Ümumi immunologiya 17

Ümumi immunologiya 17

801) İlboyu uzunmüddətli,aramsız orta-ağır gedişatlı allergik rinit zamanı hansı preparat seçilir?

A) Yerli α-adrenomimetiklər
B) Kombinə olmuş preparatlar (sistemli antihistamin + α-adrenomimetiklər)
C) Natrium-kromqlikat
D) İntranazal QKS (qlükokortikosteroid)
E) Ssistem antihistamin preparatları

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533

802) Bunlardan hansı astmogen qeyri-infeksion inqalyasiyalı allergen deyil?

A) Həşəratların və digər buğumayaqlıların bədəninin hissələri
B) Sadalananların heç biri
C) Sadalananların hamısı
D) Qeyri-patogen göbələklərin sporları
E) Heyvan və insanın epidermisinin hissəcikləri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

803) Atopik bronxial astmanın reagin mexanizmini hansı təsdiq etmir?

A) Sadalananların hamısı
B) Prausnits-Kyüstner üzrə passiv keçiriciliyin müsbət reaksiyası
C) Makrofaqların miqrasiyasının ləngiməsi faktorunun ayrılması
D) Spesifik allergenə dəri reaksiyasının suluqlu tipi
E) İnqalyasiyalı provakasion testə reaksiyanın tez xarakteri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

804) Bunlardan hansı α -adrenoreseptorların qıcıqlanmasını törədir?

A) Damarların spazmı
B) Sadalananların heç biri
C) Damarların genişlənməsi
D) Bronxların genişlənməsi
E) Bronxların daralması

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.540

805) B-asılı tipli allergiya zamanı bronxospazm hansının təsirindən baş vermir?

A) C4, D4 leykotrienlərin
B) Asetilxolinin
C) Histaminin
D) Proteolitik fermentlərin
E) Sadalananların hamısının

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.540

806) Fiziki gücdən baş verən bronxial astma üçün hansı simptom xarakter deyil?

A) Sağlam şəxslər arasında rast gəlinməsi
B) Sadalananların hamısı
C) Təkrarlanan yüklər zamanı bronxospazmın azalması
D) Bronxial astmanın xəstələr arasında daha çox rast gəlinməsi
E) Ətraf mühit faktorlarının təsiri (havanın temperaturu, rütubət və s.)

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

807) Atopik bronxial astmanın spesifik diaqnostikasının daha ehtimal dürüst metodu hansıdır?

A) Provakasion nazal test
B) Dəri-allergik sınağı
C) Sadalananların hamısı
D) Provakasion inqalyasiya test
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

808) Digər bronxolitiklərlə müqayisədə M-xolinolitiklərin çatışmazlığı nədədir?

A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) ß2-aqonostlərlə müqayisədə daha gec təsir etməsidir
D) Çoxlu yan effektlərə malik olması
E) Sistem effektləri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр540

809) Tərkibində ß2- və dinatrium-kromoqlikat olan aerozollarda kombinə olmuş preparatlar hansı təsirə malikdir?

A) Sadalananların heç birinə
B) Sadalananların hamısına
C) Fibrinolitik və iltihab əleyhinə təsirə
D) İltihab əleyhinə və bronxolitik təsirə
E) Sekretolitik və bronxolitik təsirə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г,стр486

810) Simpatomimetiklərin təsir mexanizmi hansına gətirib çıxarır?

A) Fosfodiesterazanın ingibisiyasına
B) Sadalananların hamısına
C) Sadalananların heç birinə
D) Xolinreseptorların süstləşməsi
E) sAMF toplanmasını stimullaşdırması

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

811) ß2-aqonistlərin farmakoloji effektinə hansı aiddir?

A) Bronxokonstriksiya, müsbət xronotrop effekt, uşaqlığım tonusunun güclənməsi
B) Bronxodilatasiya,antiallergik təsir, səyirici epitelinin funksiyasının aktivləşməsi, müsbət xronotrop effekt, uşaqlığın tonusunun azalması
C) Bronxodilatasiya, müsbət xronotrop effekt,uşaqlığın tonusunun güclənməsi
D) Uşaqlığın tonusunun azalması,antiallergik təsir, səyirici epitelinin funksiyasının süstləşməsi, bronxodilatasiya, mənfi xronotrop effekt
E) Bronxokonstriksiya, uşaqlığın tonusunun azalması, mənfi xronotrop effekt, antiallergik təsir

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

812) Teofillin preparatını qəbul edərkən hansı yan effektlər ola bilər?

