Şəfalı bitkilər, stress nəticəsində yaranan cinsi istəksizlik yaşayanların imdadına yetişə bilər. Mütəxəssislər bu problemlərin ortaya çıxmasında psixoloji faktorların önəmli rol oynadığını söyləyirlər. Stress səbəbindən cinsi istəksizlik yaşayanlara şəfalı bitkilər kömək edə bilər. Sizlərə xarici saytlara istinadən ehtirası artıran bitkiləri təqdim edirik.
Bitki çayları: Bədəndəki maye axımını sürətləndirən bitki çayları içdikdə qan dövranı güclənir, ehtiras artır. Enerji səviyyəsini də yüksəldən bitki çayları seks yaşamını canlandırır.
Lavanda: Salat və yemək souslarına tökülən bir neçə damcı lavanda seks həyatını canlandırır.
Qərənfil dənəsi: Təbii afrodizyakların ən güclülərindən biri olan qərənfil dənəsi yorğunluğa da yaxşı gəlir.
Xaşxaş toxumu: Cinsi performansı artırır.
Zəncəfil: Yüz illərdir, duyğuları hərəkətə gətirmək üçün hazırlanan içkilərin qarışığında istifadə olunan zəncəfil insanı daha atəşli edir (Qanı sulandıran dərmandan istifadə edənlərin diqqətli olması gərəkdir. Artıq istifadə bağırsaqlarda narahatlıq yaradır). Yeməklərdə ədviyyat olaraq istifadə edilə bilər. Balla qarışdırılıb yeyilir. İstifadə müddəti bir həftə və ya 10 günə qədərdir.
Darçın: İştahanı açır, əsəbləri sakitləşdirən bir qoxusu var. Mədə və bağırsaqlardakı qazı çıxarır, antiseptik xüsusiyyətləri var. Afrodizyak olaraq da istifadə edilə bilər. Qışda içilən bitki çaylarına əlavə edilir. Darçın yağı xoş ətrindən dolayı masaj yağı olaraq da istifadə olunur.
Xardal: Cinsi orqan vəzlərinin funksiyasını artırır.
Yasəmən: Likörləri ətirləndirən gözəl rayihəli yasəmən çiçəyi güclü katalizatordur.
Süsən: Süsən kökü tozu, hər iki cins üçün də güclü bir afrodizyakdır.
Miyan kökü: Miyan kökündən əldə edilən toz qazlı su ilə qarışdırıldıqda qadınlar üçün çox təsirli bir afrodizyak halına gəlir.
Vanilin: Mərkəzi sinir sisteminə təsir edərək qoxusu ilə beyini oyadır.
Cəfəri: Yeməklərə ləzzət qatan cəfəri seks yaşamına da ləzzət qatar.
Kəklikotu: Güclü təsirləri olan kəklikotu xüsusilə kişilərdə müsbət təsir göstərir.