Böyrəklərimizi qoruyaq

Böyrəklərimizi qoruyaq

Heç düşünmüsünüzmü, dializ aparatına qoşulan xəstələrin sayı günü-gündən artır.

Əgər vaxtında dializ olunmazsa, nə baş verər?

Bədənimizdəki sistemlərin hamısının qorunması, onların sağlam olması bizim nəzərimizdə olmalıdır. Xüsusən də böyrəklərimizin qorunub saxlanması bizim üçün çox əhəmiyyətlidir. Əgər biz böyrəklərimizi qorumasaq, onlar öz funksiyalarını yerinə yetirə bilməz. Bunun da nəticəsində müxtəlif xəstəliklərlə qarşılaşa bilərik.

                                                

Böyrəklərimizi və ümumiyyətlə, ifrazat sistemimizi qorumaq üçün biz bunlara riayət etməliyik:

► hər gün ən azı 2 litr, isti günlərdə daha çox maye qəbul etməli;
► çox duzlu və ədviyyatlı qidalardan az istifadə etməli;
► ayaqları soyuqdan qorumalı, xüsusən beton döşəmədə ayaqyalın gəzməməli;böyrəklərimizi qoruyaq► qidaların və suyun təmiz olmasına çalışmalı;
► sidik vaxtında xaric edilməli;
► boğazda badamcıqlarda rahatsızlıq varsa, dərhal həkimə müraciət olunmalı;
► müxtəlif mikroorqanizmlərin böyrəklərə və digər sidik-ifrazat orqanlarına daxil olmaması üçün şəxsi gigiyena qaydalarına əməl etməli;
► dərman preparatlarından həkimin göstərişi olmadan istifadə etməməli.
► alkoqoldan istifadə etməməli;
► naftalin, civə, qurğuşun, həşərat zəhərləri də böyrəklərə çox ziyan olduğu üçün onlarla çox ehtiyatlı davranmalıyıq.

Böyrəklərimizdə çatışmazlıq yaranarsa, orqanizmdə müxtəlif əlamətlər: halsızlıq, təngnəfəslik, ürək vurğularının artması, sidiyin azalması və ya tez-tez sidiyə getmə, qan təzyiqinin qalxması, əl, ayaq, göz ətrafında şişkinlik müşahidə olunar. Vaxtında həkimə müraciət etməklə xəstəliklərin qarşısını ala bilərik.

Böyrək xəstəlikləri içərisində tez-tez rast gəlinənlərdən biri də böyrəklərdə daşların toplanmasıdır. Bu daşlar maddələr mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Onlar bəzən çox kiçik dənələr şəklində heç bir ağrı vermədən sidiklə xaric olunur. Ancaq daşlar böyük ölçülü olub sidik axarlarına və sidik kisəsinə düşüb sidik kanalı ilə hərəkət etdikdə güclü ağrılara səbəb olur və çox vaxt sidikdə qan müşahidə olunur. Əgər müxtəlif müalicə üsulları köməklik göstərməzsə, daşlar düşməzsə, çox vaxt lazer şüaları ilə onları kiçik parçalara ayırıb bədəndən kənarlaşdırırlar.
Böyrək çatışmazlığı olan xəstələrin vəziyyəti ağırlaşdıqda həftədə 2-3 dəfə, hər dəfə 4-6 saat olmaqla dializ aparatına qoşulurlar. Əslində, bu, böyrəyi müalicə etmir. Sadəcə, xəstələrin bədəninə yığılmış artıq mayeni və lazımsız məhsulları təmizləyir. Dializ texnikanın inkişafını əks etdirir. O, insanların ömrünü bir qədər uzadır, xəstələrin vəziyyətini yaxşılaşdırır
Top