A) Baş ağrısı, qusma, taxikardiya
B) Ağızda quruluq, ürəkbulanma, baş ağrısı, ritmin pozulması, bradikardiya
C) Ürəkbulanma, taxikardiya, ağızda quruluq
D) Tremor, ürəkbulanma, baş ağrısı, ritmin pozulması
E) Ürəkbulanma, qusma, baş ağrısı, bradikardiya, ritmin pozulması

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

813) Teofillin hansı təsirə malikdir?

A) Baş beyin qabığının oyanmasını azaldır
B) Baş beyin qabığına hallutinogen təsir edir
C) Baş beyin qabığına tormozlayıcı təsir göstərir
D) Baş beyin qabığının oyanmasını artırır
E) Baş beyin qabığına təsir etmir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

814) Teofillin tənəffüs mərkəzinə hansı təsiri göstərir?

A) Sadalananların heç birini
B) Tormozlanma
C) Sadalananların hamısını
D) Oyanma
E) Süstləşmə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

815) Teofillinin təsiri altında koronar qan cərəyanı hansı halda olur?

A) Artır
B) Azalır
C) Sadalananların heç biri doğru deyildir
D) Dəyişmir
E) Mötədil təsir edir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433

816) Askorbin turşusunu vena daxilinə eufillin məhlulu ilə eyni vaxtda vurduqda nə baş verir?

A) Eufillinə təsir etmir
B) Askorbin turşusu folium turşusuna çevrilir
C) Eufillini parçalayır
D) Folium turşusu askorbin turşusuna çevrilir
E) Eufillinin təsirini artırır

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.354

817) Tənəffüs çatışmazlığı qabarıq şəkildə təzahür edən xəstələrdə orqanizmdən eufillin necə çıxır?

A) Yavaş-yavaş
B) Kombinə olmuş şəkildə
C) Sürətlə
D) Dəyişmədən
E) Digər maddələrə çevrilərək

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.354

818) Bronxial astmanın əsas kliniki təzahürü hansıdır?

A) İnspirator boğulma
B) Qanda eozinofillərin miqdarının azalması
C) Ekspirator boğulma
D) Qanda tosqun hüceyrələrın miqdarının azalması
E) Həm ekspirator, həm də inspirator boğulma

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

819) 30 yaşına kimi ilk dəfə bronxial astma ilə xəstələnmə neçə faizi təşkil edir?

A) Xəstələrin 100 %-i
B) Xəstələrin 90 %-i
C) Xəstələrin 40 %-i
D) Xəstələrin 20 %-i
E) Xəstələrin 70 %-i

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

820) ß2-aqonistlərin yan effektləri hansıdır?

A) Sadalananların hamısı
B) Praktiki olaraq yan effektlər olmur
C) Ağızda quruluq, bradikardiya
D) "Rikoşet" sindromu
E) Barmaqların tremoru, taxikardiya, narahatlıq hissi

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490

821) Digər bronxolitiklərdən berodualın üstünlüyü nədədir?

A) Yüksək effektliyə malikdir
B) Yan effektlər az miqdarda olur
C) Həm astmada, həm də bronxitdə qeyri-effektivdir
D) Berodualın effektinin tez başlaması, uzun müddətli təsirə malik olması
E) Berodual bronxlara xolinolitik təsir göstərmir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

822) İnqalyasiya qlükokortikosteroidlərinə hansı aiddir?

A) Bekotid , beklomet, pulmikort, inqakort
B) Kenaloq
C) Sadalananların hamısı
D) Brikanil
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.487

823) Bronxial astmanın yüngül gedişatı üçün ( 1-ci pillə) hansı xarakterdir?

