Yer təbəqələri

Yer təbəqələri

2. Aysberq nədir?
A) suda üzən buz dağı
B) okean dibindəki buz qatları
C) suda üzən quru parçası
D) materikdən ayrılan  bərk süxur qatı
E) dünya okeanında ada

7. Çayın mənbəyi 2430 m hündürlükdədir, mənsəb isə - 12 metrdədir. Çayın düşməsini təyin edin.
A) 2418 m            B) 2140 m            C) 3500 m
D 2442 m             E) 2600m

10. Suayrıcı nədir?
A) iki çay hövzəsi arasında qalan yüksəklik
B) çay sistemini birləşdirən sərhəd
C) okeanları ayırın şərti meredian xətti
D) okean sularının birləşdiyi şərti sərhəd
E) iki dənizi bir- birindən ayıran ensiz su sahəsi

15. Çayın su sərfi 240 kub metr/san-dir. Çay yatağının canlı en  kəsiyinin sahəsi isə 20 kv metrdir. Çayın axın sürətini tapın.
A) 20 metr/san                    B) 15 metr/san   
C) 40 metr/san                    D) 12 metr/san   
E) 24 metr/san

18. Tayqa nədir?
A) mülayim qurşağın iynəyarpaq meşələri
B) savannalardakı iynəyarpaq meşələr
C) yarımsəhra zonasında tuqay meşələri
D) rütubətli ekvatorial cəngəlliklər
E) subarktik qurşağın alçaqboylu kolları

23. Exolotdan göndərilən səs siqnalı 4 saniyə sonra dərinlikdə olan hidronavatlar tərəfindən qəbul edildi. Dərinliyi tapın.
A) 3500m             B) 4000m             C) 5000 m
D) 6000m             E) 1500m

26. Şelf nədir?
A) sahildə 200 m-ə gədər olan dərinlik
B) okeanda 500 m-ə gədər olan materik yamacı
C) okean dibində olan geniş və hamar düzənliklər
D) orta okean dağlarınını sudan çıxan hissəsi
E) materik ətəyi

31.  5 ton okean suyundan nə gədər duz almaq mümkündür?
A) 175 qram        B) 17,5 kq            C) 1,75 ton
D) 175 kq             E) 35 kq

34. Qeyzer nədir?
A) təzyiqlə yer səthinə çıxan isti sular
B) yeraltı isti termal sular
C) maqmanın yer qabığında soyuması
D) lavanın təzyiqlə səthə çıxması
E) lavadan ayrılan  soyuq sular

39. Dagın ətəyində iyul ayının orta temperaturu +210C olarsa qar xəttinin keçdiyi hündürlüyü təyin edin:
A) 4500m             B) 2000m             C) 2100m
D) 3500m             E) 6000m

42. Lava nədir?
A) vulkan püskürməsi zamanı səthə çıxan maye
B) zəlzələ zamanı  süxurların yaratdığı hündürlük
C) vulkan zamanı yaranan konusvari dag
D) vulkan boğazının açdığı cökəklik
E) təzyiqlə yer səthinə çıxan isti sular

50. Qalxan nədir?
A) platformalarda kristallik bünövrənin yer səthinə çıxması
B) aşınma nəticəsində akkumulyativ düzənliyin yaranması
C) vulkan püskürməsindən sonra yaranan gümbəzə bənzər forma
D) qədim dənizlərin quruyaraq  çəkilməsindən sonra qalan quru sahəsi
E) iki materik arasında qalan ensiz quru sahəsi

58. Aşagıdakı ifadələr hansı çaya məxsusdur?
1. Sərhəd çayıdır.
2. Qidalanmasında qar və buzlaq suları mühüm yer tutur.
3. Yazın sonu və yayın əvvəlində bol sulu olur.
4. Mənsəbi okean səviyyəsindən aşagıdır.
A) Araz                 B) Astara              C) Kür  
D) Mazım             E) Samur

61. Briz nədir?
A) sutka ərzində istiqamətini iki dəfə dəyişən külək
B) gündüzlər qurudan dənizə, geçələr dənizdən quruya doğru əsən külək
C) yayda okeandan quruya, qışda qurudan okeana doğru əsən külək
D) sutka ərzində istiqamətini dəyişməyən külək
E) yayda quru üzərində sərinlik, qışda isə yumşaqlıq yaradan fəsli külək

