Depressiya Depressiyaya düçar olmuş şəxslərdə beyin errektiv zonaları yaddan çıxarda bilər. Əslində seksual həyəcanlanma insanın beynindən başlayır və aşağıya doğru davam edir. Depressiya sizin istəyinizin qarşısını alıb errektiv disfunksiyaya səbəb ola bilər. Nə qədər istehzalı da olsa, depressiyanın qarşısını alan dərmanların əksəriyyəti də erreksiyanı zəiflədir. Alkaqol Kiçik bir miqdarda "əsarət" üçün istifadə olunsa da, alkaqoldan sui istifadə aktın sonlaşdırılmasının qarşısını alır. Alkogoldan çox istifadə bir qayda olaraq erreksiyaya təsir etsə də, bu qısamüddətlidir. İçkidən çox istifadə həmçinin ürək-qan-damar sisteminə ziyanlı təsir edir və bu da ereksiya ilə birbaşa əlaqədardır. Medikamentlər Sizin apteçkanızın tərkibi sizin yataq performansınıza təsir edir. Təzyiq salan dərmanlar, ağrıkəsicilər, və antidepressantlar erreksiyanı zəiflədə bilər. Narkotiklər, amfitomin, kokain və marixuana kişilərdə errektik disfunksiyaya səbəb olur. Stress. İş və evdə problemlərlə yüklü olduğunuz halda həvəsə düşməyiniz o qədər də asan olmur. Stress bədəninizin çox hissəsinə neqativ təsir edə bilər, bura reproduktiv organlar da aiddir. Stresin qarşısını almaq üçün həyatda dəyişikliklər, requlyar məşqlər, düzgün yuxu yatmaq və həkimə müraciət etmək lazımdır. Əsəb Əsəb qan axınını üzünüzə istiqamətləndirə bilər, lakin bunun sizə seksdə lazım olan yerlere xeyiri olmayacaq. Əsəbi olarkən romantik olmaq asan deyil, fərqi yoxdu siz öz partnyorunuza əsəbisiniz yoxsa başqasına. Əsəbin boğulması və ya düzgün ifadə olunmaması yataqda yarana biləcək problemlərə səbəb ola bilər. Narahatcılıq Yataqda başarısız olma qorxusu, bunu bacara bilməməyinizi belə düşünmək sizi bacarıqsız edəcək. Hətta həyatınızın başqa bir istiqamətində olan narahatçılıq sizin yatağınızda olan performansınıza təsir edə bilər. Bütün bu narahatçılıqlar sizi intim həyatdan qaçmağa vadar edəçək və bu da sizi daha da yataqda uğursuzluq qorxusuna düçar edəcək və initim həyatınızda problemlərin daha da çox olmağına gətirib çıxaracaq. Orta-yaş problemləri Artıq çəki sizin cinsi həyatınıza mənfi təsirə səbəb ola bilər və bu yalnız şəxsiniz haqqında olan aşağı fikirli olmağınıza görə olmayacaq. Bu insanlarda potensiyaya və erreksiyaya təsir edən testesteron hormonunun ifrazı zəyifləyir. Artıq çəki həmçinin yüksək qan təzyiqinə və arteriyaların tutulmasına səbəb olur ki bu da penisə gedən qanın miqdarını azaldır. Özünə-hörmət. Əgər güzgüdə özünü bəyənmirsənsə partnyorununda də səni bəyənməyəcəyini təxmin etmək çox asandır. Özünü bəyənməmə sadəcə özünün xarici görünüşünün pis olması haqqda düşüncələrinə deyil, həmçinin yataqda da uğurlu olmayacağını düşünməyinə səbəb olur və bu narahatçılıq cinsi həyatdan qaçınmağınıza səbəb ola bilər.