701) Zülali qişanı kodlaşdıran genlər hansıdır?
A) LTR
B) Gag
C) Env
D) Sadalananların heç biri
E) Tat
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.200
702) Böyüklərdə insanın immun çatışmazlıq virusu ( HİV) hansı yolla keçmir?
A) Qan və qan məhsullarından
B) Cinsi əlaqədə
C) Zədələnməmiş dəri və selikli qişadan
D) Perinatal
E) Sadalananların hamısı ilə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.203
703) Anadan uşağa insanın immun çatışmazlıq virusu ( HİV) nə zaman keçir?
A) Hava-damcı yolu ilə
B) Sadalananların hamısı ilə
C) Sadalananların heç biri ilə
D) Perinatal dövrdə, döşlə qidalanma dövründə
E) Fekal-oral yolla
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.203
704) İnsanın immun çatışmazlıq virusu (HİV) üçün hansı hüceyrə-hədəf deyil?
A) Dəri və selikli qişanın Langerhans hüceyrələri
B) Sadalanların hamısı
C) Sinir qliyası hüceyrələri
D) Eritrositlər
E) T-köməkçi
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.193
705) İnsanın immun çatışmazlıq virusu üçün reseptorlar hansı hüceyrə-hədəfdir?
A) CD11
B) CD 8
C) CD4
D) CD3
E) IgG
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il,səh.206
706) İnsanın immun çatışmazlıq virusunun( HİV)həssas hüceyrələrə keçməsi mexanizmi hansıdır?
A) RNT virion həssas hüceyrələrlə qarşılıqlı təsirdə olur
B) Sadalananların hamısı
C) gp120 HİV CD4 limfoid hüceyrələrinin antigeni ilə qarşılıqlı təsirdə olur, gp 41 virus və hüceyrə qişasının qarışmasını şərtləndirir
D) Sadalananların heç biri
E) HİV immunoqlobulinlər tərəfindən tutulur və immunkompleks əmələ gətirir ,CD 19 hüceyrələri ilə qarşılıqlı təsirdə olur.
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
707) HİV provirusu nədir?
A) DNT virusunun DNT sahib-hüceyrəyə inteqrasiyasıdır.
B) Hüceyrənin sitoplazmasında DNT virusudur.
C) Həssas hüceyrənin sitoplazmasında RNT virusudur.
D) Hüceyrənin nüvəsində RNT virusudur.
E) Hüceyrənin nüvəsində DNT virusudur.
Ədəbiyyat: Хаитов Р.М. «Иммунология» 2006 г., стр.148
708) HİV provirusu nə üçün aktivləşir?
A) Ona antigen və mitogenlər təsir edir.
B) Həssas hüceyrələrdən "tumurcuqlanır".
C) Sakit, həssas hüceyrələrin DNT-də yerləşir.
D) Həssas hüceyrələrin RNT-də yerləşir.
E) Bölünən hüceyrədə provirusun aktivasiyasına cavabdeh tənzimləyici genlərə malikdir.
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
709) Bunlardan hansı insanın immun çatışmazlıq ( HİV) infeksiyası zamanı T-limfosit-köməkçinin məhv olması səbəbi deyil?
A) Həssas hüceyrənin reseptorları ilə HİV qarşılıqlı təsirinin nəticəsidir
B) Böyük miqdarda virus hissəciklərinin toplanması və "tumurcuqlanması"dır.
C) "Öz" hüceyrəsindən fərqli olaraq infeksiyalaşmış hüceyrənin səthi yadcinsli olur.
D) Sadalananların hamısı
E) Hüceyrə simplastlarının əmələ gəlməsidir.
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
710) HİV infeksiyası zamanı T-limfosit köməkçinin funksiyası nədən pozulur?
A) Provirus aktivləşir,virus zülallarının güclü sintezi baş verir,nəticədə müəyyən antigenə immun cavabın yaranmasında T-limfosit-effektorların subpopulyasiyalarının differensasiyası üçün vacib olan limfokinə və müəyyən antigenə immun cavabın inkişafı üçün lazım olan B-limfosit məhsullarına zərər vurur.
