Ümumi immunologiya 18

Ümumi immunologiya 18

851) Sadə spirometrin köməkliyi ilə hansını ölçmək olmaz?

A) Ağ ciyərlərin həyat tutumunu
B) Ağ ciyərlərin qalıq həcmini
C) Ağ ciyərlərin funksional qalıq həcmini
D) Ağ ciyərlərin tənəffüs həcmini
E) Sadalananların hamısını

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

852) Bronxodilatorlarla aparılan sınağı ehtimal dürüst qiymətləndirmək üçün hansını təyin edirlər?

A) Tiffno indeksini , FEV1
B) AÜT (Ağciyərlərin ümumi tutumu)
C) AHT (Ağciyərlərin həyat tutumu)
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

853) Bronxial astma zamanı FEV1 və maksimal ekspirator sel necə dəyişir?

A) Artır
B) Bəzən artır, bəzən də azalır
C) Dəyişməz qalır
D) Azalır
E) Cüzi artır

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421

854) Bronxial astma pristupu zamanı damar keçiriciliyini hansı artırır?

A) Histamin
B) Sadalananların hamısı
C) TAF( trombositləri aktivləşdirən faktor)
D) C4 leykotrieni
E) Sadalananların heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

855) Ağır formada bronxial astması olan xəstədə remissiya mərhələsində bunlardan hansı daha tez normadan fərqlənəcəkdir?

A) Sadalananların hamısı
B) 1 saniyədə forsir nəfəsvermənin həcmi (FEV1)
C) Ağ ciyərlərin həyat tutumu (AHT)
D) Qalıq həcm (QH)
E) Ağ ciyərlərin ümumi tutumu (AÜT)

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

856) Dəniz səviyyəsində arterial qan hemoqlobinlə neçə faiz doyur?

A) 100 %-ə qədər
B) 85 %-ə qədər
C) 75 %-ə qədər
D) 97 %-ə qədər
E) 92 %-ə qədər

Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.217

857) Nə zaman karotid cisimciyinin reseptorları tənəffüs sistemi üzərində nəzarət edir?

A) CO2 gərginliyinin düşməsi zamanı
B) Arterial O2 düşməsi zamanı
C) Ümumiyyətlə nəzarət etmir
D) Arterial O2 qalxması zamanı
E) CO2 gərginliyinin qalxması zamanı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

858) Allergik xəstəliyi olan xəstələrdə hemosorbsiyanın aparılmasına hansı göstərişdir?

A) Sadalananların hamısı
B) Allergik xəstəliyin olması
C) Qeyri-spesifik terapiyadan vəziyyətin yaxşılaşması
D) SİT-dən(Spesifik İmmun Terapiya) dəqiq müalicə effekti
E) Sadalananlardan heç biri

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр545

859) Hansının tozcuğuna sensibilizasiya zamanı bilavasitə ağ ciyər eozinofiliyası baş verir?

A) Yovşan
B) Sadalananların hamısı
C) İnciçiçəyi
D) Tozağacı
E) Timofeyevka

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр524

860) Bunlardan hansı ilə professional ("nikel") eozinofil infiltratı uyğundur?

A) Ürək xəstəliyi ilə
B) Böyrək xəstəliyi ilə
C) Sadalananların hamısı ilə
D) Qaraciyər xəstəliyi ilə
E) Kontakt dermatitlə

Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.186

861) Allergik bronx-ağciyər aspergillezinin müalicəsi üçün hansı tətbiq edilir?

A) Sadalananların heç biri
B) Qeyri-steroid iltihab əleyhinə preparatlar
C) Göbələk əleyhinə vasitələr
D) Sadalananların hamısı
E) Antibiotiklər

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

862) H2-histamin reseptorlarının stimulyasiyası hansını törədir?

A) Allergiyanın hüceyrə-hədəfində sAMF toplanmasının azalmasını
B) Sadalananların heç birini
C) Allergiyanın hüceyrə-hədəfində sMF toplanmasının azalmasını
D) Allergiyanın hüceyrə-hədəfində sQMF toplanmasının artmasını
E) Allergiyanın hüceyrə-hədəfində sAMF toplanmasının artmasını

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

863) Tayledin təsir mexanizmi nəyi izah edir?

A) Sadalananların hamısını
B) Antifosfodiesteraza aktivliyini
C) Antifosfolipaza aktivliyini
D) Anti-TAF(Trombositləri aktivləşdirən faktor) aktivliyini
E) Allergik iltihabın hüceyrə stabilizasiyasını(tosqun hüceyrələr, bazofillər, eozinofillər, neytrofillər, monositlər)

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.486

864) Beynəlxalq razılığa görə bronxial astma zamanı forsir nəfəsvermənin həcmi (FEV1) ilk saniyədə nə qədər olarsa SİT təyin edilə bilər?

