Balakirev Miliy

Balakirev Miliy

Mily BalakirevBalakirev «Qüdrətli dəstə»nin başçısı və rus Pulsuz məktəbinin banisidir. Bəstəkarın parlaq və özünəməxsus istedadı musiqidə yeni janrlar açmağa imkan vermişdir. Öz dövrünün ən gözəl pianoçularından biri və istedadlı dirijor olaraq o, öz həyatını musiqi incəsənətinin təbliğatına həsr etmişdir. Balakirev öz fəaliyyətində Qlinka və Darqomıjskinin yaradıcılığından ilhamlanmışdır. Belinski, Gertsen və Çernişevski kimi ədəbiyyatçıların incəsənətə baxışları da bəstəkara böyük təsir göstərmişdir. Bəstəkarın dostu tənqidçi Stasov isə onun üçün mənəvi dayaq olmuşdur.

Balakirev irsinin çox mühüm hissəsini simfonik əsərlər təşkil edir. Xalq mahnılarını inkişaf etdirərək o, Qlinkadan başlanan xalq-janr simfonizmini davam etdirmişdir. Bununla yanaşı Balakirev rus simfonik musiqisinin digər qolunun banisi olmuşdur.

O, rus bəstəkarları arasında ilk dəfə olaraq proqramlı əsərlər yazmağa başlamışdır. Balakirev yaradıcılığı xalq ruhu ilə zəngindir. O, demək olar ki bütün yaradıcılığı boyu xalq mahnılarına müraciət etmişdir. Onun 1858-ci ildə bəstələdiyi «3 rus mahnısının mövzusuna uvertüra» əsəri buna misal ola bilər. Bu əsər «Kamarinskaya» əsəsinin ənənələri əsasında yazılmışdır.

1860-cı ildə bəstəkar Volqa ətrafı bölgələrə səyahət edir. Səyahətdən qayıdarkən o, xalq mahnılarının mövzularına yenidən müraciət edərək «1000 yaş» və ya «Rus» simfonik poemasını bəstələmişdir. «Pesnya razboynika» romansı rus xalq mahnısının janrına yaxındır. 1866-cı ildə Balakirevin Volqa ətrafı ərazilərə səyahəti zamanı topladığı xalq mahnıları «40 rus xalq mahnısı» məcmuəsi kimi çapdan çıxır. Bu məcmuədə olan mahnılar xüsusi ilə seçilir, bu melodiyalar xalq mahnılarına olan bədii miniatürlərdir. Burada bəstəkar xüsusilə xalq dastanlarından, xalq obrazlarının xarakterindən, Volqanın təbiətindən ilham almışdır.

Bunlardan bir hissəsini kiçik janrlı səhnəciklər adlandırmaq olar. Bu məcmuədə əsas yerlərdən birini " Ey,uxnem!" mahnısı tutur. Özünəməxsus işlənməsi ilə (basda unison oktavalar, sonra isə bütün səsləri olan akkordlar səslənir) Balakirev bu mahnıya qəhrəmani xarakter verir. Bu məcmuəyə həmçinin «Ne bılo vetru» ,«Kak pod lesom, pod lesoçkom», «Zaiqray, moya volınka», «U vorot, vorot», «Kak po luqu, po lujoçku» kimi toy mahnıları daxildir.

Top