Paprika — saplaqlı istiotdan hazırlanan tozlu ədviyyatdır. Qırmızı bibər dünyanın hər yerində istifadə edilir. Daha çox düyü yeməkləri ilə təklif edilir.
Paprika yeməklərə xüsusi dad veririr. Bununla yanaşı sağlamlıq üçün də inanılmaz xeyirləri var. Antioksidləşdirici rolu oynayayan ədviyat, minerallar və vitaminlərlə də zəngindir. Beta karoten, lutanın, likopen, selenyum, A, C və E vitaminləri ehtiva edir. Mikro qida paprika faydalı birləşmələrlə zəngindir.
Bir xörək qaşığı ədviyatın tərkibi:
• Kalori: 19
• Protein: 1 qramdan az
• Yağ: 1 qramdan az
• Karbohidratlar: 4 qram
• Lif: 2 gram
• A vitamini: Gündəlik dəyəri 19%
• E vitamini: Gündəlik dəyəri 13%
• B6 vitamini: Gündəlik dəyəri 9%
• Dəmir: 8%
A vitamini gündəlik ehtiyacımızın təxminən 20 %-ni ödəyir. Bu ədviyat sərbəst radikalların səbəb olduğu zədələnmiş hüceyrələri bərpa edir. Müxtəlif antioksidləşdiriclərə sahibdir. Sərbəst radikalaların vurduğu ziyan ürək problemi və xərçəng daxil olmaqla birçox xroniki xəstəliklərlə birbaşa əlaqəlidir.
Bu səbəbdən də parika ilə zəngin yeməklər, sözgedən narahatlıqların əngələnməsinə təkan verir. Qırmızı bibərdəki əsas antioksidanlar karotenoid ailəsinə aiddir. Beta karotin, kapsanthin, zeaxanthin və lutein daxildir. Bibərdəki «Capsaicin» adlı kimyəvi komponent maddələr mübadiləsini sürətləndirmək xüsusiyyətini daşıyır.
Bundan əlavə yeməyi daha ləzzətli, doyumlu edir və daha az kalori istehlak etməyə kömək edir. Qırmızı bibərin bir çox faydaları mövcuddur. Ən əsası artıq çəkidən xilas olmağa kömək edir və artıq yağları bədəndən xaric edir. Lakin mədəsində problemi olanlar istiotun istifadəsini minimuma endirməlidir.
Ayna Məmmədova