Şabalıd balının faydaları

Şabalıd balının faydaları

Azərbaycanda bu bal növü, əsasən Qəbələ və Zaqatala rayonlarında çox olur. Şabalıd balı, özünəməxsus dadına və rənginə görə, digər bal növlərindən fərqlənir. Bir qədər acı dadı var. Tünd-qəhvəyi rəngdə olur. Uzun müddət xarlanmır.
Şabalıd balını, varikoz və tromboz xəstəlikləri zamanı istifadə etmək faydalıdlr. Şabalıd balının faydaları
Şabalıd balının tərkibində duz və zülal demək olar ki, yox dərəcəsindədir. Bu səbəbdən, böyrək və sidik yolları xəstəliklərində çox yaxşı təsir göstərir.
Güclü antimikrob xassəsi daşıyan şabalıd balı, astma xəstəliyinin təbii dərmanıdır.
Qanda xolesterolun miqdarını tənzimləyərək, qan dövranını normallaşdırır. Ürək döyüntüsünü azaldır və təzyiqi normaya salır.
Bundan başqa, sarılıq xəstəliyi, qəbizlik, halsızlıq və cinsi zəiflik zamanı istifadə edilir.


Mənbə: propolis.az
Top