B) İnfeksiyalı adamlar zəifdirlər və tez-tez xəstələnirlər.
C) Sadalanların hamısından
D) T-köməkçi antigeni alır.
E) Antigen üçün T-köməkçi reseptorlarını itirmir.
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
711) Qazanılmış immunçatışmazlıq sindromuna(QİÇS) gətirib çıxaran insanın innundefisit virusu ( HİV)zamanı immun sistemin hansı faktorları pozulmur?
A) T-köməkçilərin miqdarının və funksional aktivliyinin dəyişməsi
B) Qeyri-spesifik immunoqlobulin məhsullarının azalması
C) İnterleykin məhsullarının pozulması
D) T-killer, T- və B- limfositlərin digər subpopulyasiyalarının aktivliyinin pozulması
E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.193
712) Hansı marker proqressivləşən HİV infeksiyasını əks etdirmir?
A) Sadalananların hamısı
B) Serumda p24 qatılığının artması
C) Serumda neopterin, ß-2-mikroqlobulin , turşustabilli α-interferonun qatılığının azalması
D) Serumda İİV-core zülalına anticismin qatılığının azalması
E) CD4 - T-limfositlərin qanda miqdarı azalır
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.193 səh.
713) HİV infeksiyanın kliniki mərhələsinin təsnifatının əsasında T-hüceyrə immunitetinin hansı göstəricisi durur?
A) İnterleykin məhsulu
B) CD19 B-limfositlərin miqdarı
C) CD8+ T-limfositlərin miqdarı
D) CD4+ T-limfositlərin miqdarı
E) Env və İİV core zülalına anticismin olması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il,səh.213
714) QİÇS-indikator kateqoriyası CD4+ T-limfositlər hansıdır?
A) 100 kl\mkl (~ 5 %)
B) 200-499 kl\mkl (14-28 %)
C) < 200 kl\mkl (<14 %)
D) 1000 kl\mkl (~ 50 %)
E) ≥500 kl\mkl (≥29 %)
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.148
715) Sağlam uşaqlarda CD4+ T-limfositlərinin mütləq miqdarı neçə yaşına kimi artır?
A) 6 ay
B) 2 yaş
C) 10 yaş
D) 6 yaş
E) 1 yaş
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.148
716) Hansı xəstəliklər QİÇS -indikatora 1993-cü ildən əlavə edilmişdir?
A) Kapoşi sarkoması, Berkitlimfoması, beynin ilkin limfoması
B) Salmonella törətdiyi septisemiya, Micobact.avium və ya M.ransasii törətdiyi vərəm
C) İnvaziv servikal xərçəng, M.tubercalosis törətdiyi vərəm, qayıdan pnevmoniya
D) Kandidozlar, kriptosporidoz, sitomeqalovirus rinitləri(huşun itməsi ilə)
E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
717) Perinatal HİV infeksiyası zamanı yalnız uşaqlarda rast gəlinən QİÇS- indikator xəstəliyi hansıdır?
A) Limfoid interstisial pnevmonit (LİP)
B) Pneumocystis carinii pnevmoniyası
C) HİV vastinq-sindromu
D) M.tubercalosis törətdiyi vərəm
E) Kapoşi sarkoması
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
718) HİV-infeksiyasının diaqnostikası zamanı aşağıdakilardan hansı əsas deyil?
A) Sadalananların hamısı
B) LimfositlərdəHİV1 vəHİV2 provirusunun aşkar olunması
C) Müayinə olunan şəxsin qanında CD4\CD8 nisbətinin müəyyən edilməsi
D) Müayinə olunan şəxsin serumundaHİV1 vəHİV2 antigenlərinin aşkar olunması
E) Müayinə olunan şəxsin serumunda HİV1vəHİV2 -yə anticismin aşkar olunması
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.218
719) HİV infeksiyası zamanı seroneqativ dövrün müddəti nə qədərdir?
