Vətənsiz bir İnsan — Fərid Fərjad
Anaların uşaqlarına layla deməsi, insanların ölülərinə ağı deməsi qadağandı. Çünki 1979-cu il inqilabında Xomeyni İranı musiqisiz buraxdı. Fərid Fərjadı musiqisiz və vətənsiz buraxdığı kimi. Dünyaca məşhur virtuoz, inqilabdan sonra musiqi haram qılındığı üçün vətənini tərk etmək məcburiyyətində qalır və səssizliyə tərk edilmiş xalqını 34 ildi qəlbində yaşadır.
Onun musiqilərində hüzn var, şərq insanı hüznlüdür. O duyğuların yaranmasında kralların, imperatorların da payı var. Şərq xalqları yüz illər boyu istibad və zülmə məruz qalıb. Şərqdə həmişə müharibə vardı. İnsanlar basqı altındaydı. Hüzn, hicran, ayrılıq Şərqdə bir yaşam tərzidir. Şərq insanı duyğularıyla yaşayır. Bu 30 il ərzində elə bir aclıqla tərbiyə edilir ki xalqım. Yalnızca çörəyə yox, duyğu, əyləncə, sənət, kinoya mənim xalqım acdı. Çünki yaradıcı bir şeyə icazə verilmir. Skripka çalan bir sənətçisini ölkəyə buraxmayan bir ölkə necə azad ola bilər.
Fərid Fərjad modern musiqi ilə qəlbini birləşdirir. Avropada buna hüzn yox, duyğu deyirlər. Skripka Fərjadin duyğularıyla, ürəyi ilə dinləyicilərin qulağına, ürəyinə yol tapır. Fərjad bir əlaqə yaradır. O bir vasitəçidi.
Fərid Fərjadın həyat yolu
Farid Farjad 1938 ci ildə Tehranda doğulub. 8 yaşından bəri skripka çalır. Fars əsilli olan skripkaçı Amerika vətəndaşlığını qəbul etmişdir. ’’Skripkanı ağladan adam’’ olaraq tanınan Fərid Fərjad dünyanın ən yaxşı skripkaçılarından biri kimi tanınır. Fərjadın anası da skripka çalan və eyni zamanda məktəb müdürü olan bir qadın olub. Hətta oğluna hamilə olarkəndə skripka çalırmış. Buna görə Fərjad musiqiyə olan bağlılığının anasından gəldiyini söyləyir və albomlarında uşaqlıq illərində anasının çaldığı musiqiləri yenidən səsləndirir.
1966-cı ildə Tehran Musiqi Konservatoryasında klassik musiqi üzrə magistatura oxumuş, bundan sonra Tehran simfonik orkestrasında müxtəlif vəzifələrdə çalışmışdır. Fars xalq musiqisi təcrübəsi olan Fərjad skripka ilə klassik qərb musiqisi üzərində çalışmışdır. Bu görülən işlərin Fars musiqisinin inkişafında böyük rolu vardır.
Fərjad 1979 ci ildə İranda İslam İnqilabi ilə əlaqədar olaraq ölkəsindən ayrılıb Kaliforniyaya gəlmişdir. ABŞ vətəndaşlığını qəbul etmiş burada yaşamağa başlamışdır. Özünü həmişə iranlı, fars olaraq təqdim etmişdir. İnqilabdan sonra İranda musiqinin haram elan olunması və qadağan olunmasından sonra Fərjadın və bir çox başqa Fars musiqiçilərin ölkəyə girməsi qadağan olunmuşdur. Fərid Fərjad 30 ilə yaxın bir zamandır Los Angelesdə yaşayır.
Fərjad özü kimi musiqiçi olan Mitra Tavakkoli ilə 10 ildən çoxdu evlidir. Keçmişdə bir çox İran filminə musiqi bəstələmiş olan Mitra xanım, ərinin son albomunda ona çoxlu köməklik göstərmişdir. Köhnə arvadından onun üç uşağı iki oğlu, bir qız var. Qızı pianino çalır. Uşaqlarından söhbət düşərkən belə deyir; Onlar Vaşinqtonda yaşayır. Aramızda 6 saatlıq bir zaman var. Tez-tez görüşmək istəsəm də maddi cəhətdən bu mümkün deyil. 6 ayda, ya ildə bir dəfə görüşürük.
«Skirpkanı ağladan insan’’
Fərjadın yalnız pianino və skripkadan istifadə edərək yaratdığı ‘’Anroozha’’ (O günlər) adlı beş albomdan ibarət bir albom seriyası vardır. Bundan əlavə Golha Orkestrası adlı kollektiv iki albomuda sənətçinin əsərləri arasındadır. Bu albomlarda Fərjad öz dili ilə desək, Şərqdəki hüznü notlara tökmüşdür. Albomun bu sahədə olmasının səbəblərindən biri də, İnqilabdan sonra ölkəsindən uzaqlaşması və ölkəsindən uzaqda yaşamaq məcburiyyətində qalmasını göstərmişdir.
