Ümumi immunologiya 5

Ümumi immunologiya 5

201) Di-Corci sindromu üçün hansı xarakter deyil?

A) Timusun hipoplaziyası
B) Timusun aplaziyası
C) Üz skletenin anomaliyası
D) Ürək qüsuru
E) Ekzema

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.174

202) Qıza anasından hansı irsən keçir?

A) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin yarısı
B) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin tam dəsti
C) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin 1\4 hissəsi
D) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin 1\6 hissəsi
E) Toxuma uyuşanlığının əsas kompleksinin spesifikliyinin 1\8 hissəsi

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. . стр.97

203) Bunlardan hansı dərman allergiyasını törətmir?

A) Sulfanilamid
B) Analgin
C) Tavegil, sulfanilamid
D) Penisillin
E) Tavegil

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.412

204) Bunlardan hansı qida allergiyasının təzahürü ola bilər?

A) Anafilaktik şok
B) Enterokolit
C) Oral allerqoloji sindrom
D) Sadalananların hamısı
E) Trombositopeniya

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407

205) Hansı tozcuq rinokonyuktiviti üçün xarakterdir?

A) Sadalananların heç biri
B) Heyvanların epidermisi ilə kontakt zamanı epizodik kəskinləşmə
C) Fəsil gedişatı
D) İl boyu gedişatı
E) Sadalananların hamısı

Ədəbiyyat: Р Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164

206) Bunlardan hansı Revmatoid artriti zamanı rast gəlinən visseral zədələnmə deyil?

A) Plevrit
B) Miokardit
C) Vaskulit
D) Böyrək amiloidozu
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.245

207) Allerqoloji test qoyulan zaman dərinin reaktivliyini yoxlamaq üçün histaminin hansı qatılığından istifadə olunur?

A) 0,001 %
B) 0,1 %
C) 0,0001 %
D) 0,01 %
E) 0,00001%

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.418

208) " Bronxial astma " diaqnozunu qoymaq üçün ağ ciyərlərin funksiyasının daha informativ qiymətləndirilməsinə hansı aid deyil?

A) Nəfəsvermənin pik sürəti
B) Sadalananların heç biri
C) İlk saniyədə nəfəsvermənin forsir həcmi
D) Ağ ciyərlərin forsir həyat tutumu
E) Nəfəsvermənin rezerv həcmi

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.467

209) Bronxial astma simptomlarınının aradan qaldırılması üçün xəstələr hansından istifadə edir?

A) Kromonlardan
B) İnqalyasiyadan
C) Sadalananların hamısından
D) İnqalyasiyalı qlükokortikosteroidlərdən
E) Sadalananların heç birindən

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.173

210) Bronxial astmanın ikinci profilaktik tədbirlərinə hansı aiddir?

A) Xəstəlik baş verdikdən sonra allergenlə kontaktı kəsmək
B) Sensibilizasiya və xəstəlik olmadıqda allergenlə kontaktı kəsmək
C) Sensibilizasiya baş verdikdə, xəstəlik hələ yoxdursa, allergenlə kontaktı kəsmək
D) Sensibilizasiya baş verdikdə,xəstəliyin mötədil əlamətləri olduqda allergenlə kontaktı kəsmək
E) Sensibilizasiya baş verdikdə,xəstəliyin əlamətləri gücləndikdə allergenlə kontaktı kəsmək

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.485

211) X-ilişikli aqammaqlobulinemiyalarda xəstəyə hansını təyin etmək məqsədəuyğundur?

A) Sadalananların heç biri
B) Timiki hormonları
C) Antibiotikləri, immunoqlobulinləri
D) Sümük iliyi preparatlarını
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.136

212) Anafilaktik şok zamanı ürək-damar dəyişiklikləri necə səciyyələnir?

A) Ürək çatışmazlığı; damar keçiriciliyinin azalması
B) Yalnız arterial təzyiq aşağı düşür
C) Damar keçiriciliyinin azalması
D) Arterial təzyiqin kəskin aşağı düşməsi; ürək çatışmazlığı
E) Arterial təzyiqin kəskin artması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.147

213) Hazırda bronxial astmanın müalicəsində hansı daha effektli preparatdır?