66. Aşagıdakı ifadələr hansı çaya məxsusdur?
1. Əsasən yagış və yeraltı sular ilə qidalanır.
2. Mənsəbi okean səviyyəsindən aşağıdır.
3. Düzənlik çayıdır.
4. Suvarmada istifadə olunur.
A) Samur              B) Kür                   C) Qanıx 
D) Qabırrı             E) Viləş

69. Musson nədir?
A) il ərzində istiqamətini iki dəfə dəyişən külək
B) yayda materikdən okeana, qışda okean səthindən materik üzərinə əsən külək
C) istiqamətini dəyişməyən külək
D) gündüzlər qurudan dənizə, geçələr dənizdən quruya doğru əsən külək
E) yayda quru üzərinə quraqlıq, qışda isə rütubət gətirən külək

74.  Aşağıdakı ifadələrin hansı gölə aid olduğunu təyin edin:
1. Axarlıdır.
2. Suyunun tərkibi şirindir.
3. Dag ğölüdür.
4. Uçqun mənşəlidir.
A) Böyük Şor       B) Göygöl             C) Ağsu 
D) Hacıqabul       E) Masazır

78.  Torpaq nədir?
A) Yerin üst münbüt yumşaq qatı
B) Yer qabığının aşına bilən qatı
C) Yer səthinin ana suxur qatı
D) Yerin bitki ilə örtülməyən üst səthi
E) Rütübətlik əmsalının vahiddən az olduğu ərazilər

84. Aşağıdakı ifadələrin hansı çaya aid olduğunu təyin edin.
1. Kürün sağ qoludur.
2. Qidalanmasında yeraltı sular əsas yer tutur.
3. Üzərində su anbarı tikilmişdir.
4. Qarabağ vulkanı yaylasından başlayır.
A) Həkərəçay      B) Bərgüşadçay      C) Gəncəçay
D) Tovuzçay        E) Tərtərçay

87. Denudasiya nədir?
A) Xarici təsirlərin köməyi ilə suxurların ətrafa dağılması
B) Xarici təsirlər və daxili qüvvələrin köməyi ilə süxurların çökək ərazilərdə toplanması
C) Dağlıq ərazilərin tektonik qalxması
D) Çökək ərazilərin tektonik əyilməsi
E) Süxurların su, buz və külək vasitəsi ilə cilalanması

93. Aşağıdakı ifadələrin hansı çaya aid olduğunu təyin edin:
1. Böyük Qafqazın Cənub-Şərq yamacı boyunca axır.
2. Müvəqqəti axara malikdir.
3. Əsasən yağış suları ilə qidalanır.
4. Mənsəbinə çatmır.
A) Xaçınçay        B) Vəlvələçay       C) Göyçay
D) Viləşçay           E) Pirsaatçay

96. Akkmulyasiya nədir?
A) Xarici təsirlər nəticəsində süxurların çökək ərazilərdə toplanması
B) Xarici qüvvələrin köməyi ilə süxurların ətrafa dağılması
C) Düzənlik ərazilərin tektonik qalxması
D) Dağlıq ərazilərdə tədric tektonik qalxma
E) Süxurların su, buz külək vasitəsi ilə cilalanması

102. Aşağıdakı ifadələrin hansı gölə aid olduğunu təyin edin:
1. Düzənlik ərazidə yerləşir.
2. Axmaz mənşəlidir.
3. Ətrafında eyni adlı qoruq vardır.
4. Meandrda yerləşir.
A) Masazır           B) Böyük Şor        C) Batabat
D) Ağzıbirçala    E) Ağgöl

105. Passat nədir?
A) Tropik enliklərdən ekvatora doğru əsən daimi külək
B) 300 enliklərdən ekvatora doğru əsən və istiqamətini ildə iki dəfə dəyişən külək
C) Ekvatordan tropiklərə doğru əsən, istiqamətini dəyişməyən külək
D) Tropik enliklərdən mülayim enliklərə doğru əsən, istiqamətini dəyişməyən külək
E) Qütb ətrafı enliklərdən mülayim enliklərə doğru əsən külək

110.  Aşağıdakı ifadələrin hansı çaya aid olduğunu təyin edin:
1. Sərhəd çayıdır.
2. Mənsəbi okean səviyyəsindən aşağıdır.
3. Qidalanmasında yeraltı sular əsas rol oynayır.
4. Rejimi tənzimlənmişdir.
A) Qabırrı             B) Qanıx               C) Samur  
D) Viləş                 E) Araz

