Faydalı məsləhətlər.

Faydalı məsləhətlər.

Ağ çörəkdən çox istifadə bir çox qadınlarda,ürək əzələ ağrılarına gətirib çıxara bilər.Məlum olmuşdur ki,ağ çörəkdən çox istifadə edərkən qanda qlükozanın miqdarı çoxalır,elə bu da ürək xəstəliyinə gətirib çıxarır.Bundan başqa qarğıdalı dənələri və düyü də orqanizmə oxşar təsirlər göstərir.
Yuxarıda sadalanan məhsullardan birdəfəlik imtina etmək də məcbur deyil.Lakin heç olmasa onların qəbulunu azaltmaq lazımdır.


Düzgün qidalanma:
Dünyada artıq çəkidən əziyyət çəkən uşaqların sayı günü-gündən daha da artır.Və belə hal həkimləri narahat edir.Miçiqan universitetinin biliciləri valideynlərə bununla bağlı məsləhətlər veriblər.Belə ki, uşaqlar normal yuxunu yatmalıdırlar.Az yatmaq  piylənməyə gətirib çıxara bilər.
Əgər uşaqlar tərəvəz yemək istəmirlərsə,onları buna görə danlamaq lazım deyil.Onların həvəslə yedikləri yemək onlar üçün daha faydalı ola bilər.Həmdə onların özünün ərzaqları seçməsi və yemək üçün nəsə fikirləşməsi də məqsədəuyğun olar.



Gilənar daxili iltihablara qarşı:
Gilənar və ondan hazırlanan mürəbbə böyrək və sidik yolları xəstəliklərində xüsusən sidik yollarında daş bağlayan zaman çox faydalıdır.Həmçinin o xroniki mədə bağırsaq xəstəliklərində mədənin həzmetmə prosesini yaxşılaşdırır,orqanizmdə gedən maddələr mübadiləsini tənzim edir və iştahanı artırır.Gilənarın şirəsi həmçinin şəkərli diabet xəstəliyinin ilk dövründə şəfaverici dərman kimi işlədilir.



Kofein kataraktaya qarşı
Bir fincan kofe göz bəbəyini qoruyub,onu kataraktaya tutulmaqdan uzaqlaşdıra bilər.Bunu Baltimordakı tibb məktəbinin mütəxəssisləri aşkar ediblər.



Top