A) Kromonlar
B) Sadalananların heç biri
C) İnqalyasiyalı qlükokortikosteroidlər
D) Sistem qlükosteroidləri
E) İnqalyasiyalı ß-2 aqonistləri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.486

214) Övrə zamanı suluqlar harada əmələ gəlir?

A) Epidermisdə
B) Sadalananların hamısında
C) Əzələ toxumasında
D) Dərialtı hüceyrədə
E) Selikli qişalarda

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.стр.190

215) Allergenspesifik immunterapiyanın aparılması zamanı sistem reaksiyaları nə zaman mümkündür?

A) Allergen daxil olmasından iki saat sonra
B) Allergenin daxil olmasından 24 saat sonra
C) Reaksiya allergenin yeridildiyi sahədən kənarda, bir qayda olaraq, allergen vurulduqdan sonar ilk 30 dəqiqə ərzində baş verir
D) Allergen daxil olmasından bir həftə sonra
E) Allergen daxil olmasından 12 saat sonra

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.545

216) İkincili immundefisitlərin kliniki təzahürü nə zaman olur?

A) Müxtəlif vaxtlarda
B) 1 yaşında
C) 4-6 aylıqda
D) İnsanın doğulduğu ilk gündən
E) 2 yaşında

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.185

217) Çox vaxt hansı qida məhsullarına qarşı allergiya baş verir?

A) Süd, balıq, yumurta
B) Çay
C) Alma
D) Kartof
E) Sadalananların hamısına

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.188

218) İkincili immundefisitlər üçün hansı xarakterdir?

A) Sadalananların heç biri
B) Anamnezdə stress təsirlərin olması
C) Yaxın qohumlarla analoji xəstəliyin olması
D) Doğulduqdan 1 il sonra xəstəliyin sürətlənməsi
E) Sadalananların hamısı

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр146

219) Bunlardan hansı Lui-Bar sindromu zamanı müşahidə olunur?

A) Faqositar sistemin defisiti
B) Komplement sisteminin ilkin defisiti
C) İmmunitetin T- və B- sisteminin kombinə olmuş defisiti
D) B-limfositlərin defisiti
E) T-limfositlərin defisiti

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.176

220) ß-2 adrenoreseptorların uzunmüddətli antoqonistlərinə hansı aiddir?

A) Salmeterol, formoterol
B) Sadalananların hamısı
C) Analgin
D) Sadalananların heç biri
E) Terbutalin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.490

221) Qeyri-infeksion allergenlərlə provakasion nazal testlər nə zaman aparılır?

A) Anamnez və dəri testlərinin nəticələri üst-üstə düşmədikdə
B) Rinitin kəskinləşməsi zamanı
C) Xroniki rinitin bütün hallarında
D) Burnun pollinozu zamanı
E) Anamnez və dəri testlərinin nəticələri üst-üstə düşdükdə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.421

222) Eyni vaxtda tozcuq allergenləri ilə neçə dəri sınağı aparmaq olar?

A) 35 dəri sınağı
B) 30 dəri sınağı
C) 15 dəri sınağı
D) 25 dəri sınağı
E) 20 dəri sınağı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.418

223) Allergik rinitin differensial diaqnozu hansı xəstəliklərin olmadığını nəzərdə tutur?

A) İnfeksion
B) Rinofima
C) Sadalananların hamısı
D) Rauvolfi dərmanlarının qəbulu fonunda rinitin
E) Qeyri-allergik eozinofil rinitin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.533

224) Allergik ağciyər aspergillezinin kliniki təzahürlərinə hansı daxil deyil?

A) Döş qəfəsində ağrılar
B) Bədən temperaturunun artması
C) Bəzən qanla qarışıq, selikli-irinli bəlğəmli öskürək
D) May-iyunda xəstəliyin kəskinləşməsi
E) Ən çox nəm,soyuq havada xəstəliyin kəskin başlaması

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. Стр.173

225) Pollinozlu xəstələrdə hansına qarşı tez-tez çarpaz allergiya baş verir?