A) Gecə astmatik pristupları həftədə 3 dəfə
B) Xəstəliyin həftədə 1-2 dəfədən az olmayaraq qısa müddətli simptomlara keçməsi
C) FEV 1((1 san.forsir nəfəsvermənin həcmi) -60 %
D) Gecə astmatik pristupları həftədə 4 dəfə
E) Xəstəliyin kəskinləşməsindən kənarda simptomların olmaması

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

824) Bronxial astmanın orta ağırlıqda gedişatı üçün ( 2 və 3-cü pillə) hansı xarakter deyil?

A) Aktivliyə və yuxuya təsir etməyən kəskinləşmə
B) Həftədə 3 dəfə kəskinləşmə
C) Həftədə 4 dəfə kəskinləşmə
D) PEF 1(1 san.nəfəsvermənin pik sürəti), FEV 1((1 san.forsir nəfəsvermənin həcmi) -80 %-dən çox
E) Gündəlik qəbul tələb edən xəstəliyin daimi simptomları

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г, стр467

825) Bronxial astmanın ağır gedişatı üçün (4-cü pillə) hansına rast gəlinmir?

A) Həftədə 2 dəfədən tez olmayaraq kəskinləşmə
B) Tez-tez gecə boğulma pristupları
C) Qəfil məhdudlaşdırılmış fiziki aktivlik
D) Həftədə 2 dəfədən çox kəskinləşmə
E) PEF 1(1 san.nəfəsvermənin pik sürəti), FEV 1(1 san.forsir nəfəsvermənin həcmi) - 60 %-dən az

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г,стр467

826) Funksional tərəddüdlərlə birgə 80 % FEV1( 1 san.forsir nəfəsvermənin həcmi) bronxial astmanın 20 %-ə qədər hansı gedişatı üçün xarakterdir?

A) Sadalananların hamısı üçün
B) Orta-ağır gedişatı üçün
C) Ağır gedişatı üçün
D) Sadalananların heç biri üçün
E) Yüngül gedişatı üçün

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

827) Funksional tərəddüdlərlə birgə 60 %-dən az FEV1(1 san.forsir nəfəsvermənin həcmi) bronxial astmanın 30 %-dən az hansı gedişatı üçün xarakterdir?

A) Sadalananların hamısı üçün
B) Yüngül gedişatı üçün
C) Orta-ağır gedişatı üçün
D) Ağır gedişatı üçün
E) Sadalananların heç biri üçün

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

828) ß2-aqonistə hansı aiddir?

A) Natrium-nedokromil
B) Flunizolid
C) Salbutamol
D) Fenoterol
E) Dinatrium kromqlikat

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490

829) Qısa təsirli ß2-aqonistə hansı aiddir?

A) Terbutalin
B) Sadalananların heç biri
C) Salbutamol
D) Formoterol
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490

830) Adrenergik sistemin universal stimulyatoru hansıdır?

A) Adrenalin
B) Efedrin
C) Sadalananların hamısı
D) Atropin
E) Teofillin

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490

831) ß2-aqonistin uzunmüddətli təsirinə hansı aiddir?

A) Brikanil
B) Salmeterol
C) Formoterol
D) Orsiprenalin
E) Ventolin

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490

832) Kəskin boğulma pristupunu aradan qaldırmaq üçün hansını tətbiq etmək lazımdır?

A) Sadalananların heç biri
B) Sadalananların hamısı
C) Uzunmüddətli təsirə malik ß2-aqonistini
D) Astmatik halın müalicəsi
E) Qısa təsirli ß2-aqonistini

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490

833) Teofillin damar hərəkətetdirici mərkəzə necə təsir edir?

A) Sadalananların hamısı
B) Süstləşdirici
C) Tormozlayıcı
D) Oyadıcı
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443

834) Teofillin böyrək arteriyasına necə təsir edir?

A) Daraldır
B) Süstləşdirici
C) Heç bir təsir göstərmir
D) Genişləndirir
E) Bəzən genişləndirir, bəzən də daraldır

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443

835) Teofillin miokarda necə təsir edir?

A) Heç bir təsir göstərmir
B) Oyanmasını ləngidir
C) Oyanmasını süstləşdirir
D) Oyanmasını artırır
E) Mötədil təsir edir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443

836) Teofillin öd kisəsi əzələsinin tonusuna necə təsir edir?