A) 2 həftə
B) 1,5 yaşına qədər
C) 1 yaşına kimi
D) 6 aya qədər
E) 3 aya qədər
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
720) HİV1 və HİV2 -yə anticismi təyin etmək üçün hansı metoddan istifadə olunmur?
A) İmmunferment analiz(İFA)
B) Sadalananların hamısından
C) Passiv aqqlütinasiya reaksiyası
D) Polimeraza zəncirvari reaksiyası (PZR)
E) İmmunoblot (İB)
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.218
721) PZR-dən istifadə etməkləHİV infeksiyasının seroneqativ dövrdə provirusu harada müəyyən edilir?
A) Neytrofillərdə
B) Qan serumunda
C) Limfositlərdə
D) İmmunkomplekslərdə
E) Anticisimlərdə
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.218
722) Təhlükə qrupundan olan şəxslərin müayinəsi zamanı laborator tədqiqatların hansı alqoritmi tətbiq olunur?
A) İFA metodu ilə serumda anticismin (AC) təyini;müsbət nəticə olduğu halda - təsdiqləyici analizi- immunoblotu (İB) aparmaq. İB-də şübhə doğuracaq nəticə alınarsa, onda limfositlərdə HİV provirusunu aşkar etmək məqsədi ilə PZR metodu ilə tədqiqat aparmaq.
B) İB-dən (immunoblot) istifadə etməklə HİV1 vəHİV2 -yə anticismi müəyyən etmək; şübhə doğuracaq nəticə aldıqda - İFA-da tədqiqat aparmaq
C) PZR -dən istifadə etməklə provirusun olmasını müəyyən etmək;müsbət nəticə olduqda - dispanser müşahidəsi
D) İFA metodu iləHİV1 və HİV2 -yə anticismi müəyyən etmək; müsbət nəticə alındığı halda -hospitalizasiya.
E) Yalnız PZR -dən istifadə etməklə provirusun olmasını müəyyən etmək
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.218
723) PerinatalHİV-infeksiyaya şübhə olduqda(ana infeksiyaya yoluxmuşdur) 1 yaşına kimi uşaqlarda müayinə zamanı laborator tədqiqatlarının hansı alqoritmi tətbiq olunur?
A) İB-dən (immunoblot) istifadə etməklə anticismi müəyyən etmək, müsbət nəticə olduqda uşağın yoluxması təsdiq edilir
B) HİV antigenini (p24) və ya provirusu kultural metod, PZR və ya İFA ilə müəyyən etmək .Həm müsbət, həm də mənfi nəticələr alındıqda tədqiqatı 2-4 həftədən sonra təkrar etmək. Təkrarən müsbət nəticə alındıqda HİV -infeksiyası sübut olunur.
C) QİÇS-indikator xəstəliyi təzahür etmədən laborator tədqiqatları aparmamalı
D) İFA metodu ilə anticismi müəyyən etmək, müsbət nəticə alındığı halda təsdiqləyici tədqiqatı -İB(immunoblot) aparılır
E) Yalnız İFA metodu iləHİV antigenini müəyyən etmək kifayətdir.
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.148
724) HİV-yoluxmuş şəxslərdə hansı autoimmun xəstəliklərin simptomu inkişaf etmir?
A) Sistem Qırmızı Qurdeşənəyi
B) Şeqren sindromu
C) Sadalananların hamısının
D) Sistem sklerodermiyası
E) Sistem vaskulitləri
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.225
725) HİV yoluxmuş və Sistem Qırmızı Qurdeşənəyi olan xəstələrdə müşahidə olunan hansı laborator göstərici əsas deyildir?
A) Kardiolipinə anticisim
B) Limfositlərin miqdarının artması
C) Antinuklear faktor
D) CD4\CD8 nisbətinin azalması
E) Trombositopeniya
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.240
726) Revmatik qızdırmanın diaqnostikası zamanı bunlardan hansı streptokokk infeksiyasını təsdiq etmir?