A) Pendirə qarşı
B) Sadalananların heç biri
C) Bala qarşı, fitopreparatlara qarşı
D) Sadalananların hamısı
E) Kvasa qarşı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524

226) Atopik dermatit üçün hansı yaş dövrləri xarakterdir?

A) Sadalananların hamısı
B) Qoca (70 yaşdan yuxarı)
C) Körpə ( 2 yaşa qədər)
D) Sadalananların heç biri
E) Pubertat

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.стр.186

227) Aşağıdakılardan hansı öldürülmüş vaksinlərdir?

A) Ku qızdırması əleyhinə
B) Sadalananların hamısı
C) Vəba əleyhinə, göyöskürək, gənə ensefaliti əleyhinə
D) Sadalananların heç biri
E) Epidemik parotit əleyhinə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.320

228) Polimeraza zəncirvari reaksiyadan (PZR) nə zaman istifadə olunur?

A) Faqositozun bütün mərhələlərini öyrənən zaman
B) İmmunkompetent hüceyrələrin subpopulyasiya tərkibinin miqdarca qiymətləndirilməsi zamanı
C) İmmunoqlobulinlərin siniflərinin təyini zamanı
D) Gendiaqnostikası və genotipləşmə zamanı
E) Komplement sistemini öyrənən zaman

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.278

229) İrsi angionevrotik Kvinke şişinə səbəb hansıdır?

A) İngibitor C1-esterazanın defisiti
B) C1-esterazanın defisiti
C) C3 aktivasiya
D) C5 defisiti
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.552

230) Bunlardan hansı C1 -ingibitorun defisitinin patogenetik formasına aid deyil?

A) C1-ingibitorun səviyyəsinin aşağı olması və ya olmaması
B) C1-esteraza autoantitelinin olması
C) C1-ingibitor autoantitelin olması
D) Funksional qeyri-aktiv ingibitor
E) C1-esteraza autoantitelinin olmaması

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.557

231) İrsi angionevrotik Kvinke ödemi zamanı hansı immunoloji dəyişiklik müşahidə olunmur?

A) C1-ingibitorun səviyyəsinin azalması
B) Hiperimmunoqlobilinemiya IgE
C) C1-ingibitorun səviyyəsi normaldır
D) Ümumi IgE səviyyəsi yüksəkdir
E) C2 səviyyəsi aşağıdır

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.149

232) İrsi angionevrotik Kvinke ödeminin terapiyasında hansı effektiv deyil?

A) Antihistamin preparatları
B) Təbii plazma
C) Aşağı androgen aktivlikli steroidlər(danazol)
D) Proteinaz ingibitorları(trasilol, kontrikal,və s.)
E) Epsilonaminokapron turşusu

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.147

233) Hansı Artyus fenomeninin fərqləndirici xüsusiyyətinə daxil deyil?

A) Feozinofiliya, nekroz
B) Nekroz
C) Komplementin iştirakı
D) Eozinofiliya
E) IgG anticisminin patogenezdə iştirakı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.156

234) Artyus fenomenini eksperimentdə necə almaq olar?

A) Antigen və anticismin dəridaxili vurulması(yerli passiv reaksiya)
B) Antigenin dəridaxili vurulmasına icazəsi olan zərdabın passiv venadaxili sensibilizasiyası
C) Sadalananların heç biri
D) Anticismin dəridaxili, antigenin venadaxili vurulması(əks passiv reaksiya)
E) Aktiv həssaslaşmış orqanizmə antigenin dəridaxili vurulması

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.156

235) Ləng tipli allergik reaksiyalar zamanı hansı mümkün deyil?

A) Sadalananların hamısı
B) Mononuklear və limfositlərlə infiltrasiya
C) Hüceyrələrin köməkliyi ilə allergiyanın passiv keçməsi
D) Həssaslaşmış orqanizmin toxuma kulturasına allergenin toksiki effekti
E) Zərdabın köməkliyi ilə allergiyanın passiv keçməsi

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.156

236) Passiv sensibilizasiyanın minimal davametmə müddəti nə qədərdir?

A) 2-3 saat
B) 24 saat
C) 7-8 gün
D) 4 gün
E) 30-50 gün

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. стр164

237) İnsanda aktiv sensibilizasiya dövrünün optimal müddəti nə qədərdir?

