Sidik qəbul etdiyimiz qida maddələrinin böyrəkdə yığılıb qalan maye formasıdır. Sidik orqanizmdə ehtiyac olandan çox olan və orqanizmə ziyanlı olan mayelərdir. Beləliklə demək olar ki, sidiyin tərkibi su, ölü qan hüceyrələri və digər bu kimi tullantılardan ibarətdir.
Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Normal rəngi solğun sarı rəng olan sidiyin rəngi dəyişir ki, bu da bir çox xəstəliklərin göstəricisidir. Bəzən yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər lakin əksər vaxtlar yaranan sağlamlıq problemləri sidiyin rənginə təsir edir.
Sidik aşağıdakı rənglərdə ola bilər.
- Sarı rəngdə - bu rəng sizin orqanizminizdə maye çatışmamazlığından xəbər verir.
- Tünd sarı - bu rəng böyrəklərdə problem olmasına və ya sarılıq xəstəliyinə işarədir, qəti qərara gəlmək üçün həkim məsləhətinə ehtiyac var.
- Turuncu rəng - orqanizmdə C vitamininin çoxluğu sidiyi turuncu rəngə çevirə bilər.
- Bulanıq qəhvəyi rəng - bu rəng ciddi sağlamlıq problemindən xəbər verir belə ki, bu rəng qara ciyər problemi, hepatit, dəri xərçəngi kimi ciddi xəstəliklərin xəbərçisidir ki, bu zaman həkimə muraciət təxirəsalınmazdır.
- Qırmızı rəng və ya qanlı sidik - bu zaman sidik ya qırmızı olur və ya sidikdə qan damcılar görünür ki, əsas səbəb kimi böyrək daşlarını göstərmək mümkündür ki, həmçinin bu vaxt da həkimə muraciət təxirəsalınmazdır.