Xroniki böyrək çatışmazlığı zamanı pəhriz

Xroniki böyrək çatışmazlığı zamanı pəhriz

Xroniki böyrək çatışmazlığı xəstələrinə tərtib edilən pəhrizin məqsədi aşağıdakılara xidmət edir:

– xəstələrin həyatının qorunmasına
– iş qabiliyyətinin saxlanılmasına
– böyrək funksiyalarının pisləşməsinin qarşısının alınmasına.

Bu məqsədlərə çatmaq üçün əsas etibarıilə xəstələrə azzülallı, yüksək kalorili, karbohidratlı pəhriz tətbiq edilir. XBŞ xəstələrinin pəhrizi aşağıdakı tələblərə cavab verməlidir:

1. Pəhriz orqanizmdə zülal katabolitlərinin səviyyəsinin aşağı salınmasına xidmət etməklə orqanizmin öz zülallarının parçalanmasına yol verməməlidir. Bu gün ərzində orqanizmə daxil olan zülalların miqdarının, bitki zülalları hesabına, 20-40 qrama qədər azaltmaqla eyni zamanda tərkibində lazımi miqdarda əvəzolunmayan aminturşular olan heyvani zülalların istifadəsi hesabına əldə olunur. Əvəzolunan aminturşular orqanizmdə sintez oluna bilirlər. Amma əvəzolunmayan aminturşular insan bədənində sintez oluna bilmədikləri üçün onlar orqanizmə ancaq hazır vəziyyətdə daxil olmalıdırlar.

Xəstələrin qida rasionunu təyin etmək üçün aşağıdakı qayda əsas tutulur:
100 qram zülal, 35 qr sidik cövhəri və 16 qr karbomid azotu verir. Bu qayda ilə xəstənin sidiyində olan karbomidin və sidik cövhərinin miqdarına nəzarət edib xəstəyə gün ərzində onun qidası təyin edilir. Misal üçün, xəstə gün ərzində sidik ilə 10 qram karbomid xaric edərsə, onun zülal rasionu gün ərzində 30 qram zülaldan ibarət olmalıdır.

2. Karbohidrat və yağların hesabına xəstənin qidasının kaloriliyi təmin edilməlidir. Qida vitaminlərlə zəngin olmalıdır ki, bədən zülalları parçalamadan qorusun və aminturşulardan zülal sintezi təmin olunsun. KBŞ xəstələrinin pəhrizində karbohidratların yağlara nisbəti 3:1 olmalıdır.

3. KBÇ xəstələrinin qida rasionundan xörək duzu ya tam məhdudlaşdılırlmalıdır, ya da rasiondan çıxarılmılıdır. Ödem və arterial təzyiq olduqda xəstələrin gündəlik duz qəbulu 4-6 qrama qədər azaldılmalıdır. Natriumun itirildiyi bəzi böyrək xəstələrində isə əksinə xörək duzunun böyük miqdarı təyin edilir. Ödem və yüksək təzyiqi olmayan xəstələrdə xörək duzunun miqdarı məhdudlaşdırlımır. Duzun qəbulu xəstənin gündəlik bədən çəkisinin miqdarından asılı olur.

4. KBŞ xəstələrinə gün ərzində böyük miqdarda meyvə və tərəvəz qəbul etmək məsləhət görülür. Əsasən da kalium tərkibli məhsullar onların səhhərti üçün faydalıdır. Üzüm, kişmiş, banan, ərik, kartofun istifadəsi faydalı olsa da sidikdə bunların qəbulu zamanı kalsiumin miqdarı nəzarətdə saxlanılmalıdır.

5. KBÇ xəstələrinə böyrəkləri qıcıqlandırıcı maddələrdən istifadə etmək qadağandır. Onların qida rasionundan alkohol, azotlu, ekstraktiv maddələr, tünd çay, qəhvə, kakao, şokolad, kəskin duzlu-ədviyyatlı maddələr tamamilə çıxarılmalıdır.

6. Xəstələrin iştahını yaxşılaşdırmaq məqsədilə bəzi bitki çaylarından istifadə etmək məsləhət görülür.

immunitet.az
Top