551) Bronxial astma zamanı bronx divarlarının infiltratında hansı hüceyrələr üstünlük təşkil edir?
A) Neytrofillər
B) Eozinofillər
C) Seqmentnüvəli leykositlər
D) Limfositlər
E) Alveolyar makrofaqlar
Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.173
552) ß-2 aqonistlərin farmakoloji effekti hansıdır?
A) Bronxodilatasiya,uşaqlığın tonusunun artması, mənfi xronotrop effekt,
B) Bronxokonstriksiya, uşaqlığın tonusunun artması, müsbət xronotrop effekt
C) Bronxodilatasiya, antiallergik təsir, səyirici epitelinin funksiyasının aktivləşməsi, müsbət xronotrop effekt, uşaqlığın tonusunun azalması
D) Bronxokonstriksiya, uşaqlığın tonusunun azalması, mənfi xronotrop effekt, antiallergik təsir
E) Uşaqlığın tonusunun azalması, antiallergik təsir, səyirici epitelinin funksiyasının süstləşməsi, bronxodilatasiya, mənfi xronotrop effekt
Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр 490
553) Bronxodilatorlar təsir mexanizminə görə hansına aiddir?
A) Sadalananların heç birinə
B) Fosfodiesteraza blokatoruna
C) Simpatomimetiklərə
D) Sadalananların hamısına
E) Xolinolitiklərə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.490
554) Ağciyər eozinofiliyasını hansı törədə bilər?
A) Sadalananların hamısı
B) Qlükokortikosteroidlər
C) Antibiotiklər
D) Nitratlar
E) Antihistamin preparatları
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.
555) Ağciyər eozinofiliyasını hansı törədə bilər?
A) Böyrək xəstəliyi
B) Şiş xəstəlikləri
C) Ürək xəstəliyi
D) Sadalananların hamısı
E) Qaraciyər xəstəliyi
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il.,səh.156
556) Ağciyər eozinofiliyasının patogenezində əsas rolu hansı mexanizm oynayır?
A) Ləngimə tipli reaksiya (IV tip)
B) Sadalananların heç biri
C) Sitotoksiki(II tip)
D) Reagin(I tip) + immunokompleks(III tip)
E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova, G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.145
557) Ağciyər eozinofiliyasının patogenezində hansı əsas rol oynayır?
A) Alveolyar makrofaqlar
B) Tosqun hüceyrələr
C) Eozinofillər
D) Sadalananların hamısı
E) Plazmatik hüceyrələr
Ədəbiyyat: A.A.Əyyubova, G.M. Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.145
558) Ağciyər eozinofiliyasının patogenezində hansı immunoqlobulin sinfinin iştirakı üstünlük təşkil edir?
A) IgA
B) IgG
C) IgM
D) IgE
E) IgD
Ədəbiyyat: A.A.Əyyubova, G.M. Nəsrullayeva ."Klinik immunologiya" 2007-ci il., səh.145
559) Ağciyər eozinofiliyasının sistem təzahürlərinə hansı aiddir?
A) Hipereozinofil mieloproliferativ sindromu (sindrom Leffler II)
B) Sadalananların hamısı
C) Sistem Qırmızı Qurdeşənəyi
D) Sklerodermiya
E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
560) Sadə ağ ciyər eozinofiliyası üçün qanın kliniki analizində hansının dəyişməsi xarakterdir?
A) Eozinofiliyanın
B) Sadalananların hamısının
C) Leykopeniyanın
D) EÇS-nin kəskin qalxması
E) Limfositozun
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467
561) Sadə ağciyər eozinofiliyası üçün hansı rentgenoloji dəyişikliklər xarakterdir?
A) İnterstisial infiltratlar
B) Ağ ciyər fibrozu əlamətləri
C) Plevra boşluğunda maye
D) Sadalananların hamısı
E) Bir neçə seqmenti tutan infiltrativ dəyişikliklər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр164
562) Tropiki ağciyər Vaynqarten eozinofiliyasını (Vaynqarten sindromu) hansı parazit törədir?
