Yediyimiz yumurtanın tərkibini bilirikmi?

Yediyimiz yumurtanın tərkibini bilirikmi?

Bəzi xanımlarımız mətbəxdə qaz və ördək yumurtasından istifadə edirlər. Bu quşların yumurtasından sadəcə şirniyyatda istifadə olunmalıdır. Çünki hazırlanan şirniyyat yüksək temperaturda bişir. Lakin bu yumurtaları aldığımız zaman mütləq təzə olduğuna diqqət yetirməliyik. Əks təqdirdə bu, insan orqanizmi üçün təhlükəlidir. Paratif (qarın yatalağına oxşar yoluxucu mədə xəstəliyi) xəstəliyinin əmələ gəlməsinə yol aça bilər. yediyimiz yumurtanın tərkibi
Toyuq yumurtası isə mətbəxlərimizdə ən çox istifadə olunan yumurta növüdür.
Toyuq yumurtasının tərkibində 74% su, 13% zülal, 11-12% yağ, hətta 1% karbohidrat vardır. Toyuq yumurtasının kalorisi 150-160 kkal-dır. Toyuq yumurtasında, əsasən də sarısında vitamin sayı çoxdur. Yəni A, B1, B2, D, E, PP və eyni zamanda ferment vardır. Bütün bunlardan əlavə, yumurtada folit turşusu və müxtəlif vitaminlər yer alır.  Yumurtanın tərkibində yağlılığın olmasından qorxmaq lazım deyil. Çünki yumurtanın tərkibindəki maddələrdən biri bütün yağlılığı tərkibinə çəkərək mənimsəyir.
Yumurtanı hər kəs yeyə bilər. Amma qədərində yeyilməsi daha məqsədəuyğundur. Uşaqlara və gənclərə çox faydalıdır. 2-3 yumurta 100 qram ətin dəyərindədir. Yumurtanı yeməzdən əvvəl onu yaxşıca bişirmək lazımdır. Yumurtanın ağı tam bişmiş, sarısı isə bir az çiy yeyilsə çox faydalı olur. Bəzi insanlarda yumurta allergiya törədir və çox yeyilsə qaraciyərə təsir göstərə bilər. Yumurtaya allergiyası olan insanlar daha seyrək vaxtlarda yeməsi məsləhət görülür.
Mağazalarda yumurtalar bir neçə növə ayrılır. Pəhriz saxlayanlar üçün pəhriz yumurtaları vardır. Bu yumurtalar 7 günlük olur və mənfi  temperaturda saxlanılır. Təzə yumurtalar isə 30 gün, soyuducuda saxlanılanlar isə aylarla qorunur. Pəhriz yumurtalarını hazırlamaq üçün qayğanaq bişirilməsi daha əhəmiyyətlidir. Lakin soyuducularda saxlanılan pəhriz yumurtalarının daha yüksək temperaturda, yəni şirniyyatlarda isdifadə olunması məsləhətdir.
Bunu hamı bilir ki, yumurtadan xanımlarımız təkcə yeməklərdə yox, gözəllik məqsədi ilə istifadə edirlər. Yumurtadan üzə və saça qulluq zamanı maskaların tərkibində də istifadə edirlər. Yumurtanın saçlara çox xeyri var. Saçın daha da gur və parlaq görünməsinə kömək edir. 


Mənbə: qadin.net
Top