A) Mötədil təsir edir
B) Aşağı salır
C) Ləngidir
D) Heç bir təsir göstərmir
E) Artırır

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443

837) Teofillin bronxların əzələ tonusuna necə təsir göstərir?

A) Aşağı salır
B) Mötədil təsir edir
C) Ləngidir
D) Heç bir təsir göstərmir
E) Artırır

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443

838) Teofillin periferik venaların tonusuna necə təsir edir?

A) Heç bir təsir göstərmir
B) Aşağı salır
C) Mötədil təsir edir
D) Ləngidir
E) Artırır

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443

839) Teofillin ağciyər arteriyası sistemində təzyiqə necə təsir edir?

A) Artırır
B) Mötədil təsir edir
C) Ləngidir
D) Aşağı salır
E) Heç bir təsir göstərmir

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.443

840) Kəskin boğulma pristupu zamanı eufillini hansı yolla yeritmək daha effektlidir?

A) Venadaxili
B) Daxilə
C) Əzələdaxili
D) Rektal(şam, mikroimalə)
E) İnqalyasiya

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

841) Tənəffüs çatışmazlığı, ürək çatışmazlığı,böyrəklərin,qaraciyərin patologiyası
qabarıq şəkildə büruzə verən xəstələrin orqanizmindən eufillin necə çıxır?

A) Bəzən yavaş, bəzən sürətlə
B) Sürətlə
C) Dəyişmir
D) Yavaş-yavaş
E) Depo halında qalır

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

842) Qan serumunda teofillin hansı qatılıqda olduqda toksiki təsirə malikdir?

A) 50 mkq\ml
B) 10 mkq\ml
C) 40 mkq\ml
D) 20 mkq\ml
E) 5,5 mkq\ml

Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.173

843) Bronxial astmanın müalicəsində tətbiq olunan antixolinergik preparat hansıdır?

A) Oksitropium-bromid
B) İpratropium-bromid
C) Troventol
D) Beklametazon
E) Atropin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

844) Hansı preparat xolinolitik təsirə malik deyil?

A) Platifillin
B) İpratropium-bromid
C) Atropin
D) İpradol , brikanil , fenoterol (berotek)
E) Sadalananların heç biri

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.173

845) Natrium-kromoqlikat nə zaman tətbiq olunur?

A) Bronxial astmanın kəskin pristupunun müalicəsi üçün
B) Sadalananların hamısı üçün
C) Astmatik statusun müalicəsi üçün
D) Bronxial astma pristupunun profilaktikası üçün
E) Sadalananların heç biri üçün

Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.207

846) Dinatrium-kromoqlikat hansı xüsusiyyətə malikdir?

A) Steroid tipli dərman vasitəsidir
B) Uzun müddət tətbiq olunur
C) Astmatik status zamanı effektivdir
D) Yalnız qısa kurslarla tətbiq olunur,belə ki,ona tez öyrəşmək olur
E) Qeyri-allergik bronxial astmanın bəzi hallarında effektivdir

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.207

847) Ditek bronxial astma zamanı nə üçün istifadə olunur?

A) Sadalananların hamısı üçün
B) Boğulmanı aradan qaldırmaq və qarşısını almaq
C) Astmatik statusun müalicəsi üçün
D) Sadalananların heç biri üçün
E) Kəskin boğulma pristupunun profilaktikası üçün

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

848) Bronxial astmanın müalicəsində hansı preparat nadir hallarda tətbiq olunur?

A) Antihistamin preparatları
B) Antixolinergik vasitələr
C) Teofillin
D) Mukolitiklər
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

849) Bronxial astmanın kəskin pristupunun müalicəsi üçün ilk növbədə hansı tətbiq olunur?

A) ß2-adrenomimetiklər
B) Qlükokortikosteroidlər inqalyasiyada
C) Natrium-kromoqlikat və ya ketotifen
D) Prolangir teofillin
E) Qlükokortikosteroidlər daxilə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

850) Bunlardan hansına allergiya zamanı spesifik immunterapiya daha effektiv təsir edir?

A) Ev tozuna
B) Heyvan kəpəyinə
C) Kifə
D) Tozcuğa
E) Sadalananların hamısına

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545
Top