A) Askaridlər
B) Şistosomlar
C) Sadalananların hamısı
D) Mikrofilyariya
E) Toksokarlar
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
563) Tropik ağciyər eozinofiliyasının müalicəsi üçün hansı tətbiq edilir?
A) Sadalananların heç biri
B) Sadalananların hamısı
C) Antibiotiklər
D) Dietilkabamazin (ditrazin)
E) İltihabəleyhinə preparatlar
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
564) Ağciyər eozinofiliyasını hansından ayırmaq lazımdır?
A) Sadalananların hamısından
B) Ürək xəstəliyindən
C) Plevritdən
D) Ağciyər absesindən
E) Pnevmoniyadan
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
565) Lokal ağciyər eozinofiliyasının müalicəsi zamanı hansı tətbiq edilir?
A) Qlükokortikosteroidlər
B) Sadalananların hamısı
C) Sidikqovucu
D) Antibiotiklər
E) Qeyri-steroid iltihabəleyhinə preparatlar
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
566) Ağciyər eozinofiliyasının sistem təzahürünün müalicəsi zamanı hansı tətbiq edilir?
A) Antibiotiklər
B) Sidikqovucu
C) Sadalananların hamısı
D) Qeyri-steroid iltihabəleyhinə preparatlar
E) Sitostatiklər + qlükokortikosteroidlər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164
567) Dərman allergik alveolitini hansı törədə bilər?
A) Antihistamin preparatları
B) Sadalananların hamısı
C) Nitratlar
D) Antidepressantlar
E) Nitrofuran preparatları
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
568) Dərman allergik alveolitinin inkişafına hansı imkan yaradır?
A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) Burnun polipozu
D) Ürək xəstəliyi
E) Bir-birinə təsiri gücləndirən,eyni zamanda təyin olunan preparatlar
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
569) Qeyri-medikamentoz ekzogen allergik alveolit zamanı antigen necə daxil olur?
A) Dəridən
B) İnqalyasiya yolu ilə
C) Mədə-bağırsaq traktından
D) Sadalananların hamısından
E) Parenteral yolla
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
570) Ekzogen allergik alveoliti törədən hissəciyin ölçüsü nə qədərdir?
A) 15-20 mkm-ə qədər
B) 5 mkm-ə qədər
C) 20-25 mkm-ə qədər
D) 5-10 mkm-ə qədər
E) 10-15 mkm-ə qədər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
571) Ekzogen allergik alveolitin patogenezində hansı əsas rol oynayır?
A) Sadalananların heç biri
B) İmmunkompleks mexanizmi (III tip) + ləngimə tipli reaksiya (IV tip)
C) Sadalananların hamısı
D) Reagin mexanizmi( I tip)
E) Sitotoksiki mexanizm ( II tip)
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
572) Ekzogen allergik alveolit zamanı iltihab prosesi harada lokalizə olur?
A) Alveollarda
B) İri kalibrli bronxlarda
C) Ota kalibrli bronxlarda
D) Bronxopulmonal limfadüyünlərində
E) Sadalananların hamısında
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
573) Ekzogen allergik alveolitin patogenezində hansı hüceyrə əsas rol oynayır?
A) Bazofil
B) Alveolyar makrofaq
C) Tosqun hüceyrə
D) Eozinofil
E) Plazmatik hüceyrə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
574) Ekzogen allergik alveolitin patogenezində hansı immunoqlobulin sinfi bilavasitə iştirak edir?
A) Sadalananların hamısı
B) IgE
C) IgG, IgM
D) IgA
E) IgD
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
575) Ekzogen allergik alveolitin kəskin forması üçün hansı patomorfoloji dəyişikliklər xarakterdir?
A) İri bronxların selikli qişasının infiltrasiyası
B) Sadalananların hamısı
C) Qranulematoz dəyişikliklər
D) İnterstisial fibroz
E) Alveolun infiltrasiyası və interstisiyası
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
576) Ekzogen allergik alveolitin yarımkəskin forması üçün hansı patomorfoloji dəyişikliklər xarakterdir?