A) Antistreptokokk anticisminin yüksək titri: antistreptolizin-0 (ASLO), antistreptogialuronidaza,antistreptokinaza, antidezoksiribonukleaza B
B) Sadalananların hamısı
C) Əsnəkdən müsbət kultura(A qrupu streptokokku)
D) Qızılazarı(skarlatina) yeni keçirmiş
E) C-reaktiv zülal
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.136
727) Revmatoid artritin əsas laborator əlamətlərindən hansı əsas deyil?
A) Nativ DNT-yə autoanticisim
B) Sadalananların hamısı
C) EÇS-nin artması və C-reaktiv zülalın olması
D) Serumda revmatoid faktoru (IgM)
E) Ağız boşluğunun selikli qişasının hüceyrə epitelisinin keratogialininə autoanticisim
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.132
728) Revmatoid vaskulitin kliniki təzahürünə hansı aid deyil?
A) Dəri vaskuliti
B) Qlomerulonefrit
C) Sadalananların hamısı
D) Periferik nevropatiya
E) Revmatoid düyünləri
Ədəbiyyat: Е.И. Соколов. «Клиническая иммунология», 1998г., стр.132
729) Bunlardan hansı revmatoid vaskulitinin laborator əlamətləri deyil?
A) Serumda immunkomplekslər
B) Antinuklear faktor
C) Serumda komplementin qatılığının azalması
D) Neytrofillərdə immunkomplekslər
E) Serumda revmatoid faktorunun titrinin kəskin azalması
Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.132
730) Revmatoid artriti zamanı kəskinləşmə kimi hansı inkişaf edə bilməz?
A) Katarakta
B) Felti sindromu
C) Sadalananların hamısı
D) Amiloidoz
E) Miokardit
Ədəbiyyat: E.И.Соколов «Клиническая иммунология», 1998г. стр.132
731) Seroneqativ spondiloartritlər qrupuna hansı aid deyil?
A) Reyter sindromu
B) Kəskin revmatik qızdırma
C) Bexterev xəstəliyi
D) Reaktiv artropatiya
E) Sadalananların hamısı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г. стр.132
732) Bunlardan hansı Seroneqativ spondiloartritlərin kliniki-laborator əlamətləri deyil?
A) Sakroileitin(spondilit) rentgenoloji əlamətləri
B) Periferik artrit
C) Revmatoid faktorunun (RF) olması
D) Sadalananların hamısı
E) HLA-B27 daşıyıcısı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.132
733) Revmatoid xəstəliklərinin diaqnostikasında HLA-B27 müəyyən olunmaması nə deməkdir?
A) HLA-B27 aşkar olunarkən çox vaxt seroneqativ oliqoartrit sakroileitin inkişafı ilə assosasiya edir.
B) Seroneqativ spondiloartritin olmamasını sübut edir
C) Daşıyıcının aşkar olunması xəstəliyin kliniki və rentgenoloji əlamətləri olmadıqda seroneqativ spondiloartritin olmasını sübut edir.
D) Psoriatik artritin diaqnostikasında əhəmiyyəti vardır.
E) Reaktiv artriti olan xəstələrdə daşıyıcının aşkar olunması xəstəliyin daha ağır xroniki və proqressivləşən tipi ilə assosasiya edir.
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.132
734) Bunlardan hansı Sistem Qırmızı Qurdeşənəyinin diaqnostik əlamətləri deyil?
A) MSS (mərkəzi sinir sisteminin) zədələnməsi
B) Reyno sindromu
C) Artrit
D) Diskoid səpgi
E) Nefrit
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva"Klinik immunologiya" 2007-ci il, səh.240
735) Bunlardan hansı Sistem Qırmızı Qurdeşənəyinin laborator diaqnostik meyarı deyil?
A) Yalançı müsbət Vasserman reaksiyası
B) Sm-antigenə anticisim
C) Nativ DNT-yə anticisim
D) Antinuklear faktor
E) C-reaktiv zülalının olması
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.240
736) Hansı Sistem Qırmızı Qurdeşənəyinin hematoloji meyarı deyil?
A) Sadalananların hamısı
B) Retikulositozla hemolitik anemiya
C) Leykopeniya 4000 kl\mkl-dən az
D) Limfositoz
E) Trombositopeniya 100000 kl\mkl-dən az
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.240
737) Allergik reaksiyanın gedişatı zamanı I cərgə hüceyrə-hədəfdən hansı mediatorlar azad olur?