A) Proqnozlaşdırılan qiymətin 80 %
B) Proqnozlaşdırılan qiymətin 50 %
C) Proqnozlaşdırılan qiymətin 70 %
D) Proqnozlaşdırılan qiymətin 30 %
E) Proqnozlaşdırılan qiymətin 65 %

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.467

865) Allerqoloji kabinet şəraitində bunlardan hansı yeridilmə tempinə görə fərqlənir?

A) SİT ildırımsürətli metodu
B) Sadalananların heç biri
C) SİT(Spesifik İmmun Terapiya) standart metodu
D) Sadalananların hamısı
E) SİT sürətli metodu

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545

866) Pollinoz zamanı hansının aparılması kifayət edər?

A) 10 kurs SİT
B) 8 kurs SİT
C) 2 kurs SİT
D) 1 kurs SİT
E) 4-5 kurs SİT(Spesifik İmmun Terapiya)

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр545

867) Spesifik allerqoloji müayinə zamanı tozcuğa, epidermal və qida allergeninə allergiya aşkar olunmuşdur. SİT(Spesifik İmmun Terapiya) necə aparılacaq?

A) Hamısı ilə
B) Tozcuq və qida allergenləri ilə
C) Tozcuq və epidermal allergenlərlə
D) Sadalananların heç biri ilə
E) Tozcuq allergenləri ilə

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545

868) SİT(Spesifik İmmun Terapiya) zamanı allergenə sistem reaksiyası hansına meyillidir?

A) Qalxanabənzər vəzinin hiperfunksiyasına
B) Xroniki qastrit
C) Geniş yayılmış osteoxondroz
D) Sadalananların hamısına
E) Xroniki bronxit

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г, стр.545

869) Allerqoloji kabinet şəraitində pollinoz zamanı SİT (Spesifik İmmun Terapiya) duzlu su ekstraktları ilə aparılır. Allergen inyeksiyası fevralın 1-də PNU dozasında(1:100) - 0,5 vurulmuşdur. Daha sonra inyeksiyanı nə zaman aparmaq lazımdır?

A) Fevralın 6-da
B) Fevralın 5-də
C) Fevralın 3-də
D) Fevralın 8-də
E) Fevralın 2-də

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г,стр.545

870) Pollinozun müalicəsi zamanı allergenin hansı dozasından saxlayıcı doza kimi istifadə olunur?

A) 100 PNU 0,6
B) 1000 PNU 0,1
C) 100 PNU 0,4
D) 100 PNU 0,2
E) 100 PNU 0,8

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

871) SİT( Spesifik İmmun Terapiya) aparılarkən anafilaktik reaksiya baş verərsə ilk növbədə hansı yeridilir?

A) Antihistamin preparatları
B) Sadalananların heç biri
C) Qlükokortikosteroidlər
D) Sadalananların hamısı
E) Adrenalin

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.545

872) SİT(Spesifik İmmun Terapiya) kursu aparıldıqdan sonra atopik bronxial astma nadir halda və yüngül formada olmuşdur, bəzən tənəffüsün yüngül çətinləşməsi narahatlıq yaradır.Bütün simptomlar ß2-aqonistlərlə inqalyasiyada yüngül keçir.Bronxial astmaya görə əmək fəaliyyəti günləri dayandırılmamışdır.Belə halda müalicənin effekti necə qiymətləndirilir?

A) Qənaətbəxş
B) Əla
C) Kafi
D) Qeyri-kafi
E) Yaxşı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г,стр.545

873) Təbii killer hansı funksiyanı yerinə yetirir?

A) Şiş hüceyrələri əleyhinə yönəlmiş immunoloji nəzarətin mexanizmində mühüm bioloji rolu,virusla yoluxmuş hüceyrələrin dağılmasında mühüm bioloji rolu, sümük iliyinin normal hüceyrələrinin differensasiyası,tənzimində və transplantasiya olmuş sümük iliyinin qopmasında mühüm rolu
B) Sümük iliyinin normal hüceyrələrinin differensasiyası,tənzimində və transplantasiya olmuş sümük iliyinin qopmasında mühüm rolu
C) Sümük iliyinin normal hüceyrələrinin differensasiyası
D) Virusla yoluxmuş hüceyrələrin dağılmasında mühüm bioloji rolu, sümük iliyinin normal hüceyrələrinin differensasiyası,tənzimində və transplantasiya olmuş sümük iliyinin qopmasında mühüm rolu
E) Şiş hüceyrələri əleyhinə yönəlmiş immunoloji nəzarətin mexanizmində mühüm bioloji rolu, immunoloji spesifikliyi şərtləndirən sitotoksik funksiyanı

Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.27

874) Hüceyrələr HİV-lə necə yoluxur?