Musiqisi ilə insanın içində burulğan yaradan, insanı düşündürən, hüznləndirən adam. İnsanın könlünü titrədir, onun musiqilərini dinləyən zaman insan adi nəsnələr haqqında düşünə bilmir, sanki başqa dünyaya gedir, əvvəl biraz təbəssüm, sonra hüzn, daha sonra bir hayqırış, bağırtı hiss olunur.
»Mənim musiqimdə hüzn var şərq insanı hüznlüdür"- deyir Fərid Fərjad. O duyğuların yaranmasında kralların imperatorların da payı var. Şərq xalqları yüz illər boyu istibad və zülmə məruz qalıb. Şərqdə həmişə müharibə vardı. İnsanlar basqı altındaydı. Hüzn, hicran, ayrılıq Şərqdə bir yaşam tərzidir. Şərq insanı duyğularıyla yaşayır. O modern musiqi ilə qəlbini birləşdirir. Avropada buna hüzn yox, duyğu deyirlər.
Skripka Fərjadin duyğularıyla, ürəyi ilə dinləyicilərin qulağına, ürəyinə yol tapır. Fərjad bir əlaqə yaradır. O bir vasitəçidi. Fərjad duyğusunu insana ötürə bilir. O deyir: «Təbiətdə səslər vardır. Mənim vəzifəm bu səsləri oradan çəkib almaq və insanlarla paylaşmaqdı. Mən musiqimi qaranlıqdan, bir sirrdən yaradıram. O səsləri insanlar ilə tanış edirəm. Bu çox gözəl bir hissdir. Musiqilərindəki ruhanilik dinlərlə bağlı deyil. Sənətçi tanrıyla bir əlaqə qura bilir, daha doğrusu bu əlaqəni qura bilən sənətçidi. Sənəti onu Tanrıya yaxınlaşdırır. Skripka ilə danışa biləcəyini və şeir söyləyə biləcəyini göstərir. Mən skripka ilə insanlarla danışıram. Skripka insana çox yaraşır.»
Vətənsiz bir insan
İran İnqilabından sonra sürgün olunur. Bundan sonra musiqisində hüzn, ayrılıq, hicran əsas yer tutdu. Bunlarla gündəmə gəldi. Los Angelesdə yaşayır. Sakit bir yaşantısı var. Ətrafındakı insanlar əsasən İranlı musiqiçilər, jurnalistlərdi. Ən böyük istəyi 30 ildir ayrı olduğu vətəninə gedib konsert verməkdi. Türkiyəyə tez-tez konsertlərə gələn Fərid Fərjad Türkiyəni çox sevdiyini bildirir, xüsusilə ‘’İstanbulun ruhu’’(the soul of Istanbul) bəstəsində bunu özünəməxsus ifadə edir. Türkiyənin onun sahibləndiyini bildirir.
İranda Fərid Farjadi sevən dinləyiciləri pərəstişkaları var. İrana getməsi mümükün deyil. Çünki o dövlətə müxalif olduğunu rəsmi şəkildə bildirib. İnternet saytı açıb, dinləyicilər musiqilərini pulsuz köçürə bilirlər. O müsahibələrində deyirdi:«Mənim üçün bu təhsildi. Siyasətçilərə deyirəm ki, siyasətə ara verib, bir musiqi alətində ifa etməyi öyrənin. Çünki bu dünyanı bu hala salan sizlərsiz. Artıq insanlarla üzləşin. Musiqi ilə bunu edə bilərsiz.»
İran üçün bir bəstə yaradıb "İran heç bir zaman ölməz" adlı bir inqilab musiqisi. Hərkəs bu musiqini bilir İranda. Ölkəsində yaşananları unutmaq üçün musiqi albomlarını yaradıb, özünü musiqinin içərisinə atıb.
İran İnqilabı 1979
İranda facebook və youtube kimi sosial şəbəkələri bağladılar. Şəhər-şəhər gəzib konsertlər verirəm jurnaslitlərlə danışıram. Orada qamçılanan, asılan gənclər haqqında danışmaqdan başqa, əlimdən gələn birşey yox. İran oğru bir dövlətdi. Sadəcə neftin pulunu düşünürlər. Başqa dərdləri yox. İnsanlarla maraqlanmırlar. Biz zəngin bir ölkəyik, lakin inqilabdan sonra ac qaldıq. Bu 30 il ərzində elə bir aclıqla tərbiyə edilirik ki, yalnızca çörəyə yox, duyğu, əyləncə, sənət, kinoya mənim xalqım acdı. Çünki yaradıcı bir şeyə icazə verilmir. Skripka çalan bir sənətçisini ölkəyə buraxmayan bir ölkə necə azad ola bilər?
Rəsmi olaraq vətəndaşlıqdan çıxarılmayıb. Ölkəyə qayıtması qadağan olunduğu üçün Amerika vətəndaşı olub. İran pasportu hələ var. Mən bir İranlıyam, bundan heçvaxt imtina etmərəm deyir...
