Bitki yağının keyfiyyətini yoxlamaq üçün 4 sadə üsul

Bitki yağının keyfiyyətini yoxlamaq üçün 4 sadə üsul

Son zamanlar bitki yağlarının keyfiyyəti ilə bağlı çoxlu mənfi məlumatlara rast gəlirik.
Bəs yaxşı keyfiyyətli yağ necə seçilməli?
Bitki yağını stəkana tökün, duz əlavə edib qarışdırın. Yağ ərimirsə, bu yağda su yoxdur. Yaxşı bitki yağında su olmamalıdır. Bəzi istehlakçılar yağın miqdarını artırmaq və qiymətini azaltmaq üçün bitki yağının istehsalı zamanı ona su əlavə edirlər. Bitki yağını stəkana töküb soyuducuda 1 gün saxlayın. Ucuz keyfiyyətsiz yaBitki yağığ bulanıq olur və çöküntü verir.
Tavanı yaxşı qızdırın, bitki yağını tökün. Yaxşı rafinə edilmiş bitki yağı sıçramamalıdır.Pis ucuz yağ isti tavaya tökülən kimi dərhal sıçramağa başlayacaq. Təbii bitki yağının saxlanma müddəti 1 ldən çox olmamalıdır. Əgər bu müddət 1 ildən çoxdursa, bu o deməkdir ki, yağa palma və ya kokos yağı əlavə olunub. Bu bitki yağının saxlanma müddətini artırır. Lakin belə yağlar faydalı sayılmır.Yaxşı keyfiyyətli rafinə edilmiş yağ iysizdir və açıq rəngdədir. Tanınmış şirkətlər tərəfindən istehsal edilmiş yağlara üstünlük vermək lazımdır.

Mənbə: xanim.az
Top