A) Hüceyrədən hüceyrəyə HİV birbaşa ötürülmür
B) HİV nukleokapsidlə
C) HİV sərbəst virus hissəcikləri ilə
D) HİV xarici zülalları ilə
E) Sadalananların hamısı ilə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il,səh.200

875) Bunlardan hansı revmatoid artritin əsas laborator əlamətləri deyil?

A) Ağız boşluğunun selikli qişasının hüceyrə epitelisinin keratogialin dənəciyinə autoanticisim
B) Təbii DNT-yə autoanticisim
C) Təbii DNT-yə autoanticisim
D) Revmatoid faktoru(IgMsinfi)
E) EÇS-nin artması və C-reaktiv zülalın olması

Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.132

876) Allerqoloji kabinetdə hansının olması mütləq vacib deyil?

A) Şok əleyhinə dəst
B) Diaqnostika və müalicə üçün allergenlər
C) Sadalananların hamısı
D) Sadalananların heç biri
E) Elektrokardioqrafın

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.416

877) Açılmış allergenlərin saxlama müddəti nə qədərdir?

A) 1 il
B) 3 ay
C) 2 ay
D) 5 ay
E) 1 ay

Ədəbiyyat: Р.М. Хаитов «Иммунология» 2006 г., стр.164

878) Bunlardan hansı allerqoloji kabinetin həkiminin vəzifəsi deyil?

A) Vaksinprofilaktika
B) Allergik xəstəliyi olan xəstələrlə məsləhətləşmə
C) Sadalananların hamısı
D) Spesifik diaqnostika
E) Spesifik immunterapiya

Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.181

879) Bunlardan hansında qanda İgE səviyyəsinin artması müşahidə olunmur?

A) Xroniki qranulematoz xəstəliklərində
B) Helmintozlarda
C) KRVİ zamanı
D) Ağır atopik dermatitdə
E) Allergik xəstəliklər zamanı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il,səh.112

880) İgE bunlardan hansının FcεR fiksə olur?

A) Sadalananların heç birinin
B) Tosqun hüceyrələrin, dendrit hüceyrələrinin
C) Sadalananların hamısının
D) Eritrositlərin
E) Trombositlərin

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il,səh.112

881) Pollinozun allergik immunterapiyası nə vaxt aparılmır?

A) Fəsilarası
B) Fəsildən sonra
C) İlboyu
D) Fəsilqabağı
E) Pollinozun kəskinləşmə dövründə

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

882) İnsanın qazanılmış immun çatışmazlıq sindromunu (QİÇS) hansı törədir?

A) Hepatit C virusu
B) Sadalananların hamısı
C) İnsanın immun defisit virusu
D) Sitomeqalovirus
E) T-1,2 tipli hüceyrə leykozu virusu

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il,səh.200

883) Perforin-qranzim mexanizminin köməkliyi ilə hansı hüceyrə-hədəfin dağılması inkişaf edə bilər?

A) Sadalananların hamısının
B) T-limfositlər, NK-limfositlərin
C) B-limfositlərin
D) Monosit\makrofaqların
E) Eozinofillərin

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.27

884) Qanyaradan sütun hüceyrələrə hansı funksiya aid deyil?

A) Differensasiya
B) Proliferasiya
C) Resirkulyasiya
D) Faqositar aktivlik
E) Miqrasiya

Ədəbiyyat: Р.В.Петров. Иммунология» 1987г., стр.88

885) Lui-Bar sindromu (ataksiya-teleangiektaziya) zamanı nə müşahidə olunur?

A) T-limfositlərin defisiti
B) İmmunitetin T- və B- sisteminin kombinə olan defisiti
C) Faqositar sistemin defisiti
D) Komplement sisteminin ilkin defisiti
E) B-limfositlərin defisiti

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.176

886) Nə zaman polimeraza zəncirvari reaksiyasından (PZR) istifadə olunur?