A) Fosfolitaza D
B) Sadalananların hamısı
C) Histamin
D) Arilsulfataza B
E) Sadalananların heç biri
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.106
738) Allergik reaksiyanın gedişatında II cərgə hüceyrə-hədəfdən hansı mediatorlar azad olur?
A) Serotonin
B) Histaminaza
C) Eozinofil xemotaksik faktoru (EXF)
D) Fosfolitaza D
E) Histamin
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.106
739) Leykotrienlər bunlardan hansının məhsuludur?
A) Araxidon turşusunun tsiklooksigenazanın
B) Sadalananların heç birinin
C) Araxidon turşusunun metoksigenaza metabolizminin
D) Araxidon turşusunun triptaza metabolizminin
E) Metiltransferazanın aktivasiyasının
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.473
740) Hansı leykotrien leykositlərin müsbət xemotaksisini törədir?
A) Sadalananların hamısı
B) A4
C) C4, D4, E4
D) Sadalananların heç biri
E) B4
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.473
741) Hansı dərman preparatı hüceyrədən TAF (trombositlərin aktivasiya faktoru) azad olmasını tormozlayır?
A) Sadalananların heç biri
B) Sadalananların hamısı
C) Setirizin
D) Teofillin
E) Ketotifen
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.27
742) Hansı prostaqlandin saya əzələyə boşaldıcı təsir göstərir?
A) F2α
B) D2 və F2α
C) E2
D) D1
E) D2
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.473
743) Aspirin astması olan xəstələrdə asetilsalisil turşusunun bronxospastik effekti nədədir?
A) Araxidon turşu mübadiləsinin lipooksigenaza məhsullarının əmələ gəlməsinin üstünlüyündə
B) A2 fosfolipazanın ləngiməsi
C) Sadalananların hamısı
D) Endoperoksidlərin aktivasiyası
E) Lipomodulinin aktivasiyası
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
744) sAMF sintezi hansı ferment sisteminin köməkliyi ilə həyata keçir?
A) Quanilatsiklaza
B) Adenilatsiklaza
C) Fosfolipaza
D) Prostaqlandiksintetaza
E) Sadalananların hamısının
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
745) sQMF sintezi hansı ferment sisteminin köməkliyi ilə həyata keçir?
A) Quanilatsiklaza
B) Sadalananların heç biri
C) Sadalananların hamısı
D) Adenilatsiklaza
E) Prostaqlandiksintetaza
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
746) sAMF parçalanması hansı fermentin iştirakı ilə həyata keçir?
A) Metiltransferaza
B) Histidindekarboksilaza
C) sAMF fosfodiesteraza
D) Arilsulfataza
E) Sadalananların hamısı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
747) sQMF parçalanması hansı fermentin iştirakı ilə həyata keçir?
A) Sadalananların hamısı
B) Histidindekarboksilaza
C) Arilsulfataza
D) Metiltransferaza
E) sQMF fosfodiesteraza
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
748) Hüceyrədaxili sAMF miqdarının artması hansı ilə müşahidə olunur?
A) Saya əzələnin yığılması
B) Mediator reseptorlarının blokadası
C) Oyanmanın sürətlənməsi
D) Sadalananların heç biri
E) Saya əzələnin boşalması
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109
749) Bronxial astması olan xəstələrdə α- və ß- adrenergik reseptorların disbalansı nədədir?
A) Sadalananların hamısında
B) α- və ß- adrenergik reseptorların qismən blokadasında
C) Sadalananların heç birində
D) α-adrenergik reseptorların qismən blokadasında
E) ß-2 adrenergik reseptorların qismən blokadasında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
750) Adenilatsiklazanın stimulyasiyası hesabına sAMF səviyyəsinin artmasını hansı törədir?
A) ß-aqonistlər
B) Kalsium blokatorları
C) Ksantin törəmələri
D) Sadalananların hamısı
E) α-aqonistlər
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.109