113. Qərb küləkləri nədir?
A) Tropik enliklərdən mülayim enliklərə doğru əsən, istiqamətini dəyişməyən külək
B) 300 enliklərdən ekvatora doğru əsən və istiqamətini ildə iki dəfə dəyişən külək
C) Ekvatordan tropiklərə doğru əsən, istiqamətini dəyişməyən külək
D) Tropik enliklərdən mülayim enliklərə doğru əsən, istiqamətini ildə iki dəfə dəyişən külək.
E) Qütb ətrafı enliklərdən mülayim enliklərə doğru əsən külək

140. Göl nədir?
A) okeanla birbaşa əlaqəsi olan təbii su çuxuru
B) qurunun okeana daxil olan hissəsi
C) dənizin quruya daxil olan hissəsi
D) okeanla birbaşa əlaqəsi olmayan təbii su çuxuru
E) quruda yaranan çökəkliklərə okeanlardan axan su

141. Metomorfik mənşəli faydalı qazıntılar qrupu:
A) mərmər, əhəngdaşı, uran
B) qranit, qrafit, daş kömür
C) almaz, mərmər, kvarsit
D) təbii qaz, kvarsit, dəmir filizi
E) qızıl, polimetal, molibden

143. Bentos nədir?
A) yararsız torpaq sahəsi
B) yeraltı suların təsiri ilə dəyişən relyef
C) okean suyunun duzlulugu
D) okean dibində yaşayan canlı aləm
E) kəskin kontinental iqlim tipi

161. Çöllər zonasında geniş yayılmış torpaq tipi.
A) boz                   B) podzol              C) qəhvəyi
D) qara                  E) qonur

163. Pik nədir?
A) Sıra dağlarda əlverişli keçid
B) Yüksək dağlarda göl çökəkliyi
C) Vulkan kraterinin çökək sahəsi
D) Şiş uclü dağ zirvəsi
E)  Dagın zirvə və ətəyi arasında qalan məsafəsi

166. Sunami  dalğalarının yaranma səbəbi:
A) daimi küləklər
B) Ay və günəşin cazibəsi
C) Atmosfer təzyiqi fərqləri
D) Suyun duzluluğunun müxtəlifliyi
E) Sualtı zəlzələ

168. Pampa nədir?
A) Şimali Amerikada qara torpaq çöllər
B) Cənubi Amerikada yarımsəhra zonası
C) Cənubi Amerikada çöl zonası
D) Afrikanın ekvatorial meşələri
E) Meksika yaylasında təbii zona

175. Şəlalə nədir?
A) Düzənlik çaylarında yan eroziya
B) Dağ çaylarında yaranan maneə
C) Çay yataqlarında dib eroziya
D) Çayın mənsəbində qollara ayrılması
E) Çay yatağında suyun dik tökülməsi

177. Qara torpaqlara aid olan xüsusiyyətlər:
1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.
2. Çöl zonasında yaranırlar.
3. Humusun miqdarı yüksək olur.
4. Əsasən cənub materiklərində geniş yayılmışdır.
5. Ekvatorial iqlim qurşağı üçün səciyyəvidir.
6. Münbüt torpaqlardır.
A) 1, 4, 6               B) 1, 2, 4               C) 2, 4, 5   
D) 2, 3, 6               E) 1, 3, 5

183. Astana nədir?
A) Düzənlik çaylarında yan eroziya
B) Dağ çaylarında suyun sürətlə axması
C) Çay yataqlarında  maneə
D) Çayın mənsəbində qollara ayrılması
E) Çay yatağında suyun dik tökülməsi

185. Podzol torpaqlara aid olan xüsusiyyətlər:
1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.
2. Tayqa zonasında yaranırlar.
3. Humusun miqdarı yüksək olur.
4. Əsasən şimal materiklərində geniş yayılmışdır.
5. Ekvatorial iqlim qurşağı üçün səciyyəvidir.
6. Qeyri-münbüt torpaqlardır.
A) 1, 4, 6               B) 1, 2, 4               C) 2, 4, 6
D) 2, 3, 6               E) 1, 3, 5

191. Kanyon nədir?
A) Düzənlik çaylarında yaranan eroziya
B) Dağ çaylarında yaranan dərin dərələr
C) Çay yataqlarında maneələr
D) Çayın mənsəbində qollara ayrılması
E) Çay yatağında suyun dik tökülməsi

