səhər yeməyinə sıyığı dəyişdirin. Müxtəlif təzə çəkilmiş şirələr için.  Çeşidli çorək növləri alın. Bu halda orqanizm olardan lazım olan faydalı maddələri maksimum alacaq, soyuğa,  depressiya və viruslu xəstəliklərə qarşı möhkəm dayanacaq.

Mənbə www.itv.az

Top