A) Gendiaqnostikası və genotipləşmə zamanı
B) İmmunoqlobulinlərin siniflərinin təyinində
C) Sadalananların heç birində
D) İmmunkompetent hüceyrələrin subpopulyasiyalarının tərkibinin miqdarca qiymətləndirilməsi zamanı
E) Sadalananların hamısında

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.278

887) Diri vaksinlər hansıdır?

A) Səpgili yatalaq əleyhinə
B) Qarın yatalağı əleyhinə
C) Sadalananların hamısı
D) Polimielit, qızılça, tulyaremiya əleyhinə
E) Sadalananların heç biri

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.320

888) Allergik rinitin differensial diaqnozu hansı xəstəliklərin olmasını nəzərdə tutur?

A) Qeyri-allergik eozinofil rinit
B) İnfeksion
C) Rauvolfi preparatlarının qəbulu fonunda rinit
D) Rinofima
E) Sadalananların hamısının

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.533

889) Revmatoid artriti zamanı hansı visseral zədələnməyə rast gəlinmir?

A) Vaskulit
B) Sadalanaların hamısına
C) Miokardit
D) Böyrəklərin amiloidozu
E) Plevrit

Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.132

890) Övrənin əsas morfoloji elementi hansıdır?

A) Sadalananların hamısı
B) Sadalananların heç biri
C) Vezikula
D) Suluq
E) Papula

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552

891) Histamin hansına aiddir?

A) Qələvi əsasına
B) Amfoter əsasına
C) Azot əsasına
D) Monokinlərə
E) Turşu əsasına

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.423

892) İnsanda QİÇS törədən virus hansıdır?

A) RNT-yə malik pikornavirus
B) RNT-yə malik rotavirus
C) DNT-yə malik herpetik qrup virus
D) Sadalananların hamısı
E) RNT-yə malik lentiviruslar

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il., səh.193

893) Pollinoz zamanı selikli qişanın iltihabı necə xarakterizə olur?

A) Qranulematoz
B) Eroziv-yaralı zədələnmə
C) Sadalananların heç biri
D) Simmetrikliyi , allergenlə kontaktdan kənar tez dönərliyi ilə
E) Sadalananların hamısı

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524

894) Öldürülmüş vaksinlər hansıdır?

A) Vəba, göyöskürək , gənə ensefaliti əleyhinə
B) Brusellyoz əleyhinə
C) KU qızdırması əleyhinə
D) Sadalananların heç biri
E) Sadalananların hamısı

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva."Klinik immunologiya" 2007-ci il., səh.320

895) III tip allergik reaksiyalar hansı xəstəliklərin inkişafında aparıcı rol oynayır?

A) Hemorragik vaskulit, zərdab xəstəliyi
B) Qreyvis
C) Sadalananların hamısı
D) Kvinke ödemi
E) Övrə

Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva "Klinik immunologiya" 2007-ci il, səh.145

896) Qida allergiyasının laborator diaqnostikasında IgE-ni hansı metodlarla aşkar etməyi nəzərdə tutur?

A) Dəri sınağı
B) Radioallerqosorbent testi, immunferment təhlil
C) Sadalananların hamısı
D) Monoklonal anticisimlərin təyini üsulu
E) Lüminessent təhlil

Ədəbiyyat: Е.И. Соколов «Клиническая иммунология», 1998г., стр.113.

897) Allergik reaksiyanın sürətli fazası hansı müddətdə baş verir?

A) 1,5 saat
B) 50-60 dəq
C) 30-40 dəq
D) 3 saatdan sonra
E) 10-20 dəq.

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502

898) Anafilaktik şokun müalicəsi üçün epinefrin hansı miqdarda vurulur?

A) 0,1 %
B) 2 %
C) 0,2 %
D) 5 %
E) 1 %

Ədəbiyyat: Г.Н. Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.502

899) Passiv sensibilizasiyanın formalaşmasında optimal davametmə müddəti nə qədərdir?

A) 50 sutkaya qədər
B) 1-3 sutka
C) 7-10 sutka
D) 20-21 sutka
E) 1-3 saat

Ədəbiyyat: Р.В.Петров.«Иммунология» 1987г., стр.73

900) Allergenspesifik immunterapiya aparılan zaman hansı reaksiya yerli hesab edilir?

A) Ödem, allergen vurulan yerdə hiperemiya
B) Allergen yeridildikdən 30 dəq.sonra generalizə olan övrə
C) Allergen yeridildikdən 10 dəq. sonra çoxlu asqırmaq
D) Sadalananların hamısı
E) Sadalananların heç biri

Ədəbiyyat: Е.И. Соколов.«Клиническая иммунология», 1998г., стр.181
Top