A) 1il
B) 3 il
C) 30-50 gün
D) 7-8 gün
E) 4 gün

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.164

238) Reaginlər hansı fiziki-kimyəvi xüsusiyyətlərə malikdir?

A) Xarici mühit faktorlarına davamlıq
B) Xarici mühit faktorları heç bir rol oynamır
C) Termostabillik
D) Təkrar dondurulduqda immunoloji xassələrinin saxlanması
E) Dondurulduqda immunoloji xassələrinin yığılması

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.43

239) Atopik reaksiyalarda trombositlər hansı rolu oynayır?

A) Mediatorların təsiri üçün hədəfdir
B) Əhəmiyyət kəsb etməyən hüceyrələrdir
C) Tosqun hüceyrələrlə müttəfiqdir
D) I cərgə hüceyrə-hədəfdir
E) Neytrofillərin partnyorlarıdır

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.112

240) Trombositləri aktivləşdirən faktor (TAF) necə xarakterizə olunur?

A) Tosqun hüceyrələrin qranulalarında ehtiyat halında saxlanan mediatorlardır
B) Sadalananların hamısı
C) Tosqun hüceyrələrin enerji mənbəyidir
D) Araxidon turşusundan əmələ gəlir
E) Fosfatidilxolindən əmələ gəlir

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г. ,стр.112

241) Trombositləri aktivləşdirən faktor (TAF) inqalyasiyası ilə induksiya olan bronxial hiperreaktivlik hansı müddətdə saxlanılır?

A) 48-72 saat
B) 36 saat
C) 24 saat
D) 6 saat
E) 1 ay

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.112

242) Bronxial astmalı xəstələrə TAF( Trombositləri aktivləşdirən faktor) dəridaxili vuran zaman nə müşahidə olunur?

A) Sadalananların heç biri
B) Erkən cavab
C) İkifazalı cavab
D) TAF vuran zaman dəri reaksiyasının olmaması
E) Gec cavab

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.112

243) Trombositləri aktivləşdirən faktorun (TAF) effekti hansının təsirindən aşağı ola bilər?

A) TAF spesifik antoqonistlərinin yeridilməsi ilə
B) Sadalananların heç biri ilə
C) Trombositləri kənarlaşdırmaqla
D) Prostasiklini yeritməklə
E) Sadalananların hamısının

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр112

244) Trombositləri aktivləşdirən faktorun (TAF) effekti bunlardan hansı ilə necə blokada olur?

A) Sadalananların hamısı
B) Dinatrium-xromoqlikatla
C) Sadalananların heç biri
D) Dimedrolla
E) İltihabəleyhinə qeyri-steroid preparatlarla

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр112

245) Tetrasiklinə allergiya olan xəstədə,bunlardan hansı əks göstərişdir?

A) Penisillin
B) Vibramisin
C) Sadalananların hamısı
D) Oleandomisin
E) Neomisin

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.437

246) Penisillinə allergiyası olan xəstəyə bunlardan hansı əks göstərişdir?

A) Gentamisin
B) Nistatin
C) Sadalananların hamısı
D) Tetrasiklin
E) Ampioks

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.446

247) Sulfadimetoksinə allergiyası olan xəstəyə bunlardan hansı əks göstərişdir?

A) Tetraolean
B) Neomisin
C) Albusid
D) Streptomisin
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.437

248) Bunlardan hansı bakterial allergenə aiddir?

A) Sadalananların hamısı
B) Neyseriya
C) Trixomonad
D) Exinokokk
E) Xlamidiya

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.80

249) Ev tozunun əsas allergen mənbəyi hansıdır?

A) Sadalananların heç biri
B) Mikroorqanizmlər
C) Kif göbələklərinin sporları
D) Yovşan tozcuğu
E) Dermatofaqoides cinsindən olan gənələr

Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г. стр.80

250) Bronxial astmanın etiologiyasında patogenliyi az olan bakteriya hansılardır?

A) Qızılı stafilokokk; ağ stafilokokk; perflava neyseriya
B) Sadalananların heç biri
C) Perflava neyseriya; brusella
D) Brusella
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г.,cтр.467
Top