A) İri bronxların selikli qişasının infiltrasiyası
B) İnterstisial fibroz
C) Alveolun infiltrasiyası və interstisiya
D) Qranulematoz dəyişikliklər
E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г, стр.194.
577) Ekzogen allergik alveolitin xroniki forması üçün hansı patomorfoloji dəyişikliklər xarakterdir?
A) İnterstisial fibroz
B) İri bronxların selikli qişasının infiltrasiyası
C) Qranulematoz dəyişikliklər
D) Alveolun infiltrasiyası və interstisiya
E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
578) Xəstəliyin gedişatı ( kəskin, yarımkəskin, xroniki) necə müəyyən edilir?
A) Sadalananların heç biri ilə
B) Ürək xəstəliyi ilə
C) Kütləviliyi və antigen təsirlərin davamiyyəti ilə
D) Burnun polipozu ilə
E) Sadalananların hamısı ilə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр стр.194
579) Ekzogen allergik alveolitin kəskin forması nə zaman inkişaf edir?
A) Antigenin böyük olmayan dozalarında uzun müddət və təkrar təsirdən sonra
B) Antigenin təkrar təsirindən sonra
C) Antigenin kütləvi kontaktından sonra
D) Onun kütləvi kontaktından sonra əgər antigenin təsiri davam edirsə
E) Antigenin nəzərə çarpacaq qədər qatılığında kütləvi kontaktından sonra
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
580) Ekzogen allergik alveolitin kəskin formasının təzahür etməsi bir qayda olaraq neçə saatdan sonra inkişaf edir?
A) 12-24 saat
B) 24-36 saat
C) 1 həftə sonra
D) 36-48 saat
E) 4-12 saat
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г, стр.194
581) Ekzogen allergik alveolitin kəskin forması üçün qanın kliniki analizində hansı dəyişikliklər xarakterdir?
A) Limfositoz
B) EÇS-nin kəskin artması
C) Sadalananların hamısı
D) Yüksək eozinofiliya
E) Leykositoz + neytrofilez
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
582) Ekzogen allergik alveolitin kəskin forması üçün hansı rentgenoloji dəyişikliklər xarakterdir?
A) Plevral boşluqda maye
B) Ağ ciyərlərin fibroz əlamətləri
C) Sadalananların hamısı
D) İnterstisial infiltratlar
E) Payı bütövlükdə tutan infiltrativ dəyişikliklər
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
583) Ekzogen allergik alveolitin yarımkəskin forması necə inkişaf edir?
A) Sadalananların hamısı
B) Antigenin daha qabarıq qatılığı zamanı kütləvi kontaktdan sonra
C) Sadalananların heç biri
D) Antigenin çox da böyük dozada olmayan uzunmüddətli və təkrar təsirindən sonra
E) Antigenlə kütləvi kontaktdan sonra əgər onun təsiri hələ də davam edirsə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.194
584) Ekzogen allergik alveolitin yarımkəskin forması üçün hansı tipikdir?
A) Bronxopulmonal limfadüyünlərinin böyüməsi
B) Qanqusma
C) Sadalananların hamısı
D) " Bazar ertəsi fenomeni"
E) Febril qızdırma
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
585) Ekzogenallergik alveolitin xroniki forması nə zaman inkişaf edir?
A) Antigenin kütləvi kontaktından sonra onun təsiri hələ də davam edirsə
B) Sadalananların hamısı
C) Sadalananların heç biri
D) Antigenin daha da qabarıq qatılığı zamanı kütləvi kontaktdan sonra
E) Antigenin çox da böyük olmayan dozada uzunmüddətli və təkrar təsirindən sonra
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
586) Ekzogen allergik alveolitin xroniki forması zamanı hansı rentgenoloji dəyişikliklər xarakterdir?