Şah Pəhləviyə qarşıydım. Çünki biz modern bir ölkəyiz. Artıq krallıq qalmadı, cümhuriyyət var. Mən o zamanlar inqilabçıydım. Şah cahil bir insandı. Bir kraldı, xalqla heç bir əlaqə qurmazdı. O dövrdə mənim maddi imkanım yaxşıydı. İranda ən yaxşı skripkaçı kimi sarayda yaşayırdım. İndi bir binada yaşayıram. Biz təki şah olmasın deyirdik, fəqət gələcək bəlanı görmürdük. Kraliyyət istəmədiyimizi söylədik, şəriətə qatılacağımızı düşünərkən, şəriət başımıza bunları gətirdi.
Anaların uşaqlarına layla deməsi qadağan, insanların ölülərinə ağı deməsi qadağandı. Çünki 1979 cu il inqilabında Xomeyni İranı musiqisiz buraxdı. Fərid Fərjadı musiqisiz buraxdığı kimi. Dünyaca məşhur virtuouz inqilabdan sonra musiqi haram qılındığı üçün vətənini tərk etmək məcburiyyətində qaldı və səssizliyə tərk edilmiş xalqını 34 ildi qəlbində yaşadır Los Angelesdə.
34 il bundan qabaq necə bir İranlı idimsə, indidə eləyəm. İçində yaşadığım cəmiyyətə asimliasiya olmadım heç. Orada çox İranlı var və bizə məxsus kanallarımızda var. Ona görə hələ də düzgün ingiliscədə danışa bilmirəm. Öz mədəniyyətimlə yaşamağı seçdiyim üçün orada həyatımı davam etdirməkdə bir sıxıntım olmadı. İranı oraya apardım deyə bilərəm.
Mən ABŞ-a getdiyimdə ölkəmə aşiqdim. Təsüf ki, getmək məcburiyətində qaldım. O zamandan, o eşqi qəlbimdə saxlayıram, bu mənim musiqilərimdə də özünü göstərir. O eşqin, acının təsiridir hər şey. İran musiqisinin inqilaba görə inkişaf etmədiyini bildirir.
Hər nə qədər İran xalqı, onu Türkiyə kimi, müxtəlif yollarla, yaxud internətdən izləsədə Fərid Fərjad ölkəsini, Orta Şərqi yaxından izləyir. Orta Şərq ölkələrində baş verən Ərəb Baharı haqqında o belə deyir; Bu hadisələrə çoxda optimist baxmıram, çünki bilirəm ki, bu Amerikanın və Avropanın bir iqtisadi oyunudur. Məsələn Livyada yerlə bir olan fabriklər, iş yerləri və yollar yenidən böyük dövlətlər tərəfindən inşa ediləcək və pullar onların kassasına daxil olacaq. ABŞ sülh üçün bir addım atmır ən bariz nümunəsini Əfqanıstanda gördük. Amerikanın yemək artıqları ilə bütün Afrika qitəsi doya bilər. Bu da bir həqiqətdir ki, ABŞ bir iqtisadi böhran keçirir orada insanlar sizi 5 dollar üçün öldürə bilərlər. ABŞ İran mollarının hakimiyyətdə qalmasını istəyir. Demokratiya olmasını heç vaxt istəməz. Keçmişə baxan zaman 1979 cu il inqilabını gətirənlərin ABŞ olduğunu görə bilərsiz. ABŞ-ın İran üçün bir qurtuluş olduğunu düşünmürəm.
İranda faşizm ən üst nöqtədədir. İnqilabdan sonra böyük qətliamlar oldu. Hal-hazırda İrandan danışmaq belə olmur. Danışdığın zaman edam qərarı alına bilinir. İran höküməti iqtidar üçün hər cür vəhşiliyi yaşada bilir.
Allah insana bir ömür verir insan bu ömrü bacardıqca azad yaşamalıdır. Heç kimin bu ömrü almağa və ya məhbus etməyə haqqı yoxdur. İranda Xomeney adına İslam adı altında edamlar edilir müxaliflər tutulur.
Nə zaman Fərid Fərjadı dinləsəm...
Nə zaman bir Fərid Fərjad musiqisini dinləsəm. Dəniz qırağına getmək istəyər. Kimsəsiz bir skamyada əyləşib düşünmək istəyərəm. Qəlbi, hissləri olduğunu xatırladar insana. Adi nəsnələri kənara atıb içini çölə çıxardar insanın. İnsanın ruhu kədərdən ibarətdir, bəzən səbəbsiz olan bu kədəri, çox gözəl açıqlayır Fərid Fərjad. İçində bir sıxıntı varsa, bu səbəbsiz deyildir bir tərəfin əksikdir demək. Bu musiqilərlə o sıxıntını doldura bilərsən. Musiqinin, sənətin dini, irqi yoxdur. Fərid Fərjad musiqisi ilə bütün dünya ilə əlaqə yaradır onları düşündürür.