Banan haqqında 13 fakt

Banan haqqında 13 fakt

1. Banan — buğda, düyü və qarğıdalıdan sonra dünyanın ən məşhur 4-cü qidasıdır. Hər il dünyada 100 milyarddan çox banan yeyilir.

2. Hər kəs bilir — banan ağacda yetişir. Amma əslində banan ağacı bir ot növüdür. Banan ağacı — qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Yeri gəlmişkən, banan dünyanın ən böyük ot bitkisidir.

3. Banan meyvə deyil, giləmeyvədir.

4. 95% banan ağacı Cənubi Asiyadan götürülmüş banan kolunun klonu sayılır.

5.
Hazırda təxminən bananın 300-ə yaxın növü var, lakin onların əksəriyyəti qida üçün uyğun deyil. Yalnız 6 növ banan şirin və yeməli olur: Dondurma növü, Leydi Finger, Robusta, Racapuri, Maysur və Kavendiş.

6.
Kavendiş — ən məşhur banan növü sayılır. Ötən əsrin ortalarında isə ən yeməli və daha dadlı banan növü məhz Qro-Mişel növü idi. Lakin demək olar ki, bu növ tamamilə məhv olmuşdur. Məhv olmasına səbəb isə «Panama xəstəliyi» adlı bir göbələk oldu. Təxminən 50 ildən sonra Kavendiş növünü də belə bir təhlükə gözləyir.

7. Demək olar ki, bananların bütün növləri radioaktivdir: tərkibində kalium, askorbin turşusu var. Banan C, A, B vitaminləri və maqniumla zəngindir. Bananın tərkibində 14—22% şəkər, 5—8% nişasta, 1,5%-dək protein olur. Alimlər iddia edirlər ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. Bananın mineral tərkibi (mq/100 qr.) aşağıdakı şəkildədir: kalsium-5, mis-az miqdarda, dəmir-0,4, maqnezium-29, marqan-az miqdarda, fosfor-27, kalium-35,8, selen-1,3, natrium-1, sink-az miqdarda.

8.
Avstraliya qeyri-adi Qoldfinger bananları yetişir. Onların dadı və quruluşu almaya daha çox bənzəyir.

9. Ən çox banan Afrika ölkəsi Uqandada yeyilir. Bu ölkənin hər bir sakininin adam başına ildə təxminən 220 kq şirin meyvə düşür.

10. Ərəb dilindən «banan» sözü “barmaq” olaraq tərcümə olunur.

11. Bananın M. Textilis növünün yalançı gövdəsindən toxuçuluq sənayesi üçün lif, dəniz burazı, balıq ovunda işlədilən ip alınır.

12. Banan hələ kal olanda yığılır və havada qalaraq tam yetişir.

13. Banan — çörək, kartof və hətta əti də əvəz edən ucuz və kalorili qidadır.
Top