Bethovenin ömrünün son illəri idi. Qulaqları ağır eşitməyə başlamışdı. Hər kəsin Bethovenin bu halına yazığı gəlirdi. Karlıq onu cəmiyyətdən uzaqlaşdırmaqla kifayətlənmir, eyni zamanda yaradıcılığına da ağır zərbə vururdu.
Bəstələdiyi əsərləri eşitməmək Bethoveni dəli etmişdi. Hətta bir neçə dəfə həyatına qəsd etməyi belə düşündü. Amma hələ tez idi. Bəstələmək məcburiyyətində olduğu əsərləri var idi.
O talehi ilə mübarizə apararkən Avropa böyük bir müharibə ilə imtahan olunurdu.
Bethoven insanlığın qəhrəmanı, səltənətin düşməni olaraq gördüyü Napaleon Bonaparta heyran idi. Bəstələdiyi 3-cü Simfoniyanı ona həsr etməyə qərar verir. Tam əsəri Parisə göndərməyə hazırlaşarkən, Napaleonun «fədəkar qəhrəman»lıqdan çıxıb imperator taxtına oturduğunu eşidir və çox əsəbiləşir.
"Demək Napoleon da sadə bir insan imiş. Digər diktatorlar kimi o da insan qəlbini zədələməkdən başqa heç bir şey bilmir" deyə təəssüflənir və əsərinin
sonundakı «Napoleona həsr olunur» səhifəsini cırır.
Əsərini «Eroica»(Qəhrəman) olaraq adlandırır və arxasına "Vücudu hələ də yaşadığı halda ruhu çoxdan ölmüş olan böyük bir adamın xatirəsinə hörmət əlaməti olaraq" cümləsini də əlavə edir.
Həmçinin bax: «Ay» sonatası