193. Qleyli-suvaşqan torpaqlara aid olan xüsusiyyətlər:
1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.
2. Tundra zonasında əmələ gəlirlər.
3. Humusun miqdarı yüksək olur.
4. Əsasən şimal materiklərində geniş yayılmışdır.
5. Subarktik iqlim qurşağı üçün səciyyəvidir.
6.  Münbit torpaqlardır.
A) 1, 4, 6               B) 2, 4, 5               C) 2, 4, 6
D) 2, 3, 6               E)  1, 3, 5

199. Savanna nədir?
A) düzənlikdə yaranmış meşə sahəsi
B) dağ çaylarının dib eroziyası
C) Çay sahili boyu uzanan tuqay meşələri
D) hündür ot örtüyü
E) bataqlaşmış meşə sahəsi

201.  Qırmızı ferralit-laterit  torpaqlara aid olan xüsusiyyətlər:
1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.
2. Ekvator boyu ərazilər üçün səciyyəvidir.
3. Humusun miqdarı yüksək olur.
4. Əsasən Afrika və Cənubi Amerika materiklərində geniş yayılmışdır.
5. Subarktik iqlim qurşağı üçün səciyyəvidir.
6. Münbit torpaqlardır.
A) 1, 4, 6               B) 2, 4, 5               C) 2, 4, 6
D) 2, 3, 6               E) 1, 2, 4

207. Selvas nədir?
A) Düzənlikdə yaranmış meşə-çəmən landşaftı
B) Dağlıq ərazilərdə yayılmış meşə kompleksi 
C) Çay sahili boyu uzanan tuqay meşələri
D) ekvatorial həmişəyaşıl rütubətli meşələr
E) subekvatorial hüdür ot örtüyü

209. Boz torpaqlara aid olan xüsusiyyətlər:
1. Yüksək temperatura malik ərazilərdə formalaşırlar.
2. Ekvator boyu ərazilər üçün səciyyəvidir.
3. Humusun miqdarı az olur.
4. Əsasən səhra və yarımsəhra zonalarında geniş yayılmışdır.
5. Subarktik iqlim qurşağı üçün səciyyəvidir.
6. Münbit torpaqlardır.
A) 1, 4, 6               B) 2, 4, 5               C) 2, 4, 6
D) 2, 3, 6               E) 1, 3, 4

215. Kondensasiya nədir?
A) düzənlikdə yaranmış meşə-çəmən kompleksi
B) suyun maye haldan buxar hala keçməsi
C) suyun buxar haldan bərk hala keçməsi
D) suyun buxar haldan maye hala keçməsi
E)  küləyin su və quru arasında yerdəyişməsi

217. Qonur torpaqlara aid olan xüsusiyyətlər:
1. Mülayim temperatura malik ərazilərdə formalaşırlar.
2. Ekvator boyu ərazilər üçün səciyyəvidir.
3. Görkəmini dəyişən enliyarpaq meşələr üçün səciyyəvidir
4. Əsasən səhra və yarımsəhra zonalarında geniş yayılmışdır.
5. Şimal materikləri üçün səciyyəvidir.
6. Münbitliynə görə məhsuldar torpaqlardır.
A) 1, 4, 6               B) 2, 4, 5               C) 2, 4, 6
D) 2, 3, 6               E) 1, 3, 4

223. Sublimasiya nədir?
A) düzənlikdə gildən yaranmış hamar səth
B) suyun maye halından buxar halına keçməsi 
C) suyun bərk halından qaz halına keçməsi
D) suyun buxar halından bərk halına keçməsi
E) torpaqların yararsız hala düşməsi

225. Tundra zonasına aid olan xüsusiyyətlər:
1. Yüksək temperatura malik ərazilərdə formalaşır.
2. Ekvator boyü ərazilər üçün səciyyəvidir.
3. Torpaqlarda humusun miqdarı az olur.
4. Əsasən səhra və yarımsəhra zonalarında geniş yayılmışdır.
5. Subarktik iqlim qurşağı üçün səciyyəvidir.
6. Qütb gecə və gündüzləri müşahidə olunur
A) 1, 4, 6               B) 2, 4, 5               C) 3, 5, 6
D) 2, 3, 6               E) 1, 3, 4

Top