Xəstəliyin öyrənilməsi alimləri daim düşündürən mövzulardandır. İlk öncə onu qeyd etmək lazımdılr ki, kifayət qədər çox rast gəlinən xəstəlikdir. Sidik daşları 80% hallarda kalsiumdan, 5 %hallarda sidik turşusundan, 2% hallarda sistindən, digər hallarda isə qarışıq tərkibdən ibarət olur. Daşlar sidik yollarında hər yerdə ola bilər və çox vaxt qanaxma və ağrıya səbəb olurlar. Bəzi daşlar var ki, gizli qala bilirlər, lakin böyrək ləyənciyi, kasacığı, sidik axarını zədələyərsə, bel nahiyəsində böyrək kolikası adlanan ağrı meydana çıxır. Ağrı o qədər güclü olur ki, xəstələr dözə bilmirlər. Ağrı ya bədənin yan tərəflərində ya beldə yaranır, sonra isə böyrək nahiyəsinə keçir, ardıcıl olaraq sidik axarı ya cinsiyyət orqanları yerləşən nahiyə və ən sonda bud nahiyəsinə yayılır.
Diaqnoz : Xəstəliyin diaqnozu müxtəlif üsullarla həyata keçirilir. Bunlara aşağıdakıları göstərmək olar: ümumi klinik əlamətlər, sidik analizi, ekskretor uroqrafiya və rentgenoqrafiya əsasında qoyulur. Sidik daşı xəstəliyinin müalicəsi: Müalicənin növü kliniki gedişə görə təyin olunur. Tək sayda olan və heç bir ağırlaşması olmayan daşlar müalicə tələb etmir. İnfeksiya zamanı isə uyğun müalicə aparılır. Böyrək kolikası zamanı ağrıkəsici terapiya aparılır. Hazırda açıq əməliyyatdansa ultrasəs vasitəsilə və dəridən aparılan nefrolitotomiya daha effektli üsul sayılır. Profilaktik müalicə isə daşların tərkibindən asılı olaraq onların yaranmasının qarşısını almağa yönələn terapiyadan ibarətdir.
Ağrı ürəkbulanma, qusma, köp, titrəmə, yüksək bədən temperaturu, hematuriya (sidikdə qan) və tez-tez təkrarlanan sidikburaxma ilə müşahidə olunur. Sidik kanalının daşı nəticəsində meydana çıxan böyrək kolikaları zamanı zədələnmiş böyrək müvəqqəti olaraq funksiyası itirə bilər. Əgər daş sidik kisəsindədirsə, o zaman ağrı qasıqüstü nahiyədə hissə olunacaq.