A) Plevral boşluqda maye
B) İnterstisial infiltratlar
C) Payı bütövlükdə tutan infiltrativ dəyişikliklər
D) Sadalananların hamısı
E) Ağ ciyərlərin fibroz əlamətləri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
587) Ekzogen allergik alveolitin bütün formaları üçün hansı xarakterdir?
A) Bronxopulmonal düyünlərin böyüməsi
B) Öskürək, təngnəfəslik
C) Qanqusma
D) Sadalananların heç biri
E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
588) Ekzogen allergik alveolitin bütün formaları üçün ağ ciyərlərdə auskultativ olaraq bunlardan hansı eşidilir?
A) Quru xırıltılar
B) Sadalananların hamısı
C) Çatırtı
D) Sadalananların heç biri
E) Plevranın küy-sürtünməsi
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
589) Ekzogen allergik alveolitin diaqnostikası zamanı bunlardan hansı əsas rol oynayır?
A) Laborator diaqnostika
B) Sadalananların hamısı
C) Provakasion sınaqların aparılması
D) Dəri sınaqlarının qoyulması
E) Anamnez + kliniki şəkil
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
590) Lavaj mayesinin tədqiqatı zamanı hansı xarakterdir?
A) Sadalananların heç biri
B) Neytrofiliya
C) Limfositoz + ümumi zülalın miqdarının artması
D) Ümumi zülalın miqdarının azalması
E) IgE səviyyəsinin artması
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
591) Ekzogen allergik alveolitini hansından ayırmaq lazımdır?
A) Sadalananların hamısından
B) Plevritdən
C) İdiopatik fibroz alveolitindən
D) Ağ ciyərlərin exinokokkozundan
E) Ürək xəstəliyindən
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
592) Ekzogen allergik alveoliti hansından ayırmaq lazımdır?
A) Ağciyərlərin xərçəngindən
B) Sadalananların hamısından
C) Ağciyərlərin sudurlu sistindən
D) Sarkoidoz Bekadan
E) Ağciyərlərin absessindən
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
593) Ekzogen allergik alveolitin müalicəsi üçün hansı tətbiq edilir?
A) Sadalananların heç biri
B) Qlükokortikosteroidlər
C) Sadalananların hamısı
D) Antibiotiklər
E) İltihabəleyhinə preparatlar
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
594) Allergik övrə zamanı ilkin dəri elementləri hansıdır?
A) Papulalar
B) Suluqlar
C) Qızdırma
D) Vezikulalar
E) Eritema
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552
595) Övrə zamanı ilkin dəri elementlərinin reqressiyası nə zaman baş verir?
A) 7-10 gün
B) Bir neçə saatdan sutkaya qədər
C) 2 həftə
D) 7 gün
E) 10 gün
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552
596) Övrə zamanı ilkin dəri elementləri itdikdən sonra hansı qalır?
A) Hiperpiqmentasiya
B) Eritema
C) İzsiz itir
D) Qabıqvermə
E) Hipopiqmentasiya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552
597) Övrə zamanı ilkin dəri elementləri harada toplanır?
A) Epidermisdə və dermada
B) Epidermisdə
C) Dərialtı hüceyrələrdə
D) Privaskulyar sahədə
E) Selikli qişada
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552
598) Allergik angionevrotik Kvinke şişi harada toplanır?
A) Bütün sadalanan sahələrdə
B) Dermada
C) Plevrada
D) Yağ toxumasında
E) Epidermisdə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552
599) Allergik Kvinke şişinin reqressiyası hansı müddətdə baş verir?
A) 2 həftə
B) 5 gün
C) 5-10 gün
D) Bir neçə saatdan sutkaya qədər
E) 7-10 gün
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552
600) Allergik Kvinke şişinin reqressiyasından sonra dəridə hansı qalır?
A) Dəyişikliklər olmur
B) Qabıqvermə
C) Hipopiqmentasiya
D) Hiperpiqmentasiya
E) Eritema
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552